Azərbaycan-Serbiya biznes-forumu keçirilib

 

Dünən Bakı Biznes Mərkəzində Azərbaycan-Serbiya dövlətləri arasında ilk biznes-forumu keçirilib. SİA-nın məlumatına görə, biznes forum Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) təşkilatçılığı ilə keçirilib.

Biznes forumda giriş sözü ilə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov deyib ki, ölkəmiz Serbiya ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Onun sözlərinə görə, 2009-cu ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımı 2008-ci illə müqayisədə 9. 3% təşkil edərək, cari qiymətlərlə 34. 6 mlrd. manata çatıb.

Nazir müavini N.Səfərov qonaqlara Azərbaycan dövlətinin iqtisadi göstəriciləri barədə ətraflı məlumat verib: “Bundan əlavə, əhalinin hər nəfərinə düşən ÜDM-in real həcmi isə 2008-ci illə müqayisədə 7. 9% artaraq cari qiymətlərlə 3917. 3 manat (4874. 1 ABŞ dolları) təşkil edib. ÜDM-in 64. 1%-i iqtisadiyyatın istehsal, 28. 3%-i xidmət sahələrinin payına düşüb bu sahələrdə real artım müvafiq olaraq 10% 9. 1% təşkil edib. Ötən ildə neft-qaz sektorunda real artım 14. 3%, qeyri-neft sektorunda isə 3. 2% olub. 2009-cu ildə neft sektorunun ÜDM- xüsusi çəkisi 47% təşkil edib (2008-ci ildə bu göstərici 55. 4% olub). Ümid edirəm ki, ilk biznes-forum iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək”.

N.Səfərov onu da bildirib ki, 2009-cu ildə Azərbaycanda ÜDM 9,3%, sənaye sahəsi 12,8%, kənd təsərrüfatı 3,5%, əhalinin gəlirləri isə 8% artıb. Onun sözlərinə görə, bu ilin birinci rübündə ölkədə ÜDM 5,4%, əhalinin minimal gəlirləri 6,5% artıb.

“Bu günədək ölkə iqtisadiyyatına 70 mlrd. ABŞ dollarından çox sərmayə yatırılıb ki, bunun da yarıdan çoxu xarici investisiyadır. Azərbaycanda biznes mühiti üçün əlverişli şərait yaradılıb hazırda ÜDM-in 85%-i özəl sektorun payına düşür. Ötən il isə Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 1 mln. ABŞ dollarından bir qədər artıq olub”, - deyə nazir müavini N.Səfərov əlavə edib.

Serbiyanın İqtisadiyyat Regional İnkişaf Nazirliyinin dövlət katibi ciric Neboyja isə bildirib ki, 2008-ci ildə ölkənin iqtisadi atımı 7-8% civarında olub, 2009-cu ildə isə ÜDM 3% azalıb. Onun sözlərinə görə, cari ilin sonunda 2%-lik iqtisadi artım 3 mlrd. dollar xarici investisiyanın yatırılması gözlənilir.

Azərbaycanla Serbiya arasında ticarət dövriyyəsi 2009-cu ildə azalaraq 5 mln. dollar olub ki, bunun da 4 mln. dollarını Azərbaycandan Serbiyaya ixrac olunan, 1 mln. dollarını isə Azərbaycana idxal olunan məhsullar təşkil edib. Ticarət dövriyyəsini 100-150 mln. dollara çatdırmaq üçün bütün imkanlar mövcuddur.

Bu ilin sentyabr-oktyabr aylarında isə Belqradda Azərbaycan Serbiya arasında sayca ikinci biznes-forumun keçirilməsi nəzərdə tutulur. Serbiya şirkətləri Azərbaycana investisiya qoymaq niyyətindədir, eləcə Azərbaycandan investisiya cəlb etmək planlaşdırılır”, - deyə ciric Neboyja əlavə edib.

Tədbirdə, həmçininAzpromo”nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes imkanları investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Əfqan İsayev qurumun fəaliyyəti həyata keçirdiyi layihələr, Serbiyanın Biznes Assosiasiyasının prezidenti Bronislav Krojiç isə ölkəsinin iqtisadi imkanları haqda təqdimatlarla çıxış edib.

Qeyd edək ki, biznes-forumda hər iki ölkənin 40-a yaxın şirkəti iştirak edir. Onlar kənd təsərrüfatı, tikinti, mebel, kosmetologiya, enerji, neft, əczaçılıq tekstil sahələrini təmsil edirlər.

 

 

Mərkəz.- 2010.- 14 may.- S. 6.