«Quran elm»

 

XXIX söhbət

 

Quran gigiyena

 

Dua. İslam dininə, Qurana görə, dua ən böyük savabı olan ibadətlərdən biridir. Allah-təala duanı sevir onu qəbul edir. Allah kəlamında bu barədə çoxlu ayə mövcuddur:

Mumin surəsi, ayə 60:

«Rəbbiniz buyurdu: «Mənə dua edin, Mən sizin dualarınızı qəbul edim. Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar cəhənnəmə zəlil olaraq girəcəklər

Furqan surəsi, ayə 77:

«Əgər duanız (ibadətiniz) olmasa, Rəbbimin yanında sizin qədir-qiymətiniz olar?

Əraf surəsi, ayə 55:

«Rəbbinizə yalvara-yalvara, həm gizlicə dua edin

Bəzi hədislərə nəzər salaq:

«Dua ibadətdir».

«Dua başa gələn başa gələcək şeyə fayda verər. Dua edin (Bax: Tirmizi. Səhih, Dəvət, b.1).

İnsanın ən böyük ruhi ehtiyaclarından biri olan dua ona bir çox bəlalardan, müsibətlərdən, sıxıntılardan dərdlərdən xilas olmaqda kömək edir. Bu, xəstəliyə aiddir. Ona görə , dinimiz xəstəlik zamanı maddi, yəni dərmanla müalicə ilə yanaşı, mənəvi, yəni dua ilə müalicədən istifadə etməyi məsləhət bilir.

Xərçəng, böyrək iltihabı, ağciyər, sümük vərəminə tutulmuş xəstələrin dua ilə müalicə olunduqları tibbi təcrübədə görünmüşdür. Onu da qeyd etmək lazımdır ki, sağalmaq üçün mütləq xəstənin özünün dua etməsi şərt deyildir. Tibbi təcrübə göstərir ki, hələ dil açmamış körpələr, kiçik yaşlı uşağlar, hətta imansızlar belə başqalarının duaları vasitəsilə şəfa tapmışlar. Peyğəmbərimiz (s.ə.s.) «Başqası üçün edilən duanın özü üçün edilən duadan daha təsirli olacağını» buyurmuşdur.

Dua xəstəliklərin müalicəsində çox böyük əhəmiyyətə malikdir. Dua həm psixoloji baxımdan, ruhi sağlamlıq baxımından böyük əhəmiyyət kəsb edir. Dua insanda əxlaq duyğusunu qüvvətləndirir, pis duyğu xasiyyətləri, tənhalıq, yalqızlıq, kimsəsizlik hisslərini, qəm-kədəri ondan uzaqlaşdırır (Bax: cəlal Qırca, Göstərilən əsəri, s.229).

Ruzi. Allah-təala hər bir insanın ruzisini Özü təqdir edir, Özü verir. Lakin bu heç o demək deyildir ki, insan əlləşib vuruşmamalı, zəhmət çəkməməli, əlini ağdan qaraya vurmamalı, hər şeyi Allahdan gözləməlidir. «Bizdən hərəkət, Allahdan bərəkət» şüarını bəyan edən dinimiz belə hesab edir ki, hər bir insan özünü ailəsini dolandırmaq üçün normal şəkildə çalışmalı, işləməli əmək sərf etməlidir. Bununla belə, dinimiz ruzi qazanmaq, ailəni dolandırmaq xatirinə sağlamlığından keçməyi, daha doğrusu, əsəblərini, sağlamlığını ruzi qazanmaq yolunda korlamağı qadağan edir. Bir neçə ayəyə müraciət edək:

Nisa surəsi, ayə 81:

«Allaha təvəkkül et. Allahın (sənə) vəkil olması kifayət edər

Rəd surəsi, ayə 26:

«Allah istədiyi bəndənin ruzisini bol da edər, daraldar da».

Fatir surəsi, ayə 2:

«Allahın insanlara əta etdiyi mərhəmətə (verdiyi nemətə, ruziyə) heç kəs mane ola bilməz. Onun vermədiyi bir şeyi Özündən başqa heç kəs göndərə (verə) bilməz. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir

Nəhl surəsi, ayə 127:

«Səbr et. Sənin səbrin ancaq Allahın köməyilədir

Ayələrdən göründüyü kimi, ruzinin Allahdan olduğuna inanan bir kimsə səbirlə, təmkinlə çalışmalı, normal surətdə işləməli, sağlamlığını korlamamalıdır.

İslam dini insan orqanizminə zərər verən, onun sağlamlığını korlayan hər bir şeyi haram buyurur insanlara onlardan qaçınmağı məsləhət bilir. Spirtli içkilər, tütün, kefləndirici maddələrin hamısı bu qəbildəndir.

