Xocalıya $9 milyard
ziyan dəyib
Əhaliyə dəyən ziyan isə 5 milyarda bərabərdir
Ermənilərin Xocalını işğal etməsi və sonradan burada həyata keçirilən
total dağıdıcılıq
hərəkətləri nəticəsində
dövlətə və əhaliyə böyük
məbləğdə maddi
ziyan dəyib. 1992-ci il
fevralın 26-da həyata keçirilən
soyqırımı və işğal faktından sonra şəhərdə və onun ətrafında olan 105 sosial-məişət obyekti,
3200 fərdi yaşayış evi, 14 məktəb, 21 klub,
29 kitabxana, 3 mədəniyyət evi, bir tarix
diyarşünaslıq muzeyi viran edilib.
Xocalıda
işğala qədər
bir sovxoz, 3 kolxoz və bir arıçılıq birliyi
fəaliyyət göstərib. Həmin təşkilatlar əmlakı
ilə birlikdə dağıdılıb.
Xocalı
tarixi və mədəniyyət abidələri ilə
xüsusən də qədim memarlıq və ilk
mədəniyyət abidələri
ilə zəngindir. Memarlıq abidələrindən türbə
(XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), ətafında
son tunc və ilk dəmir
dövrünə aid nekropol, kurqan çölü və s. olub. Xocalı qəbiristanlığında
- son Tunc və ilk Dəmir
dövrünə (e.ə.VIII-VII əsrlər)
aid arxeoloji abidə mövcuddur.
İşğal zamanı XIV-XV əsrə
aid türbələr, kümbəzlər,
qəbirlər yerlə yeksan olunub. İnsanların müasir
dövrümüzdə dəfn
üçün saldıqları
11 qəbiristanlıq dağıdılıb.
İşğal nəticəsində
Xocalı şəhərinin özündə
20-dən artıq sənaye müəssisəsi, toxuculuq və iki tikiş fabriki, Bakı ağır dəzgahqayırma zavodunun filialı, Bakı Maliyyə-Kredit Texnikumunun filialı, mebel fabriki, avtonəqliyyat birliyi, 4 məktəb, 5 xəstəxana və tibb məntəqəsi, 3 uşaq
bağçası və digər mülki obyektlər yerlə-yeksan edilib.
Rayonun hazırkı icra başçısı Şahmar
Usubovun qəzetimizə
bildirdiyinə görə, aparılan hesablamalar işğal nəticəsində dövlətə və əhaliyə
dəyən maddi zərərin
ümumilikdə 9 milyard
dollar məbləğində
olduğunu üzə
çıxarıb. Yalnız əhaliyə dəyən ziyan 5 milyard dollardır.
Qeyd edək ki, Xocalıya dəyən
zərərin böyük olmasında
işğala qədər bu
yaşayış məntəqəsinə
şəhər statusunun verilməsi
və rayonun inzibati ərazisinin
genişləndirilməsinin də payı olub.
Bu yaşayış məntəqəsi
1991-ci ildən şəhər statusu
alıb.
Şəhər
də daxil olmaqla rayonun ümumi ərazisi 970 min kv- km, əhalisi 24417 nəfər
(1991-ci il) olub. Şəhərin
öz əhalisi isə 7 min nəfər idi.
Vasif Cəfərov
Mərkəz.-
2010.- 26 fevral.- S. 6.