Ümummilli lider anıldı
Dünən
«Səs» qəzetinin redaksiyasında ümummilli
lider Heydər Əliyevin
anadan olmasının
87-ci ildönümü münasibətilə
dəyirmi masa keçirildi
Novruz Məmmədov: «Mən
Heydər Əliyevi insan qalaktikasının
parlaq bir ulduzu hesab edirəm»
Dəyirmi masada çıxış edən
Prezident Administrasiyasının
beynəlxalq əlaqələr şöbəsinin
müdiri Novruz Məmmədov bildirdi ki, ümummilli liderlə
işləyən insanlarla belə
müzakirələrin aparılması həm
bu insanlara, həm də
gələcək nəsillərə lazımdır: «Mən
Heydər Əliyevi insan qalaktikasının
parlaq bir ulduzu hesab edirəm.
Xoşbəxtəm ki, onunla
bir yerdə işləmişəm. Həyatda
başqa heç nəyə nail olmasaydım da, bu, mənim üçün kifayət edərdi.
Dünyanın 60-dan çox ölkəsinin rəhbərlərinin
bir neçə nəsli ilə tanış olmuşam,
müxtəlif nümayəndə
heyətlərinin tərkibində onlarla
görüşmüşəm, onlarla
aparılan danışıqlarda iştirak
etmişəm. Bu görüşlər mənim
üçün bir nəticəyə gəlmək, fikir söyləmək, qərar qəbul etmək
üçün çox
böyük əhəmiyyətə malik olub. İnanın, səmiyyətlə
deyirəm: mən nə XX əsrdə, nə də XXI əsrin
əvvəllərində o dövlət başçıları
arasında Heydər Əliyev kimi şəxsiyyət görə
bilməmişəm. Çünki dəfələrlə olan
görüşlər, edilən söhbətlər,
aparılan danışıqlar zamanı mübaliğəsiz,
şişirtmədən deyirəm ki, onların Heydər Əliyev
simasının, dühasının, zəkasının
kölgəsində qaldıqlarını görmüşəm.
Bunu zaman da sübut edir.
Heydər Əliyev sağlığında tarixə çevrilmiş insan idi. Heydər Əliyev bütün
situasiyalarda xalqa nə
cür xidmət etməyin yolunu göstərdi.
O, hər addımında böyük bir vətəndaş olduğunu, Vətəninə, millətinə
nə qədər ürəkdən bağlı olduğunu nümayiş etdirirdi». N.Məmmədov Fransada təhsil aldığı dövrdə başına gələn
maraqlı əhvalatı da
danışdı: «Mən Fransaya gələndə orada bir nəfər haradan olduğumu soruşdu. cavabında SSRİ-dən olduğumu dedim. O da fransızca bir neçə dəfə Lev
Yaşin və Əliyev
dedi. Düzü, əvvəlcə
bu sözlərin mənasını anlamadım. Yanımdakı
tanışımdan onun nə
dediyini soruşduqda dedi ki, əfsanəvi futbolçu Lev Yaşin və ümumittifaq
miqyaslı dövlət
adamı Heydər Əliyevdən bəhs edir.
Görün, 80-ci illərdə
Avropanın mərkəzi şəhərlərinin birində SSRİ-ni kimin vasitəsilə tanıyırdılar».
Eldar İbrahimov: «Ümummilli liderin ən
önəmli xidmətlərindən biri üçrəngli
bayrağı muxtar respublikanın bayrağı kimi qəbul
etməsi idi»
Milli
Məclisin Aqrar siyasət Komitəsinin sədri Eldar
İbrahimov isə H.Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik
etdiyi dövrdən danışaraq onu «Azərbaycanı
palçığın içindən dartıb
çıxaran», respublikaya 12 dəfə keçici
qırmızı bayraq qazandıran, neftayırma
zavodlarını yenidən quran, sənaye, tikinti və
xüsusilə kənd təsərrüfatı sahəsində
sıçrayışlara nail olan, 1 milyon ton pambıq, 2
milyon tondan artıq üzüm istehsal edən bir ölkəyə
çevirən, beləliklə də, Azərbaycan kəndinin
simasını dəyişdirən, insanları varlandıran
bir rəhbər kimi xarakterizə etdi. E. İbrahimov H. Əliyevlə
bağlı maraqlı bir xatirə də danışdı:
«1981-ci ildə mən Naxçıvan Muxtar Sovet Sosialist
Respublikasının partiya komitəsində təlimatçı
işləyirdim. Söz vaxtına çəkər
- ya mayın 4-ü, ya da 5-i idi.
