«Quran elm»

 

Qurani-Kərim Allah kəlamıdır

 

Tarixi qaynaqlar Quran nüsxələrinin eyni zamanda Əli əleyhissəlam, Peyğəmbərin (s.ə.s) digər əshabələri Übeyy bin Kəb, Abdullah bin Məsud, Miqdad Əbu Musa əl-Əşəri tərəfindən yazıldığını da xəbər verir.

Xəlifə Osmanı isə yenidən bu işə sövq edən aşağıdakı hadisə olmuşdu. Məşhur sərkərdə Hüzeyfə bin əl-Yəman hicrətin 35-ci ilində suriyalı iraqlı əsgərlərdən ibarət ordunun başında Azərbaycanda döyüşən zaman şamlılar Übeyy bin Kəbin, kufəlilər Abdullah bin Məsudun, bəsrəlilər isə Əbu Musa əl-Əşərinin tərtib etdiyi Quranı oxuyur, hərə öz nüsxəsinin, öz qiraətinin düzgün olduğunu iddia edirdi. Hüzeyfə Mədinəyə qayıtdıqdan sonra Azərbaycanda baş vermiş hadisəni Osmana danışıb, bu sahədə təcili bir görməyin vacib olduğunu ona demişdi. Xəlifə Osman özü həmin fərqləri hiss etmişdi. Çünki Mədinə qarelərinin öz aralarında belə Quranın qiraəti barəsində bəzən Allah kəlamının təhrif olunmasına gətirib çıxarda bilən fikir ixtilafı var idi. Buna görə Osman Muhəmməd peyğəmbərin (s.ə.s) yanında katiblik edən məşhur əshabələri bir yerə yığıb Əbu Bəkrin xəlifəliyi zamanında tərtib edilmiş Quranı onlara vermiş, oradakı ayələri yenidən nəzərdən keçirib dəqiq düzəlişlərlə vahid bir mətn tərtib etməyi tapşırmışdı. Bir müddətdən sonra Zeyd bin Sabitin başçılıq etdiyi bu işçi heyət Allah kəlamının vahid mətnini tərtib etdi. Osman həmin mətni 4, yaxud 6 nüsxədə yazdırıb, birini Mədinədə saxladı, digərlərini Şam, Kufə Bəsrəyə göndərdi. Qalan bütün nüsxələr isə yığılıb yandırıldı. Beləliklə, islam aləmində Qurani-Kərimin bu gün əlimizdə olan vahid mətni qaldı.

İslam ərəb aləmində şəhər sabitləşdikcə onlar məscidlərə toplaşıb Quranı düzgün oxumağı öyrənirdilər. Məscidlərdə Quranı öyrənmək məqsədilə xüsusi məktəblər, mədrəsələr təşkil olunduğu üçün bu işi gözəl bilən müəllimlərə böyük ehtiyac hiss olunurdu. Nəticədə, Quranın qiraət variantları, avazla oxunması, təfsiri, surə, ayə, söz hərflərinin sayı böyük diqqətlə öyrənilməyə başlandı. Həmin dövrdə bu, bir tərəfdən Allah kəlamını düzgün oxuyub, düzgün izah etmək, digər tərəfdən isə islam dinini möhkəm qorumaq, onun təhrif edilməsinə yol verməmək sahəsində görülən ən zəruri hesab olunurdu.

Quran sözünün mənası «oxumaq», «tələffüz etmək», daha doğrusu, Allahdan Muhəmməd əleyhissəlama nazil olan sözlərin oxunması, tələffüz edilməsi deməkdir. Qurana, həmçinin müshəf (səhifələnmiş kitab, lülə halında bükülmüş kağız), zikr (xəbərdarlıq, xatırlatmaq, öyüd-nəsihət), fürqan (haqla nahaqqı ayırd edən) s. deyilir. Muhəmməd əleyhissəlama ramazan ayında nazil olan Quran 114 surədən, müxtəlif qiraət variantlarına bölgülərə görə 6204, yaxud 6236 ayədən, 77200 sözdən ibarədir. Quranın fəsillərini təşkil edən surələr bir-birindən bismillahla ayrılır. Yalnız IX surədə bismillah ifadəsi yoxdur. Müfəssirlər bunun səbəbini onun VIII surənin ardı olası ilə izah edirlər. Quranın ilk surəsi Fatihə istisna edilməklə, qalan surələr, əsasən, uzundan qısaya qaydası ilə düzülmüşdür. Surələrin, eləcə bir sıra ayələrin xronoloji ardıcıllığı isə təfsirlərdə müəyyən edilmişdir. Hər surə ayələrə bölünür: ayə bəzən bir, iki ya bir neçə cümlədən ibarət olur. Ayələrdə, ümumiyyətlə, 1-dən 68-ə qədər söz mövcuddur. Quranın ən uzun surəsi Bəqərə 286 ayədən, ən qısa surəsi Kövsər isə 3 ayədən ibarətdir. Musanın Tövratından, İsanın İncilindən fərqli olaraq Qurani-Kərim Peyğəmbər əleyhissəlama birdən-birə, bütöv şəkildə deyil, hissə-hissə, əvvəlcə Məkkədə, sonra isə Mədinədə nazil olmuşdur. Odur ki, Quranın nazil olması dedikdə onun Allah-təalanın əmri ilə cəbrail tərəfindən təqribən 23 il ərzində Muhəmməd peyğəmbərə (s.ə.s) ayə-ayə, hissə-hissə çatdırılması nəzərdə tutulur. İslam alimlərinin fikrincə, Quranın təxminən 90 surəsi Məkkədə, 24 surəsi, yəni beşdə biri Mədinədə nazil olmuşdur. İlkin Məkkə surələri həcmcə çox qısadır.

