Serbiya ilə əməkdaşlıq vacibdir

 

«Azərbaycan Serbiya ilə münasibətlərindən istifadə edib aqressiv separatçılığaterrora məruz qalan bütün ölkələrin kordinasiyasını yaratmalıdır»

 

Serbiya Respublikasının prezidenti Boris Tadiç mayın 12-də ikigünlük rəsmi səfərlə Bakıya gəlib. Dünən ali qonağın rəsmi qarşılanma mərasimi olub. Mərasimdən sonra B.Tadiçlə Azərbaycan Prezidenti İlham Əliyev arasında təkbətək görüş keçirilib. Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensial imkanların olduğu vurğulanıb. İkitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Təkbətək görüş başa çatdıqdan sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Geniş tərkibdə danışıqların ardınca isə Azərbaycan-Serbiya sənədlərinin imzalanması mərasimi olub. İ. Əliyev və B.Tadiç «Azərbaycan Respublikası Prezidentinin Serbiya Respublikası Prezidentinin Birgə Bəyannaməsi»ni imzalayıblar. Bundan əlavə iki ölkə arasında 6 sənəd imzalanıb. Serbiya prezidenti elə dünən ölkəsinə yola düşüb.

Qeyd edək ki, keçmiş Yuqoslaviya Azərbaycanın müstəqilliyini 1991-ci ilin dekabrın 31-də tanıyıb. Lakin iki ölkə arasında diplomatik münasibətlər bundan 6 il sonra - 21 dekabr 1997-ci ildə qurulub. İndiyədək Azərbaycanla Serbiya arasında ən yüksək səviyyədə heç bir səfər gerçəkləşdirilməmişdi. Yəni nə Azərbaycan prezidentləri Belqradda olmuş, nə də Serbiya prezidentləri Bakıya təşrif buyurmuşdular. İki ölkə arasında münasibətlər heç vaxt isti olmayıb, hətta Serbiyanın silah istehsal edən şirkətlərinin Ermənistana güzəştli şərtlərlə silah satmasına görə soyuq olub. İki ölkə arasında hazırda imzalanan sənədlərə birgə qol qoyulan «ilk altı sənəd» deyə bilərik. Serbiya ilə Azərbaycan arasında müqavilə-hüquq bazası heç zaman mövcud olmayıb. Amma 2008-ci ilin fevralın 17-dən Serbiya əyaləti olan Kosovonun müstəqilliyini elan etməsindən sonra vəziyyət dəyişdi. Bu da Azərbaycanın dərhal Kosovonun müstəqilliyinə etiraz etməsi ilə bağlı idi. Bunun əvəziözünü çox gözlətmədi. Həmin ilin martın 14-də BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə rəsmi Belqrad bizim lehimizə səs verdi. Bundan sonra iki ölkənin münasibətlərində yüksəliş dövrü başlandı. Elə Xarici İşlər Nazirliyinin saytının müvafiq bölməsində iki ölkənin münasibətlərinə dair yerləşdirilmiş materialda da Serbiyanın Azərbaycanın xarici siyasətindəki rolu haqqında deyilir ki, Serbiya beynəlxalq təşkilatlar çərçivəsində, dövlətlərarası münasibətlərin əsasını təşkil edən dövlətlərin suverenliyi ərazi bütövlüyü prinsiplərini əsas tutaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin baxılmasında bu prinsipləri dəstəkləyir. Daha sonra iki ölkənin xarici siyasət idarələrinin başçıları müxtəlif beynəlxalq tədbirlər çərçivəsində intensiv görüşməyə başladılar. Serbiyanın xarici işlər naziri ötən ilin iyunun 22-23-də rəsmi səfərlə Bakıda oldu. Azərbaycan parlamenti isə Serbiya ilə dostluq qrupunu formalaşdırdı, Serbiyada səfirliyin açılması ilə bağlı qərar qəbul olundu. İki ölkəni birləşdirən ən mühüm cəhətin Kosovo və Dağlıq Qarabağ münaqişəsinin olmasını B.Tadiçin səfəri ərəfəsində Serbiya prezidentinin mətbuat xidmətinin yaydığı məlumatdakı cümlələr də təsdiq edir: «Azərbaycana səfər bu ölkənin rəhbərliyi ilə ikitərəfli əməkdaşlığın bütün aspektlərini müzakirə etməyə imkan verəcək. Rəsmi Bakı qeyri-qanuni müstəqilliyini elan etmiş Kosovonu tanımayan Serbiyanın mövqeyini dəstəkləyir. Azərbaycan parlamentində Serbiya ilə dostluq qrupu formalaşıb». Serbiya-Azərbaycan münasibətlərini şərh edən politoloq Rasim Ağayev Serbiyanı Azərbaycan üçün maraqlı dövlət adlandırdı. O qeyd etdi ki, B.Tadiçin Bakıya gəlişi və münasibətlərin genişlənməsi hər iki ölkənin separatçılığa məruz qalması ilə bağlıdır: «Serbiyanın başına gətirilənləri Azərbaycanın da başına gətirmək istəyirlər. Ona görə Bakının Belqrada, Belqradın isə Bakıya deyiləsi sözü çoxdur. İki ölkə təcrübədən də yararlana bilərlər. Bundan əlavə, separatçı bölgələr - Kosovo, Dnestryanı, Dağlıq Qarabağ, Abxaziya Cənubi Osetiya bir müddət çalışdılar ki, öz siyasətlərini uyğunlaşdırsınlar, görüşlər keçirirdilər. Bunların havadarları da istəyirdilər ki, bu bölgələri hansısa yeni qüvvə kimi meydana çıxarsınlar. Amma bundan bir şey çıxmadı. Ona görə bu kimi hallar Azərbaycanın Serbiya ilə münasibətlərində böyük bir siyasi imkan yaradır. Mənə elə gəlir ki, Azərbaycan Serbiya ilə münasibətlərindən istifadə edib aqressiv separatçılığaterrora məruz qalan bütün ölkələrin müəyyən bir kordinasiyasını yaratmalıdır. Bununla da, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini yönəltmək olar. Bu mənada iki ölkənin münasibətlərinin böyük səmərəsi ola bilər. Amma bundan da gərək faydalı istifadə edə biləsən».