Naxçıvana möhkəm
qar yağdı. Yadımdadır ki, Heydər Əliyev həmin vaxt Gürcüstanda idi. Ordan birbaşa Naxçıvana gəldi.
Bakıdan da nazirlər dəyən zərərin aradan qaldırılması ilə
bağlı müşavirəyə
gəldilər. Nədənsə,
partiya komitəsinin ikinci katibi məni
çağırdı və
Heydər Əliyev gələndə ona məruzə etmək üçün hazırlaşmağı
məsləhət gördü.
Mən də Heydər Əliyevin həsrətində olan bir insan idim.
Neçə illərdir,
onu televizordan görürəm, istəyirəm
əlim onun əlinə dəysin. Yəni, bu arzu
ilə yaşayırdım
və möhkəm də hazırlaşırdım.
Amma çox təəssüf ki, İlahi bunu mənə qismət eləmədi. Heydər Əliyev birbaşa birinci mərtəbəyə
daxil oldu və orada müşavirəni
keçirdi və çıxıb getdi. Həyat elə gətirdi ki, 1990-cı ildə Naxçıvana gələn gündən onunla ünsiyyətdə oldum». Natiq dedi
ki, ümummilli liderin sonrakı dövrdə ən önəmli xidmətlərindən
biri onun Naxçıvan Ali Sovetinin
sessiyasını çağıraraq
üçrəngli bayrağı
muxtar respublikanın bayrağı kimi qəbul etməsi olub: «Həmin vaxt Bakıya gələndə hamı mənə deyirdi ki, Eldar, o nə
bayraqdır, Naxçıvan
özü üçün
bayraq düzəldib? Naxçıvan o zaman
SSRİ-nin saxlanılması
ilə bağlı referendumda da iştirak etmədi».
Sabiq millət
vəkili Kərim Kərimov isə dedi ki, Heydər
Əliyev ilk növbədə
əsl insani keyfiyyətlərə malik
bir şəxs idi. Heydər Əliyevin 1987-ci ildə bütün vəzifələrdən
çıxarıldığını deyən K.Kərimov bundan əvvəl 1983-c ildə Özbəkistanda Şərəf Rəşidovun,
1986-cı ildə Qazaxstanda
Dinməhəmməd Kunayevin
Siyasi Bürodan, partiya və dövlət işindən
uzaqlaşdırıldıqlarını vurğuladı. K. Kərimov
bildirdi ki, bu insanların hamısından fiziki və əqli cəhətdən üstün
olan Heydər Əliyevin bir türk oğlu kimi «Politbüro»da qalmasına rus şovinistləri yol verə bilməzdilər:
«Edilən təzyiqlər
nəticəsində 1987-ci ilin mayın 11-də, ad günündən bir gün sonra iş vaxtı Heydər Əliyevin ürəyi tutdu. Xəstəxanada yatdığı
uzun müddətdə
kurasiyasında olan 20 nazirliyin heç bir başçısı,
heç bir nazir müavini, «Politbüro»dan heç kəs Heydər Əliyevi yoluxmaq üçün xəstəxanaya getmədi.
Bütün bunlardan sonra Heydər Əliyev çox fikirləşdi və dedi ki, dünyada
və ölkədə
gedən ictimai-siyasi proseslər mənim ümumi dünyagörüşümü
dəyişdi. Heydər
Əliyev 1990-cı ildə
Moskvadan Bakıya gələndə tamamilə
dünyagörüşünü, Kommunist Partiyasına,
SSRİ-yə münasibətini
dəyişmiş bir
insan idi». Heydər Əliyevin ölümündən sonra
onun haqqında 100-dən
artıq kitab yazıldığını deyən
K. Kərimov onların
içərisində çox
dəyərli kitablarla
yanaşı, Heydər
Əliyevin həyat fəaliyyətinə, adına
yaraşmayan kitabların
da olduğunu söylədi: «Xüsusən
də onun Moskvadan Bakıya qayıtdıqdan sonrakı
aylarda SSRİ-yə qarşı fəaliyyəti
bu kitablarda o qədər də yaxşı əks olunmayıb».
