Uşaqlar üçün bayram şənliyi keçirildi

 

Respublika Uşaq Təşkilatının təşkil etdiyi şənlik uşaqların sevincinə səbəb oldu

 

Uşaqlara daim qayğı və böyük diqqətlə yanaşan Respublika Uşaq Təşkilatı 1 iyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ərəfəsində ənənəsinə sadiq qaldı. Təşkilat bu gün münasibətilə mayın 30-da «Şahdağ» restoranında Bakı şəhərində məskunlaşan qaçqın, köçkün, əlil imkansız ailələrdən olan 120-dən artıq uşaq üçün maraqlı bədii-əyləncəli tədbir keçirdi. Tədbirin keçirilməsində əsas məqsəd uşaqların 1 iyun müdafiəsi gününü ictimaiyyət arasında təntənə ilə qeyd etmək, imkansız ailələrdən olan uşaqlara maddi dəstək göstərmək və ən vacibi uşaqlara qarşı diqqəti artırmaqdan ibarət idi.

Bayram şənliyini təşkilatın sədr müavini Roza Fərzəliyeva açıq elan etdi. O bildirdi ki, təmsil etdiyi təşkilat 1996-cı ildə yaradılıb və fəaliyyət göstərdiyi ilk gündən uşaqlara fəal dəstək verir.

R. Fərzəliyeva söylədi ki, təşkilatın tərkibində «Çiçəyim» uşaq teatrı «Səma» rəqs qrupu var. Bu bədii qruplarda istedadlı uşaqlara öz bacarıqlarını nümayiş etdirmək üçün gözəl imkanlar yaradılıb. «Səma» rəqs qrupunun təkcə Azərbaycanda deyil, həmçinin dünyanın bir sıra ölkələrində çoxsaylı çıxışları olub.

«Çiçəyim» uşaq teatrının və rəqs qrupunun bayram şənliyində nümayiş etdirdiyi səhnələr tədbirin daha maraqlı alınmasına kömək etdi.

Mərasimin açılışında təşkilat sədrinin müavini Ruxsarə Axundova da çıxış etdi. O, təşkilatın sədri Gülər Əhmədovanın 1 iyun münasibətilə uşaqlara təbrikini çatdırdı.

Sonra tədbir «Səma» rəqs qrupunun «Çiçəyim» uşaq teatrının üzvlərinin maraqlı çıxışları ilə davam etdirildi. «Səma» rəqs qrupu uşaqlar üçün «Yallı», «Pişik» rəqslərini ifa etdilər və bir neçə mahnı səsləndirdilər.

«Çiçəyim» uşaq teatrının üzvlərinin səhnələşdirdiyi kiçik tamaşalar da uşaqların böyük sevincinə səbəb oldu. Xüsusilə «Meyvələrim» səhnəciyini uşaqlar daha çox maraqla qarşıladılar.

Bayram şənliyinin xoş keçməsində şən klounun çıxışının da böyük payı oldu.

Tədbirin təşkilatçıları uşaqlara 1 iyun münasibəti ilə hədiyyə verməyi də unutmadı. Mərasimin sonunda uşaqlara çantageyim əşyalarından ibarət bağlama hədiyyə edildi.

Onu da bildirək ki, bayram şənliyinin keçirilməsinə Türkiyənin «Tekfen» İnşaat Təsisat şirkəti sponsorluq edirdi. Şirkətin nümayəndələri şənlikdə iştirak etdilər uşaqlarla birgə əyləndilər. «Tekfen»in Bakı nümayəndəliyinin maliyyə şöbəsinin müdiri Tuncay Özgümüşun bildirdiyinə görə, onlar Azərbaycanda fəaliyyətə başladıqları ilk gündən müxtəlif sosial layihələrə dəstək veriblər.

 

 

Vasif Cəfərov

 

Mərkəz.- 2010.- 1 iyun.- S.8.