Adil İsgəndərov fotolarda

 

Bu gün Azərbaycan Dövlət Film Fondunda görkəmli teatr kino xadimi, Azərbaycan SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor, rejissor aktyor Adil İsgəndərovun 100 illik yubileyi yubilyara həsr edilmiş fotosərginin açılışı olacaq. Bu barədə qəzetimizə fondun direktoru cəmil Quliyev məlumat verib. Tədbir Mədəniyyət və Turizm Nazirliyi Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq.

Qeyd edək ki, görkəmli teatrkino xadimi Adil İsgəndərov 1910-cu ildə Gəncə şəhərində dünyaya göz açıb. O, Bakı Teatr Texnikumunu (1931) və A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu (1936) bitirib. Hələ gimnaziyada oxuyarkən Gəncə Dram Teatrında çıxış edib, sonra Bakıya gələrək, burada Azərbaycan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirib. A. İsgəndərov Moskvada təhsil alarkən Bədaye Teatrında və Vaxtanqov adına teatrda rejissorluq təcrübəsi keçib. 1936-1960-cı illərdə M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının rejissoru (1937-ci ildən baş rejissoru direktoru), 1966-1974-cü illərdə   C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru olub.

A.İsgəndərovun teatrda ilk rejissorluq işi "Polad Qartal" (1936) tamaşasıdır. Bundan sonra o, "Vaqif", "Fərhad Şirin", "Aydın", "1905-ci ildə", "Dumanlı Təbriz", "Şərqin səhəri", "Otello", "cavanşir" s. pyesləri tamaşaya qoyub. O, kinostudiyaya rəhbərlik etdiyi dövrdə burada bir sıra dəyərli filmlər çəkilib və ümumittifaq ekranlarında nümayiş etdirilib.

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.-26 may.- S. 11.