Heydər
Əliyev və Azərbaycan kinosu
Hacı
İsmayılov: «Heydər Əliyev sovetin
«qılıncının dalının-qabağının
kəsdiyi» bir vaxtda, milli kinomuzun yaşaması üçün
əlindən gələni etdi»
«Hətta kinokameralara qədər
alıb, kinematoqrafçılara verirdi ki, milli kino
yaşasın»
Dahilər 100 ildən bir doğulur. Nə
xoşbəxt bizlərə ki, Tanrı bu lütfünü
xalq olaraq Azərbaycandan
da əsirgəmədi. İsmi
tarixə əbədi həkk olunan bir dahini bizlər üçün xəlq etdi. Və yenə də nə xoşbəxt
bizlərə ki, böyük
öndər Heydər Əliyev kimi bir dühanın
müasiri olmaq şərəfi nəsibimiz oldu.
Heydər Əliyev həm xalqın, həm
də musiqi, teatr, kino, ümumilikdə mədəniyyətimizin hamisi idi. 87
yaşını sevə-sevə qeyd etdiyimiz belə bir ərəfədə böyük öndərin mədəniyyətimizdəki
xidmətlərini xatırlayacağıq… Bu
dəfə Heydər Əliyev
və Azərbaycan kinosundan danışacağıq.
Özü də bu sahənin biliciləri ilə
birgə…
Kinonun himayədarı
Xalq artisti
Ramiz Əzizbəyli
Heydər Əliyevi Azərbaycan kinosu və aktyorlarının
himayədarı kimi qiymətləndirdi. Qeyd etdi ki,
məhz böyük öndərin
sayəsində sovetlər dönəmində
bir-birindən gözəl filmlərimiz ərsəyə gəlib:
«Yadımdadır ki, bir
çox filmlərimiz Moskvada
«yuxarılar» tərəfindən
qəbul olunmurdu, məhz
böyük öndər işə
qarışandan sonra o
filmlər çəkildi. Məhz
Heydər Əliyevin tapşırığı ilə onda «Mozalan» satirik filmlər çəkilməyə
başladı. Həcmcə az, amma böyük məsuliyyət
tələb edən həmin filmlərə Heydər Əliyev
özü də
baxırdı. Bir məqamı
da qeyd edim
ki, böyük öndər kinonun beş barmağı kimi bilirdi».
Ramiz Əzizbəyli
həmçinin, böyük öndərin kino
adamlarına qayğısından da
danışdı. Qeyd etdi
ki, Heydər Əliyev kino
adamlarının adi məişət
qayğılarını belə diqqətdə saxlayıb.
Kinomuz Heydər Əliyevə borcludur
Xalq artisti
Hacı İsmayılov Azərbaycan kinosunun
mövcudluğuna görə
Heydər Əliyevə borclu olduğumuzu deyir: «Bu gün milli
kinomuz varsa,
yaşayırsa, bu böyük
öndər Heydər Əliyevin əvəzolunmaz
xidmətinin nəticəsidir. Heydər Əliyev sovetin «qılıncının
dalının-qabağının kəsdiyi»
bir vaxtda, milli kinomuzun yaşaması üçün
əlindən gələni etdi. Filmlərimiz Moskvada qəbul
olunmurdu, böyük şəxsiyyət işə
qarışdı. Və nəticədə, gözəl filmlərimiz
ərsəyə gəldi, ittifaq səviyyəsində tanındı». Aktyor böyük şəxsiyyətin
kino ilə birgə kino adamlarına da diqqətindən
ağızdolusu danışdı. Qeyd etdi ki, Heydər Əliyev kino sahəsində çalışan insanların daim qayğısına
qalıb, onların məişət şəraitinin
yaxşılaşması üçün
fəxri təqaüdlər
ayırıb, hər birini fəxri adlarla təltif edib. Hansı ki, dünyanın heç
bir ölkəsində
kino adamlarına qarşı dövlət rəhbərinin belə
qayğısı olmayıb: «Heydər Əliyev
ayrı-ayrılıqda hər bir aktyor, rejissor, operator və ümumilikdə bütün
yaradıcı kino
adamlarına diqqət göstərib. Yadımdadır ki, 1980-ci ildə filarmoniyada ulu öndərlə görüş
keçirilirdi. «Ad günü» filminin yaradıcı heyəti Rüstəm
İbrahimbəyov, Rasim Ocaqov,
mənə və digər aktyorlara
yaxınlaşıb, bizi təbrik etdi. Filmlə bağlı ən xoş sözlər söylədi, təəssüratlarını
paylaşdı, bu, bizim
üçün ən böyük
mükafat idi. Həmin
günün təsirindən
bütün bu illər boyu çıxa
bilməmişəm. Üstündən 20 il
keçəndən sonra
eyni xoş sözləri o, mənə «Həm ziyarət,
həm ticarət» filminə baxandan sonra dedi. Aktyor
üçün bundan
yüksək nə qiymət ola bilərdi?»
