Heydər Əliyev və ədəbiyyatımız
Zəlimxan Yaqub:
«Heydər Əliyevin sözə münasibəti
bəndənin Allaha olan münasibəti səviyyəsində idi»
Nizami Cəfərov:
«İstedadlı yazarların
sosial-məişət problemləri,
müalicəsi böyük
öndər tərəfindən
nəzarətə götürüldü»
Dahilər 100 ildən
bir doğulur. Nə
xoşbəxt bizlərə ki, Tanrı bu lütfünü
xalq olaraq Azərbaycandan
da əsirgəmədi. İsmi
tarixə əbədi həkk olunan bir dahini bizlər üçün xəlq etdi. Və yenə də nə xoşbəxt
bizlərə ki, böyük
öndər, əbədiyaşar şəxsiyyət, fenomen insan, ümummilli lider Heydər Əliyev kimi bir dühanın
müasiri olmaq şərəfi nəsibimiz oldu.
Heydər Əliyev həm xalqın, həm
də musiqi, teatr, kino, ümumilikdə mədəniyyətimizin hamisi idi. 87
yaşını sevə-sevə qeyd etdiyimiz belə bir ərəfədə böyük öndərin mədəniyyətimizdəki
xidmətlərini xatırlayacağıq… Növbəti dəfə
«Heydər Əliyev və ədəbiyyatımız» mövzusunda danışacağıq. Özü də bu sahənin biliciləri ilə
birgə…
Xalq şairi
Zəlimxan Yaqub Heydər Əliyev qədər Azərbaycan ədəbiyyatının inkişafına
dəstək olan ikinci bir dövlət
xadimi tanımadığını
dedi: «Heydər Əliyev sözə o qədər böyük qiymət verirdi ki, sözün fövqündə dayanmağı
da bacarırdı. Onun sözə
münasibəti bəndənin Allaha olan münasibəti
səviyyəsində idi. Dahi şəxsiyyət
ədəbiyyata verdiyi qiymətlə
bərabər, həm də ədəbiyyat adamlarını
yüksəltməyi bacarırdı. Elə bunun
nəticəsi idi ki, keçmiş SSRİ
məkanında fəxri ad alan
şair və yazıçıların az qala yarısı
Azərbaycanın payına düşürdü.
Heydər Əliyev
bunu ona görə edirdi ki, ədəbiyyat adamları Azərbaycanı
bütün dünyada
tanıda bilsinlər». Zəlimxan
Yaqub bir də ona görə
fəxr edir ki, böyük öndər
Dədə Qorquddan, Nizami
Gncəvidən ta üzü bu yana qədər bir nəfər də olsun
yazıçıya, şairə diqqətsiz olmadı.
Onların hər birinin ayrı-ayrılıqda
yubiley gecələrini təşkil etdi, adlarını əbədiləşdirdi. Elə buna görə də özünə əbədiyyət
qazandı. Xalq şairi
ulu öndərin ədəbiyyat
adamlarına göstərdiyi sonsuz qayğıdan danışanda
kövrəldi: «Heydər Əliyev elə mərd
kişilərdən idi ki,
çətin vaxtlarımızda bir göz qırpımında
yanımızda olmağı bacarırdı. Yadımızdan
çıxarmı heç, onun Məmməd
Arazın, Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin, Yusif Səmədoğlunun
balışının başında
durmağı, onun mən
Zəlimxan Yaqubu xaricdə müalicə
etdirməyi? Hansı dövlət başçısı bunu edərdi?
Adi sosial problemlərimizin həllində də onun rolu əvəzsiz olub. Bunu itirmək olarmı? Heydər Əliyevin bir əbədiyaşarlığı
da onda idi
ki, o böyük
öndər özündən sonra İlham Əliyev kimi bir siyasətçini Azərbaycan
xalqının başında qoyub gedə bildi».
Tanınmış alim, millət
vəkili Nizami Cəfərov Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafında
üç xidmətini
xüsusilə yüksək
qiymətləndirir; klassik
irsin qorunması, istedadlı yazarlara qayğı və diqqət, ədəbiyyatın
bazara çıxarılmasında
müasir texnologiyaların
tətbiqinə şərait
yaratmaq.
N.Cəfərovun sözlərinə
görə, digər xidmətləri ilə bərabər, bu üç məqama görə Azərbaycan ədəbiyyatı Heydər
Əliyevə çox
borcludur: «Heydər Əliyev siyasətinin bir hissəsi ədəbi irsin öyrənilməsi, klassikamızın
müasir insanlara çatdırılması idi.
Onun sayəsində
Dədə Qorqud, Nizami Gəncəvi, Nəsimi və digər nəhəng
klassiklərimizin yaradıcılığına həsr oulnmuş ədəbi-bədii
gecələr təşkil olundu, yubileylər keçirildi və s. Digər tərəfdən,
istedadı olan yazarların
sosial-məişət problemlərindən
tutmuş müalicəsinə
qədər böyük
öndər tərəfindən
nəzarətə götürüldü.
Hər bir
yazıçı, şair zəhməti müqabilində
və hətta artıqlamasıyla
mükafatlandırıldı. Bu da onların
yaradıcılıq ruhunu daha
da yüksəltdi. Eyni
zamanda, yazarlarımızın əsərlərinin
satışı məsələsi həll olundu».
Heydər Əliyevin
xidmətlərinin sadalandıqca qurtarmayacağını,
bitib-tükənməyəcəyini deyən Nizami
Cəfərov buna
görə ədəbiyyatımızın və
yazarlarımızın o ulu
şəxsiyyətə borclu
olduqlarını qeyd etdi.
Xalq şairi Nəriman
Həsənzadə də
Heydər Əliyevi Azərbaycan ədəbiyyatının
himayədarı kimi qiymətləndirdi.
«Heydər Əliyev
olmasaydı, bəlkə də bu gün ədəbiyyatımız
belə inkişaf etməzdi», - deyən xalq şairi ulu öndərin gördüyü
işlərdən, xidmətlərdən, diqqət və
qayğıdan danışanda qürur hissi keçirdiyini də
gizlətmədi: «Heydər Əliyevin sayəsində neçə-neçə
ədəbi orqanlarımız nəşr olundu,
nə qədər
yazarlarımız fəxri adlar aldı, onlara təqaüdlər kəsildi. Hansı bir ölkənin yazıçısına,
şairinə dövlət tərəfindən bu qədər diqqət,
qayğı olub? Heç
bir ölkədə, mən bunu əminliklə deyirəm.
Heydər Əliyevin böyüklüyü
bir də onda idi ki,
o, Azərbaycan üçün həm də prezident,
başçı yetişdirdi.
Bu da az
iş deyil, Azərbaycana
və xalqa ən böyük xidmət deməkdir».
Xalq şairi
Musa Yaqub Heydər Əliyevin Azərbaycan ədəbiyyatının
inkişafında böyük
rol oynadığını
dedi: «Heydər Əliyev sovet dönəmində ədəbiyyata
və onun yaradıcılarına sonsuz
qayğılar göstərib.
Bu qayğılar
sırasına Azərbaycan
Yazıçılar Birliyinin (AYB) büdcəyə salınması, qəzet və
jurnalların nəşr olunması, yazarlara
sosial yardımların
göstərilməsi və s. daxildir. Bu qayğı bir-iki kəlməyə sığışmaz».
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2010.- 7 may.- S.11.