Dünya teatr xadimləri
Bakıda…
Fuad Poladov: «Beynəlxalq
Teatr Konfransının respublikanın birinci teatrında reallaşması
yaradıcı insanların qarşısında böyük vəzifələr qoyur»
Xəbər
verdiyimiz kimi,
noyabrın 7-dən (7-12 noyabr tarixlərində)
Bakıda Beynəlxalq Teatr Konfransına start verilib. Konfrans Prezident İlham Əliyevin 18 may
2009-cu il tarixli Sərəncamı
ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət
Proqramı çərçivəsində reallaşıb. Qeyd edək ki,
sözügedən proqramda Mədəniyyət
və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqına müasir dövrün teatr problemlərinə həsr olunmuş
beynəlxalq elmi-praktik konfransın
keçirilməsi həvalə olunub. Konfransda Avropa, Asiya və Amerika qitələrinin
tanınmış teatr mütəxəssisləri,
rejissor və dramaturqlar,
kulturoloqlar iştirak edir.
Azərbaycanda ilk dəfə
keçirilən Beynəlxalq elmi-praktik
konfransın dəvətliləri sırasında ABŞ, Kanada, Türkiyə, İngiltərə, Fransa, Almaniya, Gürcüstan, Rusiya, Belorus, Estoniya, Özbəkistan,
Tacikistan, Qazaxıstan,
Qırğızıstan, Ukrayna, Moldova, Avstriya,
Yunanıstan, Koreya, Tunis,
Oman, Çernoqoriya, Çin, Səudiyyə Ərəbistanı, İran, Sinqapur, Küveyt kimi ölkələrdən tanınmış
teatr simaları var. Belə ki, YUNESKO yanında Beynəlxalq
Teatr İnstitutunun
İngiltərə nümayəndəliyinin rəhbəri Mevil Şurman, Çin Xalq
Respublikasının Teatr Elmi
Tədqiqatları Akademiyasının rəhbəri Lin Çin, Kanada Beynəlxalq Teatr Tənqidçiləri
Assosiasiyasının katibi Mişel
Vayis, “Azerbaijan international” jurnalının baş
redaktoru Betti Bleyer, Peterburq Teatr
Akademiyasının professoru, “Beş axşam” Beynəlxalq
Teatr Festivalının rəhbəri Mariya Dmitrevskaya, Beynəlxalq
Teatr İnstitutunun ərəb
ölkələri koordinatoru İbrahim Assiri və institutun Amerika üzrə
katibi Piter Qoltfrat Bakıya konfransda iştirak etmək üçün
təşrif buyurub. Onu
da xatırladaq ki,
Dövlət Proqramında belə elmi-praktik
konfransların mütəmadi, daha dəqiq
desək, 2 ildən bir keçirilməsi
nəzərdə tutulub. Elmi-praktik
konfrans çərçivəsində
tanınmış teatr xadimlərinin ustad dərslərinin və treninqlərin
keçirilməsi planlaşdırılır.
«Sistemli şəkildə
beynəlxalq miqyaslı mədəniyyət tədbirlərinin
keçirilməsi dövlət başçısı İlham Əliyev və onun
xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın
qayğısının nəticəsidir. Elə bu konfrans da
Prezident İlham Əliyevin
18 may 2009-cu il tarixli Sərəncamı ilə “Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı
çərçivəsində reallaşıb.
Sözügedən proqramda Mədəniyyət
və Turizm Nazirliyi, Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqına müasir dövrün teatr problemlərinə həsr olunmuş
beynəlxalq elimi-praktik konfransın
keçirilməsi həvalə olunub. Buna görə, ilk
növbədə, hər iki mədəniyyət
hamisinə minnətdarlıq düşür.
Mən deyərdim ki,
növbəti beynəlxalq teatr
konfransı da ölkə
başçısının sayəsində reallaşan
çox böyük
hadisədir», - deyə fikirlərini qəzetimizlə paylaşan Milli Məclisin
Mədəniyyət Komitəsinin sədri, millət vəkili Nizami Cəfərov Azərbacanda keçirilən
Beynəlxalq Teatr Konfransını
yüksək qiymətləndirdi. N. Cəfərovun sözlərinə
görə, belə bir nüfuzlu
tədbirin baş tutması Azərbaycanın
beynəlxalq arenada tanınmasına xidmət
edir: «Biz dünya mədəniyyətinə inteqrasiya edirik. Odur ki, mədəniyyət
tədbirlərinin mütəmadi olaraq
keçirilməsi həm də dövlət siyasətinin tərkib
hissəsidir. Hesab edirəm ki, ölkəmizdə ilk
dəfədir ki, keçirilən Beynəlxalq
Teatr Konfransı teatrımızı
ölkə xaricində təmsil və təbliğinə xidmət
edir. Eyni zamanda, mədəniyyətlərarası təmas
yaranır, bunu sözün
əsl mənasında hadisə adlandırmaq olar».
Azərbaycanda ilk dəfə
belə bir mötəbər teatr konfransının keçirilməsini
alqışlamaq olar, olduqca
yüksək səviyyəli bir beynəlxalq
tədbirdir», - deyən xalq artisti Fuad Poladov
konfransın əlamətdarlığını bir hadisə ilə də əlaqələndirdi: «Konfrans təmirdən yenicə
çıxmış, hələ tamaşaçı üzü görməmiş Akademik
Milli Dram Teatrında öz işinə başlayıb ki, beynəlxalq tədbiri həm də buna görə əlamətdar hadisə kimi qiymətləndirmək olar.
Beynəlxalq Teatr Konfransının respublikanın
birinci teatrında reallaşması
yaradıcı insanların qarşısında böyük vəzifələr qoyur».
Cəvahir Səlimqızı
Mərkəz.- 2010.- 11 noyabr.- S. 9.