Xalq artistini
sevindirən bir də
odur ki, milli kinomuz bu
gün də qayğı ilə əhatə
olunub və bu qayğıya görə Heydər Əliyevə
borclu olmalıyıq: «O böyük
öndər özündən
sonra İlham Əliyev kimi layiqli siyasətçi yetişdirdi və bu gün fəxarətlə
dövlətin başında dayanıb. Bu qədər qayğıların çoxluğuna
baxmayaraq hörmətli
prezident kino
adamlarını, kinonu unutmur.
Görün, kinoyla bağlı nə qədər
işlər görüb, kino
adamlarını nə qədər fəxri
adlar, təqaüdlərlə
təmin edib. Hamımız buna görə
ona minnətdar
olmalıyıq».
İndi də onun çörəyini
yeyirik
Tanınmış rejissor
Fikrət Əliyev Heydər Əliyevi, nəinki Azərbaycan kinosu, ümumilikdə Azərbaycan mədəniyyətinin himayədarı
sayır: «Hətta kinokameralara qədər alıb, kinematoqrafçılara verirdi ki, milli
kino yaşasın, təşəkkül
tapsın. O, vətənini sevən, xalqına dəyər verən
insan idi. Hələ kino adamlarına etdiyi köməkdən danışmıram. Biz indi də
onun çörəyini
yeyirik».
Və…
«Azərbaycan kinosu
Azərbaycan tarixinin
salnaməsidir»- Heydər Əliyev milli kinomuzu belə yüksək
qiymətləndirirdi. Onu da xatırladım
ki, Azərbaycan milli kinosunun şah əsərlərindən
«Bir cənub şəhərində» (rejissor
Eldar Quliyev), «İstintaq» (Rasim Ocaqov), «Qaçaq Nəbi» (rejissor Əbdül
Mahmudbəyli) və digər filmlərimizin ekrana
vəsiqə qazanması
birbaşa böyük
öndər Heydər Əliyevin xidmətiylə
bağlıdır. Mərhum rejissorumuz
Rasim Ocaqov qəzetimizə
müsahibə verərkən qeyd etmişdi ki, «İstintaq» ekran həyatına görə Heydər Əliyevə
borcludur. Rejissorun dediyinə görə, sovet
milisi mövzusunda lentə
alınan həmin film yuxarıda
- Moskvada əyləşənlərin
xoşuna gəlməmişdi və işə
Heydər Əliyev qarışandan sonra məsələ həll olunmuşdu. Eləcə də digər filmlərimizin taleyini
məhz sənətin, sözün
böyük mənasında
bilicisi olan böyük öndər Heydər Əliyev həll
etmişdi. Elə buna görə də milli
kinomuz o fenomen şəxsiyyətə
borcludur.
Cəvahir SƏLİMQIZI
Mərkəz.- 2010.- 8 may.- S. 11.