Azərbaycan üçün, azərbaycanlı kimi

 

XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikasının xarici siyasət kursunda diaspor məsələsi prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirildi. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən ağır ictimai-siyasi, sosial-iqtisadi vəziyyət diaspor təşkilatlarının yaradılması fəaliyyət göstərməsi prosesinə mənfi təsir göstərirdi. Yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidilə yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu işində yeni üfüqlərin açılmasına səbəb oldu. Qeyd etmək yerinə düşər ki, əsası milli lider tərəfindən qoyulan diaspor siyasətinin aparılmasında əsas məqsəd dünya azərbaycanlılarının tarixi Vətəni olan Azərbaycan Respublikası ilə əlaqələrini daha da genişləndirmək, soydaşlarımızın potensialını milli maraqlarımızın qorunmasına yönəltmək bundan faydalanmaq, diasporlararası əlaqələri lazımınca inkişaf etdirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.

Amma Azərbaycan diasporu ilə bağlı bütün məsələləri müstəqillik illərinə bağlamaq böyük insafsızlıq olardı. Xarici ölkələrdə yaşayan soydaşlarımızın Azərbaycanın ümumi mənafeyi naminə təşkilatlanması Vətənin maraqlarının müdafiəsi işinə cəlb edilməsi ulu öndərin hələ 1969-87-ci illərdə diqqət yetirdiyi başlıca məsələlərdən idi. Düzdür, SSRİ- mövcud olan sistemin mahiyyəti diaspor məsələləri ilə milli-ideoloji zəmində açıq sistemli şəkildə məşğul olmağa imkan vermirdi. Amma mədəniyyət, incəsənət, elm sahəsində ciddi aparılır, respublikanın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkandan tam səmərəli istifadə edilirdi. Xaricdə yaşayan həmvətənlərimizlə Azərbaycan Mədəni Əlaqələr cəmiyyətininVətən» cəmiyyəti) yaradılması isə soydaşlarımızın birliyi Vətənlə ayrılmaz tellərlə bağlanması istiqamətində atılmış mühüm addımlardan biri idi. Heydər Əliyevin diqqət qayğısı sayəsində yüzlərlə azərbaycanlı gəncinin SSRİ-nin ən nüfuzlu təhsil ocaqlarında təhsil almaq imkanı qazanması isə (statistikaya görə, o illərdə SSRİ-nin 50-dən çox böyük şəhərinin 170-dən artıq ali təhsil ocağında elm, iqtisadiyyat, mədəniyyət, istehsalat digər sahələri əhatə edən Azərbaycanda zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən çox mütəxəssis hazırlanıb) gələcəyə yatırılan sərmayə idi. Həmin addım bu gün öz töhfəsini verməkdədir. Vaxtilə ittifaqın müxtəlif yerlərinə təhsil almağa göndərilən gənclərin böyük hissəsi bu gün respublikamızın tərəqqisi üçün sərhədlərimiz daxilində, bir qismi isə vaxtilə təhsil aldıqları yerdə ürəkləri Azərbaycan üçün döyünərək fəaliyyət göstərməkdədirlər.

İllər ötdükdən sonra - 1991-ci ilin dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Heydər Əliyevin təşəbbüsü ilə hər il dekabrın 31-i tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edildi. Milli liderin dünya azərbaycanlılarının birliyinə nail olmaq məqsədilə atdığı bu addım tarixin gərdişi nəticəsində pərən-pərən düşmüş soydaşlarımız arasında həmrəyliyin yaradılmasına verdiyi böyük töhfələrdən biridir.

