Xocalı faciəsi insanlığa qarşı törədilmiş cinayət kimi tanındı

 

Tacikistanın paytaxtı Düşənbədə keçirilən İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının (İKT XİNŞ) 37-ci sessiyasının dünən keçirilən yekun iclasında Dialoq Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) fəaliyyəti haqqında qətnamə qəbul edilib. Bu barədə «Mərkəz»ə İKT Gənclər Forumunun mətbuat xidmətindən məlumat verilib. Sözügedən qətnamə xüsusi bəndlə İKT- üzv dövlətləri həmçinin İKT- bağlı beynəlxalq institutları «Xocalıya ədalət» kampaniyasının fəaliyyətində aktiv iştiraka Xocalı faciəsinin həm beynəlxalq, həm milli səviyyədə «insanlığa qarşı törədilmiş cinayət» kimi tanınmasına çağırıb. Düşənbədə İKT XİNŞ sessiyasında iştirak edən forumun nümayəndə heyətinə başçılıq edən İKGF baş katibi, səfir Elşad İsgəndərov bildirib ki, sənəddə forumun fəaliyyətinə xüsusilə ISEScO ilə bərabər aparılan «İKT ölkələrində XX əsrdə törədilmiş humanitar faciələr» proqramının həyata keçirilməsinə yüksək qiymət verilib. Qətnamə həmçinin üzv dövlətləri İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən Xocalı faciəsi haqqında dünya ictimaiyyətinin düzgün obyektiv məlumatlandırılması məqsədi daşıyan «Xocalıya ədalət» beynəlxalq məlumat təşviqat kampaniyasına dəstək verməyə çağırır.

E.İsgəndərov sözügedən sənədi şərh edərkən bildirib ki, bu, BMT-dən sonra ikinci böyük beynəlxalq təşkilat olan İKT- üzv olan 57 dövlətin xarici siyasət rəhbərlərinin hadisənin miqyasının təyin edilməsi baxımından «insanlığa qarşı törədilmiş cinayət» ifadəsini istifadə edərək, Xocalı faciəsinin xarakteri haqqında birmənalı olaraq mövqe bildirdikləri ilk qətnamədir: «Qeyd olunan ifadə həm siyasi, həm beynəlxalq-hüquqi tərkibə malikdir beynəlxalq humanitar hüququn bir çox ciddi pozuntularını, o cümlədən genosid cinayətini əhatə edir». E.İsgəndərov həmçinin qeyd edib ki, sənədin konsensusla qəbul edilməsi həmçinin buna qədər üzv ölkələrin XİN ekspertləri tərəfindən təsdiq edilməsi İKT-nin Xocalı faciəsinin həqiqi xarakteri haqqında əminliyinin güclənməsinin göstəricisidir: «Bu sənəd Xocalı faciəsinə cari ilin yanvar ayında İKT Parlamentlər İttifaqı tərəfindən verilən qiyməti təkrarlayır ümumilikdə Xocalıdakı qətliamının İKT- üzv dövlətlərin parlamentləri tərəfindən insanlığa qarşı törədilmiş cinayət kimi tanınması eləcə tanınma haqda məsələnin beynəlxalq səviyyəyə qaldırılması üçün ciddi siyasi-hüquqi zəmin hazırlayır. 57 üzv dövlətin belə mövqeyinin formalaşmasında «Xocalıya ədalət» kampaniyası böyük rol oynayıb. Qətnamədə kampaniyanın fəaliyyətinə yüksək qiymət verilmiş üzv dövlətlər onun həyata keçirilməsində aktiv iştirak etməyə çağırılıblar».

Xatırladırıq ki, «Xocalıya ədalət» kampaniyasına 2009-cu ildə beynəlxalq səviyyədə start verilib hal-hazırda kampaniyanın fəaliyyəti 35-dən artıq İKT həmçinin Avropa Latın Amerika ölkəsini əhatə edir.

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2010.- 21 may.- S. 4.