Hazırda Serbiyanın iqtisadi vəziyyətinin çox ağır olduğunu vurğulayan R.Ağayev dedi ki, buna baxmayaraq, Serbiya Avropa ölkəsidir bu ölkəyə simpatiya ilə yanaşan, onun dərdini bölüşən Avropa dövlətləri var: «Mənə elə gəlir ki, bu mənada Serbiya ilə yaxınlaşmaq Azərbaycan üçün müəyyən əlverişli siyasi mühit yaradır». Bu ölkələrin koordinasiyasının yaradılmasının hansısa nəticələr əldə edilməsinə gətirib çıxara biləcəyi ilə bağlı sualımızı cavablandıran politoloq bildirdi ki, istənilən halda belə bir təşkilatın yaradılması zəruridir: «İndi bu real görünmür. Çünki separatçılıqdan əziyyət çəkən ölkələr hansısa sənəd, tutaq ki, kommunike imzalasalar buna qarşı çıxanlar olacaq. Ancaq danışıqlar nəticəsində bu istiqamətdə hansısa görülməlidir. Bu genişləndirilməli hansısa qurum yaradılmalı, yaxud beynəlxalq konfrans keçirilməlidir».

R.Ağayev Serbiya ilə Azərbaycanı bundan əlavə bir sıra digər maraqların da birləşdirdiyini söylədi: «Hər iki dövlət Avropaya inteqrasiya etmək, ərazi bütövlüyünü bəpra etmək istəyir. Bəllidir ki, Azərbaycan Serbiya ilə qonşu dövlət deyil, uzun illər münasibətlərimiz olmayıb. Amma iki ölkə arasında iqtisadi əməkdaşlığın genişlənməsi mümkündür. Azərbaycandan Şərqi Avropaya neft-qaz kəmərlərinin çəkilişinə Serbiya da qoşula bilər. Ancaq iki ölkəni birləşdirən əsas məsələ ərazi bütövlüyü ilə bağlıdır».

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2010.- 14 may.- S.5.