Astarada muğam müsabiqəsi keçirilir

 

«Müsabiqəyə yüksək ifa mədəniyyətinə səs diapazonuna malik yeniyetmələr qatılıblar»

 

Mayın 17-dən Uşaq muğam ifaçılarının V respublika müsabiqəsinə start verilib. Müsabiqə Astara şəhərində keçirilir may ayının 21-dək davam edəcək. Müsabiqənin münsiflər heyətində respublikanın xalq artistləri Canəli Əkbərov (sədr), Səkinə İsmayılova, Mənsum İbrahimov, Ağaverdi Paşayev, əməkdar artistlər Gülyaz Məmmədova Gülüstan Əliyeva təmsil olunurlar. Müsabiqə iki tur üzrə - I tur mayın 11-dək şəhər və rayon mədəniyyət evlərində keçirilib, II tur isə mayın 17-21-də Astara şəhərində keçiriləcək. Növbəti turda müsabiqənin qalibləri müəyyən olunacaq. Müsabiqə necə keçir, məqsədi-məramı nədir, iştirakçıların ifa mədəniyyəti dərəcədə qaneedicidir, bir sözlə, bu digər suallarla hazırda Astarada olan münsiflər heyətinin sədri, xalq artisti Canəli Əkbərov və münsif əməkdar artist Gülüstan Əliyevanın təəssüratlarını öyrənməyə çalışmışıq.

Xalq artisti, usdad xanəndə Canəli Əkbərov ikinci turun uğurla davam etdiyini söylədi. Münsif sədri onu da qeyd etdi ki, müsabiqənin keçirilməsində məqsəd Azərbaycan xalqının mədəni sərvətlərinin qorunub saxlanılması inkişaf etdirilməsi, Azərbaycan musiqi xəzinəsinin nadir incilərindən olan muğamların, xalq mahnıları və təsniflərin ayrı-ayrı regionlarda geniş təbliğ olunması, yeni istedadlı gənc muğam ifaçılarının üzə çıxarılması və mədəniyyət ocaqlarında bu işin daha da canlandırılmasından ibarətdir.

Sənətkarın sözlərinə görə, iştirakçıların əksəriyyəti paytaxt bölgələrdə fəaliyyət göstərən musiqi məktəblərinin yetirmələridir. Maraqlıdır, görəsən, onların arasında tanınmış xanəndələrin yetirmələri varmı? Əksər iştirakçıların bölgələrdən olduğunu deyən münsif sədri konkret ad çəkmək istəmədiyini söylədi. Təkcə onu bildirdi ki, uşaq gənclərin içərisində maraqlı ifa, orijinal səs diapazonuna malik yeniyetmə və gənclər çoxdur.

Qeyd edək ki, müsabiqənin şərtlərinə görə, əsasən iştirakçılarda səs dapazonu, səs hazırlığına xüsusi diqqət yetirilir.

Öyrəndik ki, müsabiqəyə 12-21 yaş həddində olan oğlan qızlar qatılıb. Müsabiqədə bütün bölgə-Qəbələ, Ağsu, Xocalı, Xocavənd, Ucar, Ağdam, bir sözlə, hər bir bölgədən uşaq və yeniyetmələr öz qabiliyyətlərini sınayırlar. Xalq artistinin sözlərinə görə, müsabiqədə oğlanlar qızlara nisbətən çoxluq təşkil edir.

Münsif, əməkdar artist Gülüstan Əliyeva belə bir müsabiqənin keçirilməsinə təşkilati dəstək göstərdiyinə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlıq etdi. Müsabiqənin istər paytaxtda, istərsə bölgələrdə böyük səs-küyə səbəb olduğunu deyən xanəndə yarışmadan razı qaldığını dilə gətirdi: «Biz gözləmədiyimiz halda, müsabiqəyə bölgələrdən yüksək ifa mədəniyyəti səs diapazonuna malik yeniyetmələr qatıldılar. İnanın, çoxu elə hazır xanəndədir. Görək müsabiqənin sonunda onların hansı qalib adını alacaq». Gülüstan xanımın xoşuna gələn əsas cəhətlərdən biri gənc iştirakçıların fərqli və orijinal ifa tərzini nümayiş etdirməsi olub. Münsifin sözlərinə görə, yarışmaya qatılan iştirakçıların çoxu bölgələrdən, xüsusilə də Qarabağ zonasından gələnlərdir. Xanəndə xanım bunu təsadüf saymır: «Hər kəs yaxşı bilir ki, Qarabağ musiqimizin beşiyi olubo bölgəyə mənsub olan hər bir kəsin ürəyi musiqi ilə döyünür. Bu yarışmada da möhtəşəm səslər eşitdik çox feyziyab olduq. Mən inanıram ki, həmin uşaqların səsi qarşıdakı illərdə daha böyük səhnələrdən gələcək və Azərbaycanı istər ölkə, istərsə də xaricdə layiqincə təmsil edə biləcəklər».

Maraqlıdır, görəsən, iştirakçılar arasında Gülüstan Əliyevanın favoriti varmı? Xanəndənin dediyinə görə, favorit var, amma münsif bu barədə qabaqcadan danışmaq istəmədiyini söylədi. Uşaqlar arasında ayrı-seçkilik salmadığını və buna görə konkret ad çəkib kimlərinsə ürəyinə xal salmaq istəmədiyini deyən münsif hər şeyi zamanın öhdəsinə buraxdı: «Seçim etmək, kimisə kimdənsə fərqləndirmək çox çətin işdir. Çünki maşallah, dediyim kimi gözəl səsəifa texnikasına malik iştirakçılar çoxdur onların arasından konkret ad çəkmək çətindir. Bununla belə, elə iştirakçılar var ki, onların qalib olmasını arzulayardım».

G.Əliyeva bir məqamı da xüsusilə vurğuladı. Qeyd etdi ki, iştirakçıların tanınmış muğam bilicilərindən ibarət münsiflər heyəti tərəfindən seçilməsi təqdirəlayiqdir: «Bir var qalibi SMS-lər müəyyən etsin, bir var, tanınmış sənətkarlar.

Canəli müəllim başda olmaqla, gözəl heyət toplaşıb və mən inanıram ki, bu heyətin seçimi ilə Azərbaycan muğam sənətinə orijinal səslər gələcək».

Sonda xatırladaq ki, müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar təsis olunub: 1-ci mükafat - 500 manat, 1-ci dərəcəli diplom laureat adı, 2-ci mükafat - 300 manat, 2-cü dərəcəli diplom laureat adı, 3-cü mükafat - 250 manat, 3-cü dərəcəli diplom laureat adı, 4-cü mükafat - 200 manat, 4-cü dərəcəli diplom laureat adı. Bundan başqa, məbləği 150 manat olan 5 həvəsləndirici mükafat da nəzərdə tutulub.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 20 may.-S. 11.