Quranın müsəlmanlara vacib buyurduğu namazonun kimi əsas ibadətlərin sağlamlıq baxımından çox böyük əhəmiyyəti vardır. Beş vaxt namazdan əvvəl insanın dəstəmaz alaraq bədəninin müəyyən üzvlərini yuması orqanizmin təmizliyi üçün mühüm şərtlərdən biridir. Onu da qeyd etmək lazımdır ki, dəstəmaz təmiz bədənə alınır. Əgər dəstəmaza qədər insanın bədənində bir kirlilik, kəsafət varsa, insan çimib onu dəstəmaza qədər aradan qaldırmalıdır.

Namaz vaxtları bədənin hərəkəti üçün tövsiyə edilən ən münasib vaxtlardır. Sübh namazı insanın yuxudan tez durmasına, təmiz hava udmasına, günorta namazı gərgin işdən sonra bədənin dincəlməsinə, əsr namazı işin sonuna yaxın orqanizmdə əmələ gələn yorğunluğun aradan qalxmasına səbəb olur. Şam namazı gün ərzindəki işini başa vuran insanın istirahətə hazırlaşması, gecə namazı isə günü başa vuran insanın öz yorğunluğunusüstlüyünü aradan qaldırması, qan dövranını təzələmək, tənəffüsü yaxşılaşdırmaq məqsədilə bədən hərəkətləri etməsi üçün ən münasib vaxtdır. (Bax: Əbdürrəzzaq Novfəl. İslammodern elm, İstanbul, 1970, s.186).

Namazda edilən hərəkətlərə gəlincə isə, qeyd etmək lazımdır ki, hər namazda bir neçə dəfə oturub-qalxmaq insan bədənindəki qan dövranını təzələmək, onu canlandırmaq üçün ən yaxşı üsuldur. Namaz hərəkətləri insanın qan təzyiqinin normallaşmasına, prostat vəzilərinin öz elastikliyini saxlamasına, həzmin yaxşılaşmasına, yüngülləşməsinə, iştahanın açılmasına səbəb olur. Namazdakı rükudik durma mədə divarı üzərində toplaşan yağların, piylərin əriməsinə səbəb olur. Səcdə mədə divarını möhkəmləndirdiyi kimi, qanın orqanizmin hər tərəfinə yetişməsinə səbəb olur. Namaz insan orqanizminin istifadə etdiyi bədən hərəkətlərinin ən yaxşısı hesab olunur. Çünki namaz qol, qıç, əl, ayaq və başı hərəkətə gətirir, bu hərəkətlər isə öz növbəsində əzələlərin, oynaq və sümüklərin hamısına yetişir.

Namaz bədənin üst tərəfindəki qanı endirmə gücünə malikdir. Məhz buna görə də, yüksək qan təzyiqi xəstəliyinə tutulanlar mütəmadi olaraq namaz qıldıqda onun faydasını mütləq görəcəklər.

Namaz sinir sisteminin rahatlanması, əsəb gərginliyinin, yuxusuzluğun aradan qaldırılması üçün də gözəl vasitədir. Bir sıra məşhur təbiblər, o cümlədən bəzi Avropa həkimləri uzun illər ərzində apardıqları təcrübələrdən sonra belə qənaətə gəlmişlər ki, yuxunu tənzim edən ən mühüm ünsür namazdır.

Amerikanın məşhur psixiatrlarından biri hesab edilən Eduard Friderik namaz barədə qeyd edir ki, mədə xəstəliklərindən çoxunun qısa bir zaman ərzində müalicə edilməsi məhz onunla mümkün olmuşdur. Bu gün tibbi müalicənin fayda vermədiyi, ən məşhur həkimlərin belə müalicəsində aciz qaldıqları elə xəstəliklər vardır ki, onların bir çoxu namazın möcüzələrindən yalnız biri ilə müalicə olunmuşdur.

Amerikadakı Rokfeller Araşdırmalar Komissiyasının sədri, Nobel mükafatı laureatı, cərrah, patofizioloq Aleksis Karrel (1873-1944) namazdan bəhs edərkən göstərir: «Namaz bədənin bütün sistem və orqanlarında bir həyatilik əmələ gətirir. Belə ki, o, günümüzdə bilinən ən böyük bir həyat qaynağıdır. Mən bir həkim kimi çox xəstələr gördüm ki, mütəxəssis doktorlar onun müalicəsini bacarmadı. Tibb aciz qalıb əlini çəkincə, namaz işə qarışdı və onları xəstəlikdən qurtardı. Namaz radium cövhəri kimi bir işıq qaynağı və həyat mənbəyidir. Namaz möcüzə doğuran qəribə hallar əmələ gətirir. Namazın təsirini patoloji hallarda, məsələn, britonik vərəm, sümük iltihabı, cərrahi yaralar, xərçəng və bir çox başqa xəstəliklərə tutulmuş insanların müalicəsində müşahidə etdik» (Bax: Əbdürrəzzaq Novfəl. Göstərilən əsəri, s. 188-189).

 

 

Mərkəz.- 2010.- 5 noyabr.- S. 16.