Avropa alimləri Məkkə Mədinə dövrlərini qəbul etməklə yanaşı, Məkkə dövrünün özünü üç mərhələyə ayırırlar: 1) birinci Məkkə dövrü (48 surə). Burada, əsasən, Allahın vəhdaniyyətindən, qiyamət günündən, ölülərin dirilməsindən bəhs edilir. Ulu Tanrı çox zaman Allah, Rəbb deyə adlanır. Həmin surələrdə fəsahət bəlağət güclü, onların dili, üslubu şairanədir; 2) ikinci Məkkə dövrü (21 surə). Bu dövrdə təkallahlılıqdan, qiyamətdən geniş bəhs olunur. Burada qiyamətin əyani təsvirindən daha çox, onun qulaqlara oxunmasına, eşitdirilməsinə üstünlük verilir. İkinci Məkkə dövrünə daxil olan surələr sakit surələrdir. Onlarda təxəyyüldən daha çox dalğınlıq, düşüncə hakimdir; keçmiş peyğəmbərlərin hekayətləri, xüsusilə Musa ilə bağlı əhvalatlar təsvir olunur. Bu surələr üslub baxımından yüksək nəsr nümunəsidir. Onlarda Quranın ehkamı güclənir. Allahın varlığını Onun ayələri - möcüzələri qüdrət əlamətləri ilə anlamağa xüsusi fikir verilir. Allahın Rəhman adı tez-tez işlənir. Buna görə həmin mərhələyə Rəhman dövrü deyilir; 3) üçüncü Məkkə dövrü (21 surə). Bu dövrdə ayrı-ayrı peyğəmbərlərin hekayətləri mühüm yer tutur, bir sıra dəlillər təkrar edilir. Surələrin həcmi tədriclə artır, un, in qafiyələri çox işlənir; ya əyyuhən-nas (ey insanlar) ifadəsi tez-tez təkrar olunur. Bu surələr dil baxımından çox aydın olsa da, üslub baxımından quru, rəsmidir.

Mədinə dövründə isə (24 surə) Məkkədə olduğu kimi, ümumiyyətlə, insanlara deyil, ayrı-ayrı firqələrə, o cümlədən nadir hallarda bütpərəstlərə xaçpərəstlərə müraciət olunur, xaçpərəstlərin bəzi ehkamlarına etiraz edilsə , onlara dost mövqedən yanaşılır. Yəhudilərə Mədinədəki münafiqlərə isə tez-tez etiraz bildirilir. Mədinə surələri müsəlman icmasının bir çox dini, hüquqi əxlaqi ehkamlarını özündə ehtiva etdiyinə görə burada rəsmi üslub üstünlük təşkil edir. Bununla belə, bəzi ayələr (II, 16-cı sonrakı ayələr; 266-cı sonrakı ayələr) üslub baxımından çox bəlağətli şairanədir. Onu da qeyd etmək lazımdır ki, yuxarıdakı dörd dövrə bölünən surələrin Quranda düzülüşü ardıcıl deyildir. Onların ardıcıllığını bilmək üçün təfsirlərə müraciət etmək lazımdır.

Bütün ərəb qəbilələrinin ən müqəddəs ziyarətgahı Kəbənin yerləşdiyi Məkkədə yaşayan Qüreyş qəbiləsinin ləhcəsi VI-VII əsrlərdə Ərəbistan yarımadasında əvvəlcə ümumxalq dili, sonra isə ədəbi dil rolunu oynamağa başlamışdı. İslamdan qabaqkı dövrdə bu dildə artıq muəlləqat kimi möhtəşəm poeziya nümunələri yaradılmış, onlar ölməz sənət əsərləri kimi Kəbənin divarlarından asılmışdı. Qüreyş ləhcəsində nazil olmuş Qurani-Kərim isə ərəb dilində ilk təkrarolunmaz nəsr nümunəsidir.

 

 

Mərkəz.- 2010.-13 noyabr.- S. 16.