«Quran və elm»
XXIX söhbət
Quran və gigiyena
Oruc. Oruc
tutmaq müsəlmanın,
Allahın buyurduğunu
yerinə yetirərək,
islam təqvimi
ilə hər ilin bütün ramazan ayı boyu dan yeri
söküləndən Günəş
batana qədər yemək-içməkdən könüllü
surətdə imtina etməsi deməkdir.
Orucluq insanın iradəsini möhkəmləndirir,
oruc tutmaqla insan nəfsini özünə ram edir, yəni nəfsi onun üzərində deyil, o, nəfsinin üzərində hakim olur.
Müsəlman hicri ili miladi
ilindən on gün qısa olduğu üçün orucluq ilin müxtəlif fəsillərinə, o cümlədən
yayın istisinə, qışın sazağına,
şaxtasına düşür.
Allah-təala bununla insanları ilin bütün fəsillərində sanki
imtahana çəkir.
Allah rizasını qazanmaq istəyən mömin bütün bu çətinliklərə
sinə gərərək
bir ay ərzində orucunu tutur, ramazanda bütün asudə vaxtını namaz qılmağa, Allahı zikr etməyə, günahlardan
tövbə etməyə,
dua-səna ilə məşğul olmağa
sərf edir. Allah-təala və
mələklər yemək-içməkdən
uzaq olduqları üçün, insan, ramazan ayında ilahi əxlaq haləsinə bürünür,
mələkxislət olaraq
böyük savab qazanıb cənnətlik olur. Oruc tutan varlı insan Allahın buyuruğuna əməl edib günün müəyyən hissəsini
yeyib-içməməklə, daha doğrusu, ac qalmaqla, kasıblıq üzündən ayın,
ilin çox hissəsini aclıq içərisində keçirməyə
məcbur olan yoxsulların, fəqirlərin,
miskinlərin vəziyyətini
anlamağa başlayır,
onun qəlbində həmin insanlara qarşı tədriclə
mərhəmət, şəfqət
hissi oyanır. Ramazan ayında verilən iftar süfrələrində, xüsusilə
yüksək vəzifə
və məqam sahiblərinin açdıqları
iftar süfrələrində
varlılarla kasıbların
eyni bir süfrə arxasında oturub çörək yemələri, orucluq bayramında fəqirlərə
verilən fitrə, hardasa, kasıbların gözlərinin varlıların
mal-dövlətindən çəkilməsinə,
cəmiyyətdə ictimai
ədalət və sosial bərabərlik prinsiplərinin müəyyən
dərəcədə bərqərar
edilməsinə səbəb
olur. Allahın insanlara vacib
buyurduğu əməllərin
arxasında bizim bildiyimiz və bilmədiyimiz bir çox mənfəətlər
mövcuddur. Allah-təala, öz adətinə uyğun olaraq, insanlara pis şeyi əmr
etməz. Əgər bu
və ya digər əməli yerinə yetirmək Allah tərəfindən bizə
buyurulubsa, deməli, onun bizim üçün
müəyyən bir faydası vardır. Lakin insan ona vacib
buyurulan hər hansı bir dini mükəlləfiyyəti
praqmatik məqsədlə
deyil, hər şeydən əvvəl,
Allahın əmrinə
itaət etmək, Onun razılığını
qazanmaq üçün
yerinə yetirir.
Həmin
əməlin savabı,
əcri isə Allaha aiddir.
Oruc tutmaq da belədir. Orucluğun fərdi, sosial,
əxlaqi və sağlamlıq baxımından
insan üçün
çox böyük əhəmiyyəti və
faydaları vardır.
İndi
biz, qısa da olsa, orucluğun insanın sağlamlığı
üçün olan faydalarına toxunmaq istərdik.
Orucluq bir il müddətində
gecə-gündüz çalışan
bədən üzvlərinin
istirahəti deməkdir.
Orucluq sinir sisteminin dincəlməsi, mədə-bağırsaq,
ürək-damar xəstəliklərinin,
şəkər xəstəliyinin,
yüksək qan təzyiqinin müalicəsi
üçün böyük
əhəmiyyətə malikdir.
Orucluq köklüyün qarşısının
alınması, bədəndə
olan artıq piylərin təmizlənməsi,
insanın fiziki cəhətdən yüngülləşib
özünü qıvraq
hiss etməsi baxımından
misilsiz müalicə vasitəsidir. Müasir təbabətdə,
xüsusilə qabaqcıl
Avropa ölkələrinin
klinika və xəstəxanalarında Həzrəti
Davud orucundan (bir gün yeyib,
bir gün oruc tutmaq) effektli
bir müalicə vasitəsi kimi geniş istifadə olunur.
Məlumdur ki, köklükdən
əziyyət çəkən
insanlar arıqlamaq üçün dərmanlar
və tibbi preparatlar qəbul edirlər. Müxtəlif kimyəvi maddələrdən
düzəldilən bu
dərmanlar kökəlmənin
qarşısını müəyyən
qədər alsa da, bədəndə başqa xəstəliklərin
əmələ gəlməsinə
səbəb olur.
Oruc tutmaq kökəlmənin,
piylənmənin qarşısını
almaq üçün
ən gözəl, ən geniş müalicə üsuludur.
