"Xocalı soyqırımı - əsrin faciəsi"

 

Milli Kitabxanada eyniadlı sərgi açılıb

 

M.F.Axundov adına Milli Kitabxanada "Xocalı soyqırımı - əsrin faciəsi" adlı sərginin açılışı və "Xocalı soyqırımı rabitəçilərin yaddaşında" kitabının təqdimat mərasimi keçirilib. Tədbiri Milli Kitabxananın direktoru  Kərim Tahirov açaraq Xocalı faciəsini tarixdə bəşəriyyətə qarşı ən böyük cinayətlərdən biri kimi qiymətləndirib.

SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm nazirinin muavini Sevda Məm-mədəliyeva, rabitə və informasiya texnologiyaları nazirinin muavini iltimas Məmmədov 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində ən müdhiş hadisəlerdən biri Xocalıda baş vermiş soyqırımı hadisələrindən biri kimi xarakterizə ediblər.

Sonra tədbir iştirakçıları "Xocalı soyqırımı - əsrin faciəsi" adlı sərgi və təqdimatı keçirilən kitabla tanış olublar. Sərgidə Xocalı faciəsinə həsr olunmuş 200-dən çox müxtəlif dillərdə çap olunmuş kitab, jurnal, qəzet materialları nümayiş etdirilib.

 

 

Mərkəz.- 2010.- 26 fevral.- S. 16.