Gənc dirijorumuz
«Musiqi Olimpi» XV Beynəlxalq festivalında
Sankt-Peterburqda keçirilən «Musiqi Olimpi» XV Beynəlxalq musiqi festivalında Azərbaycanı
Beynəlxalq müsabiqələr
laureatı, dirijor Əyyub Quliyev təmsil edib. Bu barədə «Mərkəz»ə dirijor özü məlumat verib. Festivalın poqramına 14 ölkəni
təmsil edən 30 musiqiçinin iştirak etdiyi 6 konsert daxil olub. Festival şəhərin ən məşhur konsert zallarında - Ermitaj teatrında, Sankt-Peterburq Dövlət Kapellasında, Dövlət
Filarmoıniyasının böyük
zalında baş tutub.
Festivalın növbəti konsertlərindən
biri Sankt-Peterburq Dövlət Kapellasında
keçirilib.
Ə.Quliyevin dirijorlugu altında
Dövlət Kapellasının
simfonik orkestri dünya klassik musiqisinin şedevrləri
- Mosart, Puççini,
Bize və Prokofyevin əsərlərindən
ibarət proqramla cıxış edib.
Əyyub
Quliyevlə bərabər,
həmin konsertdə koreyalı skripkaçı
Je Xay Li, latviyalı Qunars Upatnieks (kontrabas), Qəbələdə keçirilən
pianoçuların I beynəlxalq
müsabiqəsinin qalibi
İlya Maksimov (Rusiya) və soprano Polina Pastirçak (Macarıstan) dinləyicilərin
böyük marağına
səbəb olub.
Həmin
gecə Sankt-Peterburqda
ilk dəfə olaraq məşhur italyan bəstəkarı Nino Rotanın
kontrabas və orkestr üçün konserti ifa olunub.
2 iyun tarixində
isə Sankt-Peterburqun digər tarixi salonu olan Ermitaj
Teatrının Böyük
zalında festivalın
bağlanış mərasimi
keçirilib. Həmin
gecə Əyyub Quliyevin rəhbərliyi altında Ermitaj Dövlət Simfonik Orkestri ilə bərabər amerikalı violonçelist Metyu Allen, pianoçu Jen San Li (Koreya),
Tomoaki Yoşida (Yaponiya) cıxış ediblər. Konsertin yaddaqalan hadisələrindən
biri Kraliça Yelizavetanın adına
beynəlxalq müsabiqədə
qalib gəlmiş koreyalı bəstəkar Yun Hva Çonun
«Deixis» fortepiano konsertinin
dünya premyerası olub. Həmin əsərin solisti
Sergey Redkin (Sankt-Peterburq),
dirijoru isə Əyyub Quliyev olub.
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2010.- 5 iyun.- S. 11.