Paytaxtda rus kinosu
«Mən bunu festival yox,
Azərbaycanda yaşayan rusların
bayramı adlandırardım»
İyunun 1-dən
paytaxtda Rusiya Kino Günlərinə start verilib.
İyunun
5-dək davam edəcək kino günləri Mədəniyyət
və Turizm Nazirliyi ilə Rusiya Kinosunun İnkişafına Dəstək
Fondu tərəfindən təşkil olunub. Proqrama son illərdə
istehsal olunan, Rusiya kino ictimaiyyəti və
tamaşaçıların rəğbətini qazanmış
5 film - «Dəvə rəqsi», «Əlvida Doktor Çexov», «Axirət
günü», «Malta xaçı», «Puşkin, son duel» filmləri
daxil edilib. Qeyd edək ki, kino günlərində iştirak
etmək məqsədilə Rusiya Kinosunun İnkişafına
Dəstək Fondunun baş direktoru Mixail Alekseyev və
tanınmış kinodramaturq Vladislav Romanov da
paytaxtımızın qonağıdır.
Kinematoqrafçılar
İttifaqının zalında təşkil olunanan kino
günlərində biz də iştirak etdik; həm təəssüratları
paylaşmaq, həm də son illərdə çəkilmiş
rus kinosuna baxıb kino zövqümüzün pasını
atmaq üçün. Bəli, bəli, məhz pasını
atmaq üçün. Çünki hər kəsə bəllidir
ki, son illər keyfiyyət sarıdan xeyli axsayan Azərbaycan
filmlərinin istehsalı ilə arxivə atılması bir
olur. Elə buna görə də bədii-estetik zövq
aşılayan filmlərə tamarzı qalan Azərbaycan
tamaşaçısı bu ehtiyacını Bakıda
keçirilən bu tipli festivalları izləməklə
ödəməyə çalışırlar.
Əvvəlcə
onu qeyd edim ki, festival çərçivəsində artıq
iki film nümayiş olunub- «Dəvə rəqsi», «Əlvida
Doktor Çexov».
Rejissoru Yevgeni
Sokolov olan «Əlvida Doktor Çexov» filminin ssenari müəllifi Vladislav Romanovdur. Film böyük rus dramaturqu Anton Çexovun həyatından
bəhs edir. Çexovun dünyaya
baxışı, şəxsi həyatı, düşüncələri
filmin ana xəttini təşkil edir.
Dmitri Muxammedov, Anna Kazyuçis kimi tanınmış rus aktyorlarının çəkildiyi
film daha çox avtobioqrafik xarakteri, eyni zamanda, dərin-psixoloji ovqatı ilə də diqqət çəkir.
Film «Yauza-film»in istehsalıdır.
Dİgər film- Tatyana Mİroşnikovun ssenarisi əsasında rejissor Alena Semenova və Aleksandr Smirnovun lentə aldıqları «Dəvə rəqsi»
isə məhəbbətdən bəhs edir.
Əsas rollarda Leonid Biçevin, Vladislav Vetrov, Mariya Berdinski və
başqaları çəkiliblər. Qeyd edək
ki, hər iki film festival
iştirakçıları tərəfindən böyük maraqla
qarşılandı. Bir məqamı
da vurğulayım ki,
fesitivala təşrif
buyuran tamaşaçıların
əksəriyyətini paytaxtın rusdilli əhalisi, eyni zamanda, ruslar təşkil edirdi. Kinematoqrafçılar İttifaqının zalı
ağzınacan dolu idi
və yer tapa bilmədiklərindən
filmi ayaqüstə seyr edənlər də vardı. Bizimlə
söhbətləşən tamaşaçıların hər
biri festivalın keçirilməsindən məmnunluq hissi keçirdiklərini dilə gətirdilər və təəssüratlarının
yüksək olduğunu söylədilər.
