Kinomuzun bu günü
Avqustun 2-si Milli Kino günüdür. Ənənəvi olaraq, kinemotoqrafçılar
həmin günü bayram kimi qeyd
edəcəklər. Bizsə, bayram
ərəfəsində kinonun
inkişafı naminə
reallaşan layihələrə,
görüləcək işlərə
nəzər salmaq istədik. Əvvəlcə onu qeyd edək ki, son illər dövlət tərəfindən kinonun
inkişafı naminə
bir sıra addımlar atılıb, proqramlar qəbul edilib, layihələr həyata keçirilib.
Misal üçün,
Prezident İlham Əliyevin 23 fevral 2007-ci il tarxili “Azərbaycanda
kino sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncamında
2008-2018-ci illəri əhatə
edən Dövlət Proqramının hazırlanması
nəzərdə tutulub.
Eyni zamanda, kinemotoqrafiya sahəsində gənclərin
yaradıcılıq fəaliyyəti
ilə bağlı
2007-2010-cu illəri əhatə
edən proqram hazırlanıb. Əlbəttə, bütün bunlar kinonu uğura aparan və onun inkişafına xidmət edən böyük işlərdəndir.
Görək, bu istiqamətdə
hansı işlər görülüb, yaxud görülməkdədir, hansı
layihələr reallaşıb
və reallaşmaq ərəfəsindədir? Sərəncamdan irəli gələrək həyata
keçirilən və
reallaşacaq layihələr
barədə bizə Mədəniyyət və
Turizm Nazirliyi kino şöbəsinin sektor müdiri Yusif Şeyxov məlumat verdi.
Sektor müdirinin sözlərinə
görə, 2008-2018-ci illəri
əhatə edən Dövlət Proqramı çərçivəsində Dövlət Film Fondu inşa edilərək təhvil verilib. Fondun yüksək standartlara cavab verən texniki avadanlıqlarla (avadanlıqlar Almaniya və Rusiyadan gətirilib-c. S) təchizatı həyata
keçirilib. Eyni zamanda,
«Nizami» kinoteatrında
təmir işlərinə
start verilib. «Azərbaycanfilm» kinostudiyasında
aparılan təmir-tikinti
işlərinin sürətlənməsi,
kinostudiyanın gələcəkdə
müasir səsyazma və çəkiliş avadanlıqları ilə təmin edilməsi də proqram çərçivəsində həyata keçiriləcək
işlərdəndir. Onu da öyrəndik ki, bölgələrdə
də bu qəbildən olan bir sıra işlər
həyata keçiriləcək.
Məsələn, Quba,
Gəncə, Lənkəran,
Mİngəçevir, Naxçıvan
və digər bölgələrin kinoteatrları
təmir ediləcək,
hər biri yeni, modern avadanlıqlarla təchiz olunacaq. Y.Şeyxov proqramdan irəli gələrək müştərək
filmlərin istehsalının
genişləndiriləcəyini də bildirdi. Qeyd etdi ki,
artıq bu istiqamətdə bir neçə film istehsal olunaraq, kinosevərlərin
ixtiyarına verilib: «Şamil Nəcəfzadənin
rejissorluğu ilə ərsəyə gələn
«Qala» filmi Rusiya ilə müştərək çəkilib.
Artıq
bu filmin prezentasiyası da keçirilib. Rüstəm İbrahimbəyovun çəkdiyi
«Kabusun gözü ilə» bədii filmi isə Fransa ilə müştərək ərsəyə
gəlib. Film 2 avqust Kino Günündə
kinosevərlərin ixtiyarına
veriləcək. Hazırda İranla
müştərək «Çevrilmiş
işıq» filmi (rejissoru Ənvər Əbluç-c. S) çəkilir. Elçinin ssenarisi
əsasında Türkiyə
ilə müştərək
olaraq «Mahmud və Məryəm» filmi çəkiləcək».
Sektor müdiri onu da vurğuladı
ki, müştərək
filmlər yalnız Azərbaycan tamaşaçısı
üçün deyil,
eyni zamanda, xarici kino bazarı
üçün də
nəzərdə tutulub. Bu qəbildən
olan «Qala» artıq bir sıra nüfuzlu beynəlxalq kino festivallarında nümayiş
olunub, diplom və mükafatlara layiq görülüb.
Müştərək filmlər sırasında sənədli
ekran işlərinin də olacağını deyən Yusif Şeyxov bildirdi ki, yaxın günlərdə «Salnamə»
studiyası Rusiya, Gürcüstan və digər ölkələrlə
birgə sənədli
filmlər çəkib. Bura «Əli və
Nino» (Gürcüstanla müştərək),
«Hüseynbala Əliyev»
(Rusiya ilə müştərək) filmləri
daxildir. Həmin filmlər
gənc rejissorlar - Murad Muradov və
Tahir Əliyevə həvalə olunub.
Sektor müdiri, həmçinin
kinemotoqrafiya sahəsində
gənclərin yaradıcılıq
fəaliyyətinin inkişafı
üçün nəzərdə
tutulan və
2007-2010-cu illəri əhatə
edən proqramdan da söz açdı:
«Mədəniyyət və
Turizm Nazirliyi bir neçə ildir ki, “Bu meydan,
bu ekran!” müsabiqəsini keçirir.
Müsabiqə qaliblərinin layihələri
əsasında onlarca filmlər istehsal olunub. Bu gün
həmin filmlərin sorağı dünya kinofestivallarından gəlir.
cizgi filmləri
sahəsində gənc
rejissorların debüt
filmlərinin istehsalata
buraxılması da bu proqram çərçivəsində
həyata keçirilir.
Hər il
tammetrajlı bədii
filmin çəkilişinə
ən azı bir debütant rejissor cəlb olunur. Gənc rejissorların işlərindən
ibarət “Tanış
olun: gənclər” baxış-müsabiqəsi, “Vətən”
kinoteatrı bazasında
Uşaq Kinosu Mərkəzinin yaradılması,
bütün bunlar sözügedən proqram əsasında reallaşdırılıb».
Xatırladaq ki, «İki» («RTR» prodakşn), «Xəyallar gündəliyi» («Debüt» studiyası), eləcə də, gənc
rejissorlar Fariz Əhmədov
və Nərgiz Bağırzadənin çəkdiyi «Bir addım», «Qocalar» («İmperqrup» prodakşın) və digər
qısametrajlı filmlər «Bu meydan, bu ekran!»
layihəsi çərçivəsində ərsəyə gəlib. Qeyd edək ki,
sözügedən filmlər vaxtaşırı bir sıra nüfuzlu beynəlxalq
kinofestivallarda nümayiş
olunaraq, yüksək mükafatlara
layiq görülüblər.
Sektor müdiri söhbət əsnasında 2 avqust Kino Gününə
hazırlıqlardan da söhbət
açdı. Qeyd etdi
ki, həmin gün kinoplakat sərgisi nümayiş
olunacaq. Bir qrup tanınmış kino
xadimləri və işçilərinə pul
mükafatları və diplomlar təqdim
ediləcək: «Kinemotoqrafçıların bayramı hər
il olduğu kimi bu il
də maraqlı tədbirlərlə yadda
qalacaq».
Səlimqızı Cəvahir
Mərkəz.-
2010.- 16 iyul.-
S. 11.