Artıq zaman dəyişmiş, SSRİ dövründə görə bilmədiyimiz işləri görmək vaxtı yetişmişdi. Odur ki, Heydər Əliyev səfər etdiyi əksər xarici ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem qayğıları ilə yaxından maraqlanmaqla bərabər həmvətənlərimizi gənc respublika adına birgə fəaliyyət göstərməyə, aktiv olmağa səsləyirdi. Bu sahədə möhtəşəm addımlardan biri 2001-ci ilin noyabrın 9-10-da Bakıda keçirilən tariximizə parlaq səhifə kimi daxil olan Dünya Azərbaycanlılarının I Qurultayı oldu. Bu qurultayla əsası milli lider tərəfindən qoyulan müdafiə olunan milli ideologiyamız - Azərbaycançılıq ideyası təşəkkül tapdı. Qurultay diaspor hərəkatının inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Qurultayda aparılan müzakirələrin nəticəsi olaraq cəmi bir neçə ay sonra - 2002-ci ilin iyulun 5-də ulu öndərin fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Həmin ilin dekabr ayının 27-də isə «Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında» Qanun qəbul edildi. Dünyada fəaliyyət göstərən Azərbaycan icmaları ilə məşğul olan dövlət orqanının yaradılması müvafiq qanunun qəbulu dünya azərbaycanlılarının milli birliyi təşkilatlanması prosesini daha da sürətləndirdi, soydaşlarımızın öz tarixi Vətəni ilə əlaqələrinin genişləndirilməsini təmin etdi, ölkəmizin tarixi müasir həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına stimul verdi. Milli liderin siyasi kursunu layiqincə davam etdirən, 2003-cü ildə vəzifəsinin icrasına «Mən hər bir azərbaycanlının prezidenti olacağam» deməklə başlayan, xarici səfərləri zamanı mümkün olan qədər diaspor nümayəndələri ilə görüşməyə çalışan Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2006-cı ilin martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı baş tutdu. Yenə Prezidentin təşəbbüsü ilə 2007-ji ilin noyabrın 17-dən 19-dək Bakıda Türk Dövlət cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq Əməkdaşlıq Qurultayı keçirildi. Daha sonra 2007-ci ilin martında Bakıda 2009-cu ilin aprelində Frankfurtda keçirilən Avropa Azərbaycanlıları Konqresinin qurultayları, 2007-ci ilin martında Bakıda keçirilən Dünya Azərbaycan Türk diaspor təşkilatları rəhbərlərinin I Forumu, 2008-ci ilin dekabrında Bakıda keçirilən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının iclası, bu zaman Dövlət Komitəsi tərəfindən hazırlanmış «Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası»nın qəbulu diasporumuzun həyatında mühüm əhəmiyyətə malik hadisə olub. Əslində, Dünya Azərbaycanlılarının I Qurultayının keçirildiyi 2001-ci ildən bəri paytaxtımız diaspor məsələlərinə həsr olunmuş o qədər yüksək səviyyəli toplantıya ev sahibliyi edib ki, onların təkcə adlarını sadalamağa yer-yurd bəs etməz. Lakin bu toplantıların hamısını Azərbaycan adlı şərəfli məmləkətin başını uca etmək birləşdirib. Yayın istisində, qışın soyuğunda keçirilən bu toplantıların, orada edilən çıxışların, qəbul edilən qərarların, eləcə Diasporla İş üzrə Dövlət Komitəsinin ötən illər ərzində məqsədi müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanmasından onların milli maraqlarımıza dəstək olan fəaliyyətini istiqamətləndirməkdən ibarət olub. Bu sırada atılan mühüm addımlardan biri Prezidentin 2008-ci il 19 noyabr tarixli sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması oldu. Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması digər xalqların diaspor qurumları müxtəlif ölkələrin bilavasitə bu sahəyə məsul olan dövlət orqanları ilə birbaşa əməkdaşlığın qurulması imkanlarını genişləndirdi.