Festivala Rus İcmasının dəvəti
ilə qatılan təqaüdçü xanım Alla Pletina çoxdan
böyük ekrandan rus filmlərinə tamaşa
etmədiyini və buna görə də festivalda təqdim olunan filmləri
acgözlüklə seyr etdiyini
söylədi: «Mən bunu festival
yox, Azərbaycanda yaşayan
rusların bayramı
adlandırardım. Çünki gördüyünüz kimi
festival bayram, izdiham xarakteri daşıyır və ən
gözəl libaslarımızı geyinib bu bayrama
yığışmışıq. Mənim üçün
həm də
bayramdır, ona görə
ki, çoxdan keyfiyyətli,
klassik sənət nümunəsi olan rus filmlərinə
tamarzı idim. Söz
yox, telekanallar rus filmləri nümayiş etdirir, amma hamısı dava, qan, döyüş səhnələri
ilə doludur. Bunlar indiki cavanların xoşuna
gəlir, amma mənim kimi
yaşlı nəslin
marağına, zövqünə cavab vermir. Bandarçukun «Hərb
və sülh», Vasili Şukşinin «Kalina Krasnaya»sını görən tamaşaçını indiki filmlər maraqlandıra bilməz. Mən bu
gün festivalda «Əlvida
Doktor Çexov» kimi səviyyəli, yüksək bədii-estetik
kriteriyalara cavab verən filmi görəndə gözüm
yaşardı. Çünki film məndə nostalji hisslər
oyatdı».
«Rus
kinosu həmişə
siması ilə çeçilib, təəssüf ki, bu gün çəkilən
bir çox filmlər bu simanı gölgədə
qoyur», - deyən
müəllimə Viktoriya Belosuva
onlara belə yüksək keyfiyyətli
filmlərə baxmaq üçün
yaratdığı fürsətə görə
təşkilatçılara minnətdarlıq etdi: «Mən bu gün
burda rus kinosunun «qaymaq» filmlərini gördüm.
«Əlvida Doktor Çexov» filminin təsirindən yəqin ki,
bir müddət
çıxa bilməyəcəyəm. Çexov
yaradıcılığını dərindən bilsəm də, onun
həyatı ilə
bağlı elə məqamlar vardı ki,
onu bu filmə baxanda bilib öyrəndim.
Bildiyimə görə, bu filmlər
hələ geniş publikaya təqdim
olunmayıb və ilk dəfədir
ki, festivalda nümayiş olunur. Bu, açığı bizim üçün sürpriz oldu. Mən
festivalı izləməkdən zövq
alıram. Bu fürsəti bizə yaradan Azərbaycanın Mədəniyyət və Turizm
Nazirliyinə minnətdaram».
«Bu ki əsl klassikadır» - rus kinosunun vurğunu
olan Gülgəz Yusifova festivalda tamaşa etdiyi iki filmlə bağlı təəssüratını bu sözlərlə ifadə etdi: «Mən bu gün
«Əlvida Doktor Çexov» filminin timsalında rus kinosunun şedevrini gördüm. Və çox sevindim. Ona görə ki, bütün dünya kinosunda baş alıb gedən
xoşagəlməz tendensiya rus kinosundan da yan keçməyib. Son illər çəkilən filmlərin əksəriyyəti
keyfiyyətcə aşağı, kommersiyaya
xidmət edən filmlərdir.
Amma sən demə,
belə keyfiyyətə xidmət edən filmlər də
çəkmək olar. Hələ
festivalın
başlanğıcıdır, amma inanın ki, iki filmə baxınca gözüm dincəldi.
Pulsuz-parasız rahat şəraitdə
oturub, ruhumuzun yorğunluğunu canımızdan
çıxarırıq». Onu da qeyd edək ki, filmlərin pulsuz seyri festival
iştirakçılarının
xüsusilə xoşuna gəlib.
Elə isə, buyurun, gəlin baxın, hələ festival davam edir. Sırada «
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2010.- 4 iyun.- S. 11.