Millət vəkili
Məlahət İbrahimqızı
Heydər Əliyevin həyat və fəaliyyətinin böyük
bir araşdırma mənbəyi olduğunu söylədi.
«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə qeyd etdi ki,
istər tarixi, istərsə də siyasi kontekstdən yanaşdıqda gözümüz
önünə bir
era gəlir ki, bu da Heydər
Əliyev erasıdır.
Onun sözlərinə
görə, ən başlıcası da ondadır ki, həmin era bu gün də davam edir: «Felən,
bioloji baxımdan ulu öndər aramızda yoxdur, amma qurduğu era davam edir və
yüz illərlə bu era davam edəcək.
Çünki müstəqil
Azərbaycan dövlətinin,
onun əsaslarının,
onun ideoloji prinsiplərinin yaranması,
Azərbaycan cəmiyyətinin
formalaşması ulu öndərin adı ilə bağlıdır».
Gülər Əhmədova:
«Heydər Əliyevin diaspor sahəsində həyata keçirdiyi ideologiya çox mükəmməl idi»
Millət vəkili
Gülər Əhmədova
isə Heydər Əliyevin həm də çox böyük bir ideoloq olduğunu vurğuladı. Millət vəkili qeyd etdi ki, Heydər
Əliyev çox gözəl natiq idi: «Məncə, Heydər Əliyevin diaspor sahəsində həyata keçirdiyi ideologiya çox mükəmməl idi. Bu ideologiyanın kökündə
azərbaycançılıq dayanırdı ki, bu da müxtəlif
səbəblərdən 1917-ci ildən sonrakı dönəmdə ölkəni
tərk etməyə məcbur olmuş soydaşlarımızı birləşdirən
vasitə oldu. Bu insanlarda artıq bir kosmopolit düşüncəsi var
idi. Onlarda qarışıq nigahlara da rast gəlinirdi.
Azərbaycançılıq ideyası, nəinki, Azərbaycanın müstəqilliyinin
və suverenliyinin qorunması üçün
ən gözəl bir ideya idi,
eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar
üçün çox
gözəl bir ideya idi. İş
o yerə çatdı
ki, Azərbaycandan köçmüş yəhudilər
belə bu ideya ətrafında birləşməyə və
özlərini azərbaycanlı
adlandırmağa başladılar».
Heydər Əliyevin
yürütdüyü siyasəti
insanpərvər və
çox humanist siyasət
adlandıran G.Əhmədova
bildirdi ki, ümummilli liderin ikinci hakimiyyəti dövründə ölüm
hökmünü aradan
qaldırması, davamlı
olaraq əfv fərmanlarının həyata
keçirilməsi xalq
arasında çox böyük rəğbətlə
qarşılanırdı.
Heydər Əliyevin
dini və milli dəyərlərə
qayıdışa çox
böyük önəm
verdiyini bildirən G. Əhmədova onun özünün bu məsələdə atdığı
addımların çox
böyük nümunə
olduğunu söylədi:
«Heydər Əliyevin Bibiheybət məscidi və Mirmövsum Ağa ziyarətgahına yüksək münasibəti
hələ sovetin xofu ürəklərdən
çıxmayan insanlara
arxa-dayaq olmaq idi».
Millət vəkili
Heydər Əliyevin dahiliyinin ən vacib məqamının onun çox gözəl müəllim
və psixoloq olması ilə xarakterizə olunduğunu da söylədi: «Heydər Əliyev atdığı addımlarla
xalqın hər bir nümayəndəsilə
- savadlısıyla da,
savadsızı ilə
də işləyirdi».
G.Əhmədovanın
sözlərinə görə,
Heydər Əliyevin mətbuatın çox böyük borcunun ləğv olunması haqda verdiyi fərman
nəticəsində hər
kəs başa düşdü ki, bu gün Azərbaycanda
sadəcə olaraq bir quruculuq işi
gedir: «Heydər Əliyevdə çox böyük bir tolerantlıq, səbir və təmkin var idi. Halbuki,
bu, heç də hamıya nəsib olmur. Bütün bunlar hamısı Heydər Əliyev məktəbidir.
Mən çox xoşbəxtəm ki, biz bu insanın məktəbini keçə
bilmişik».
Səxavət HƏMİD
Mərkəz.- 2010.- 6 may.- S. 5.