Kürəsəlləşən dünyamızda diaspor anlayışı beynəlxalq münasibətlərdə əhəmiyyətli amil kimi diqqət çəkir. Bu gün dünya xalqları arasında gedən sürətli inteqrasiya proseslərində diaspor təşkilatlarının rolu bu sahəyə diqqətin vacibliyini zəruri edir. Hazırda təxmini sayının 50 milyondan artıq olduğu bildirilən dünya azərbaycanlılarının böyük hissəsi Vətəndən kənarda yaşayır. Dünyanın dörd bir tərəfinə səpələnən soydaşlarımız qarşılaşdıqları problemlərə baxmayaraq, hər zaman öz milli mənsubiyyətlərini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qorumağa, tarixi Vətənlə əlaqələrini saxlamağa müvəffəq olurlar. Həmvətənlərimiz Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İspaniya, Avstriya, İsveçrə, İsveç, Polşa, Danimarka, İsrail, İslandiya, Norveç, İtaliya, Rumıniya, Moldova, Belarus, Bolqarıstan, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Çexiya, Cənubi Koreya, Çin, Latviya, Litva, Estoniya, Ukrayna, Belçika, Niderland, Lüksemburq, Yaponiya, Finlandiya, Misir kimi ölkələrdə daha mütəşəkkil formada əhəmiyyətli işlər, layihələr həyata keçirirlər. İndi dünyanın 50-dən artıq ölkəsində 370-dək Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Onlardan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (rusca «AMOR»), Ümumrusiya Azərbaycan Konqresi, Avropa Azərbaycanlıları Konqresi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası, Dünya Azərbaycanlıları Konqresi, «Ocaq» Mədəniyyət Mərkəzi, Amerika Azərbaycanlıları cəmiyyəti, Amerika Azərbaycanlıları Şəbəkəsi (US-AzerisNetwork), Benilüks Azərbaycanlıları Konqresi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası, Strasburq «Azərbaycan Evi», Maynts Azərbaycan cəmiyyəti, Norveç Azərbaycanlıları Gənclər Təskilatı - NAYO, Litva Azərbaycanlıları cəmiyyəti və adlarını çəkə bilmədiyim digər neçə-neçə təşkilatlar müvafiq ölkələrdə Azərbaycan adını uca etməklə məşğuldurlar. Bu qurumlar ölkəmizə aid həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışır, siyasət, mədəniyyət, elmi istiqamətli tədbirlər təşkil edir, xüsusən də Ermənistanın işğalçı siyasətinin mahiyyətini, Qarabağ probleminin incəliklərini, o cümlədən Xocalı faciəsinin tanıtdırılması ilə bağlı ardıcıl işlər görürlər. Xüsusilə, 20 Yanvar faciəsinin və Xocalı soyqırımının dünya çapında anılması üçün Diasporla İş üzrə Dövlət Komitəsinin hər il xaricdəki təşkilatlarımızla birgə dolğun tədbirlər proqramı hazırlayaraq həyata keçirməsi təqdirəlayiq haldır. Artıq iki ildir həyata keçirilən «Xocalıya Ədalət» kampaniyası ilə birgə bu tədbirlər daha geniş vüsət alıb.

Diaspor təşkilatlarımız bizim dünyadakı güvənc yerimiz, söykənəcək dayağımızdır. Ona görə də, xarici ölkələrdə kompakt şəkildə yaşayan bütün soydaşlarımızdan ümumi vətənimizin daha da inkişafı naminə bütün güclərini səfərbər etmək istəyini dilə gətirməyə haqqımız çatır. Nəzərə alsaq ki, bu gün haqq işimizi pərdələməyə, məqsədyönlü fəaliyyətimizin üzərinə kölgə salmağa cəhd edən ümumi düşmənimiz - ermənilər tarixi Azərbaycan torpaqlarında qurduqları Ermənistanın gücləndirilməsinə, tanınmasına, inkişafına və iyrənc siyasətlərinin, ən başlıcası da uydurma «erməni soyqırımı»nın dünya miqyasında tanınmasına nail olmaq üçün var gücləri ilə çalışırlar, bu baxımdan fədakar Azərbaycan diasporunun üzərinə daha böyük vəzifələr düşür. Planetin hansı hissəsində məskunlaşmasından asılı olmayaraq, müstəqil, güclü, bütöv Azərbaycan uğrunda əsl azərbaycanlı kimi yaşamaq, çalışmaq və ölmək bu milli mənsubiyyəti daşıyan hər kəsin mənəvi borcudur.

Yazı Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Mətbuat Şurasının və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun Azərbaycan Respublikasındakı nümayəndəliyinin diaspor mövzusunda keçirdiyi birgə müsabiqəyə təqdim olunur.

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2010.- 9 iyul.- S. 4.