Laçının
işğalından 18 il ötür
Bu
gün Azərbycanın
dilbər guşələrindən
hesab olunan Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən
işğal olunmasından
18 il ötür.
1992-il ilin bu
günündə baş
verən işğal zamanı 333 nəfər laçınlı həlak
olub, 225 nəfər isə sağlamlığını
itirib. Laçının
işğalı nəticəsində
127 yaşayış məntəqəsində
13745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti,
217 mədəni-maarif, 101 məktəb,
5 məktəbdənkənar tərbiyə müəssisəsi,
142 səhiyyə, 460 ticarət
obyekti, 30 rabitə qovşağı, peşə
məktəbi, teatr binası, tarix-diyarşünaslıq
muzeyi məhv edilib, ümumilikdə rayona külli məbləğdə ziyan
dəyib. Laçının 58229 nəfər əhalisi məcburi köçkün düşüb.
Hazırda onların bir
qismi paytaxtda, qalan hissəsi isə rayonlarda müvəqqəti olaraq məskunlaşıb.
Laçınlılar üçün ağır bir gündə rayon ziyalılarından
olan, 15 saylı orta məktəbin direktoru Yeganə Əlvəndovanın da fikirlərini öyrənmişik.
30
ildən artıq pedaqoq təcrübəsinə
malik olan Yeganə xanım həmin günləri belə xatırlayır:
«O günləri xatırlamaq
hər bir laçınlı kimi mənim üçün də çox ağırdır. Amma deyə
bilərəm ki, həmin illərdə baş verənlərdən
xəbərimiz var idi. 1991-ci ildən
mənim anadan olduğum Bozlu kəndində, həmçinin
başqa kəndlərimizdə
könüllü özünümüdafiə
dəstələri yaradılmışdı.
Dəstəni yaradan Kamil Nəsibov və digər könüllü
Müseyib Müseyibov
atışmaların birində
şəhid oldular».
Xatırladaq ki, K.Nəsibov həm də Azərbaycanın Milli Qəhrəmanıdır. Hələ 1988-ci ildən Laçın-Gorus
yolunun faktiki olaraq bağlandığını
söyləyən Y.Əlvəndova
rayonun 13 kəndinin işğaldan azad olunmasıyla bağlı mətbuat səhifələrində
gedən məlumatlardan
xəbərdardır. Ancaq o heç də bununla razılaşmır: «Necə
ola bilər
ki, 125 kəndimizi işğal eləsinlər
və onun cəmi 13-ü azad olunsun. Bu heç vaxt ola
bilməz. Çünki işğal olunan
kəndlərimizin hər
biri ermənilərdən
azad edilməlidir.
Əgər burada söhbət
mərhələli həldən
gedirsə, yenə də razılaşa bilmərik. Axı onlar bizim torpaqlarımızı, o cümlədən
Laçını mərhələlərlə
işğal etməyiblər».
Y.Əlvəndova proseslərin sülh yoluyla qaydasına düşəcəyindən
də əlini üzüb.
Deyir ki, Ermənistanla hər hansı sülhə nail olmaq praktiki olaraq mümkün deyil: «Çünki düşmənlərimiz
elə düşməndir
ki, onlarla sülh şəraitində
yaşamaq, müharibəsiz
işğal etdikləri
torpaqlarımızı qaytarmaları
çətin məsələdir.
Hətta
mümkün deyil.
Artıq
zaman keçir. Məncə problemin tezliklə həll olunması hər iki tərəfin
xeyrinə olardı.
Laçın işğal
olunanda anadan olan uşaqların 18 yaşı var. Məktəbimizdə
təhsil alan,
lakin ata-baba yurdları Laçını
görməyən uşaqlara
oralar haqqında məlumatlar veririk».
Y.Əlvəndova sonda dövlətin
apardığı siyasəti
dəstəklədiklərini və yaxın zamanlarda onları sevindirəcək xəbəri
alacaqlarına ümid
etdiklərini də dilə gətirdi.
İntiqam VALEHOĞLU
Mərkəz.- 2010.- 18 may.- S. 4.