Orucluq müddətində ürəyin
fəaliyyəti xüsusilə
yaxşılaşır. Belə ki, bədənin
hər bir hüceyrəsini qanla təmin etmək üçün durmadan fəaliyyət göstərən
ürək orqanizmi qanla daha yaxşı
təmin edə bilir. Orucluq nəticəsində bədənin hüceyrələri
qüvvətlənir, onların
müqavimət qabiliyyəti
artır.
Orucluqda beyinin insan orqanizminə nəzarəti
daha da yaxşılaşır,
beyin bədənə
daha tam şəkildə
nəzarət edə bilir. İnsanın iradəsini qüvvətləndirən,
psixoloji vəziyyətini
yaxşılaşdıran, orqanizmin bütün üzvlərinin həmahəng
şəkildə çalışmasına
səbəb olan orucluq bütövlükdə
ruh və bədənin sağlamlığını
təmin edir.
Orucluq insan bədəninin
xəstəliklərə qarşı
müqavimətini artırır. İslam dini bu mühüm tibbi həqiqəti - oruc tutmağı müsəlmanlara
vacib buyurmaqla meydana qoymuşdur. Müasir tibb elmi isə
ondan bir çox xəstəliklərə
qarşı mühüm
mübarizə və müalicə vasitəsi kimi istifadə etməkdədir. (İbrahim əl-Rəcy.
Böyük islam
və modern tibbin həqiqətləri, İstanbul,
s.4).
Peyğəmbərimizin (s.ə.s) "Mədə fəsad (xəstəlik) yuvasıdır"
hədisi yeməklərin,
pəhrizin insanın həyatı, normal fəaliyyəti
üçün nə
qədər böyük
əhəmiyyətə malik
olduğunu bildirirsə,
"Oruc tutun, sağlam olarsınız"
hədisi də orucun gigiyenik baxımdan böyük əhəmiyyət kəsb
etdiyini göstərir.
Göründüyü kimi, Allahın
vacib buyurduğu orucun dünyadakı faydası bizi sağlam, güclü, iradəli, ruhən rahat etmək, axirətdəki faydası
isə bizi Allah rizasına qovuşdurmaq, bununla da bizə
hər iki dünya səadətini bəxş etməkdir.
İSLAMDA BİOETİKA MƏSƏLƏLƏRİ
İslam insanı ən
uca tutan, onun şəx siyyətini, ləyaqətini,
hüquqlarını şəriət
qaydaları əsasında
möhkəm qoruyan bir dindir. Allah-təala
insanı dünyanın
ən kamil məxluqu olaraq yaratmış, əqidəsi,
imanı, əməli
və təqvası olan şəxsi mələkdən belə
yüksək tutmuşdur.
Biz bu kiçik
yazımızda islamın
bioetikaya olan münasibətinə toxunmaq
istəyirik.
Ölüm istəmək məkruhdur
İnsanın düçar olduğu hər hansı bir xəstəlik, yaxud çətinlik, sıxıntı
üzündən özünə
ölüm istəməsi
məkruhdur. Səhihi-Buxari və Müslimdə
bu mövzu ilə əlaqədar belə bir hədis
rəvayət edilməkdədir.
"Sizdən biri düçar olduğu xəstəlikdən
dolayı ölümünü
istəməsin. Əgər
mütləq istəyəcəksə,
belə desin: "Allahım, yaşamaq daha xeyirli isə,
məni yaşat; ölüm daha xeyirli isə, məni öldür".
Lakin bir kimsənin dininə toxunacaq bir zərərdən ötrü, yaxud bir fitnədən qorxduğu üçün
ölüm istəməsi
məkruh deyildir. Çünki Peyğəmbərimiz (s.ə.s)
buyurmuşdur: "Pərvərdigara,
bəndələrinə bir
fitnə murad etsən (istəsən), fitnəyə uğramadan öncə mənim canımı al!"
Allah yolunda şəhid olmağı istəmək
isə qadağan edilmiş ölümü
istəmək qəbilindən
sayılmaz (12, III, 13).
İnsanın özünün öldürülməsinə, yaxud
yaralanmasına izin verməsi. Müəyyən bir xəstəliyə,
yaxud dərdə giriftar olmuş adamın (bir başqasına) özünü
öldürməyə və
ya yaralamağa izin verməsi günah hesab edildiyindən, bu əmələ cəza düşür. Bir kimsənin
özü barədə
öldürülməsini və
ya yaralanmasını əmr etməsi (istəməsi) bunların
heç birinin mübah olmasını vacib etməz. Çünki islama görə, təcavüzdən
qorunmuş olan bir can halal səbəb
olmadıqca halal olmaz. Halallıq səbəbləri arasında isə buna izin vermək
kimi bir səbəb yoxdur. Çünki bir möminin
öz canına zərər verməsi haramdır. Belə olduğu təqdirdə onun bu iş
üçün başqasına
izin verməsi öz canını halal hala gətirməz.
Elə buna görə də intihar haramdır, bir insanın öz malına zərər verib tələf etməsi haramdır.
Mərkəz.- 2010.- 6 noyabr.- S. 16.