İslam ölkələrində memarlıq
irsi»
23-28
may tarixlərində Səudiyyə
Ərəbistanının paytaxtı
əl-Riyad şəhərində
Kral Abdullah bin Əbdüləzizin
himayəsi altında,
eləcə də Ali
Turizm və Abidələr Təşkilatının
təşkilatşılığı ilə “İslam ölkələrində memarlıq
irsi” mövzusunda 1-ci beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycanı mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi
nümayəndə heyəti
təmsil edib. Bu barədə qəzetimizə
nazirliyin mətbuat katibi Zöhrə Əliyeva məlumat verib. Qeyd edək ki, konfransda 26 ölkə turizm nazirləri səviyyəsində təmsil
olunub. Mayın
25-də nümayəndə heyətinin nazirliyin mədəni irs
şöbəsinin müdiri
Rizvan Bayramov Azərbaycanda mədəni
irsin qorunması ilə bağlı məruzə edib. Konfrans çərçivəsində
nümayəndə heyətinin
rəhbəri mədəniyyət
və turizm naziri Ə. Qarayev bir sıra ölkələrin
turizm nazirləri və BMÜTT, UNEScO,
İKT, İRcİcA kimi
beynəlxalq təşkilatların
rəhbərləri ilə
ikitərəfli görüşlər
keçirib, əlaqələrin
genişləndirilməsi və
gələcək planlarla
bağlı geniş fikir mübadiləsi aparıb. Konfrans çərçivəsində
təşkil olunmuş
sərgidə azərbaycanlı
sənətkarların da
əl işləri nümayiş olunub.
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2010.- 4 iyun.- S. 11.