«Quran elm»

 

Qurani-Kərim Allah kəlamıdır

 

Qurani-Kərim qafiyəli nəsrlə, həm çox fəsahətli bəlağətli bir dildə nazil olduğuna, qeybdən xəbər verdiyinə görə bir çox bütpərəst ərəblər Muhəmməd əleyhissəlamı şair, kahin sehrbaz adlandırır, bununla da bir tərəfdən Peyğəmbərin (s.ə.s) həqiqiliyini, digər tərəfdən isə Allah kəlamının müqəddəsliyini şübhə altına almaq istəyirdilər. Quranın özündə Muhəmməd əleyhissəlamın şair, kahin, yaxud sehrbaz olmadığı, Allah kəlamının isə şerə ya kahinlik əsərinə bənzəmədiyi dəfələrlə qeyd edilmişdir. Yasin surəsinin 69-cu ayəsində bu barədə belə deyilir: «Biz ona (Muhəmməd əleyhissəlama) şeir öyrətmədik bu ona heç yaraşmaz da. Ona vəhy olunan ancaq öyüd-nəsihət açıq-aşkar Qurandır».

İslam ehkamına görə, peyğəmbərlərə nazil olan vəhy övliyalara ya şairlərə verilən ilhamdan daha yüksəkdir. Çünki şairə vəhyin yalnız bir növü - ilham verildiyi halda, Peyğəmbərə həm ilham, yəni müəyyən bir fikrin insanın ürəyinə damızdırılması, dəruni, mübhəm bir səslə ona təlqin edilməsi, eləcə vəhyin başqa növləri - gerçək yuxu, Allah-təala ilə ya mələk vasitəsilə, yaxud da arada heç bir vasitə olmadan (hicab arxasından) danışmaq bəxş olunur. Vəhy Peyğəmbərə yalnız Allahdan nazil olduğu halda, ilham şairə, yaxud başqa bir kimsəyə Allahla yanaşı, Şeytanın vəsvəsəsindən, cinlərdən pərilərdən gələ bilər. Peyğəmbər məsum olduğundan Şeytan ona batil fikirləri vəsvəsə ilə təlqin edə bilməz. Beləliklə, Peyğəmbər dərəcə etibarilə şairdən əfzəl, Peyğəmbərə nazil olan vəhy isə övliyaya, şairə verilən ilhamdan daha üstündür. Kamil insan, məsum məxluq olduğu üçün ruhi vəziyyətin, əqli səviyyənin ən yüksək mərtəbəsinə yetişən Peyğəmbərin şerə, şairliyə ehtiyacı yoxdur. Çünki o, ən yüksək məqam olan nübüvvət dərəcəsinə yüksəlmişdir. Dahi Füzuli buna işarə edərək yazır:

 

Ol düri-dürci «ənə əfsəh» ki, hikmət dayəsi,

Şer şəhdilə ləbi-canpərvərin tər qılmamış.

Şer bir zivərdir, əmma biz kimi naqislərə

Ol ki kamildir, onu möhtaci-zivər qılmamış!

 

Bununla belə, Peyğəmbər əleyhissəlam dinin, əxlaqın, paklığın yüksək amalların təbliqində şerin, sənətin gücünü gözəl bilmiş, şerə şairə yüksək qiymət vermişdi. O, Hübeyrə bin Vəhəb, Üməyyə bin Əbis-Səlt kimi xalqı bütpərəstliyə əxlaqsızlığa dəvət edən müşrik şairləri qətiyyətlə pisləmlş, Həssan bin Sabit, Kəb bin Malik, Abdullah bin Rəvahə kimi mömin şairlərə böyük ehtiram göstərmiş, onları əzizləmjş, öz yanında saxlamışdır. Onlar Peyğəmbər əleyhissəlamın hüzurunda yüksək mövqe sahibləri olmuşlar. İslam tarixçilərinin bildirdiklərinə görə, Peyğəmbər əleyhissəlam Həssan bin Sabitə tez-tez müraciət edib: «Söylə ki, Ruhülqüds (cəbrail) səninlədir - deyərmiş. Peyğəmbərimiz (s.ə.s) özünün Mədinədəki məscidində Həssan bin Sabit üçün xüsusi bir minbər düzəltdirmişdi. Həssan qalxıb minbərdə əyləşər, xalqı doğru yola, imana çağırar, Rəsuli-Əkrəmin əleyhinə danışan, ona iftira yaxan müşrikləri kafirləri həcv edərdi:

 

Şair oldur ki, onun qəlbinə Həssan kimi

Nəfxeyi-Ruhüləmin eyləyə ilqayi-süxən!

 

Peyğəmbərin (s.ə.s) əshabələri arasında şeir təbi olanlar az deyildi. Əbu Bəkr, Ömər şeir deyərdilər. Əli əleyhissəlam isə müqtədir bir şair idi. Onun «Divani-Əmir»i ərəb aləmində bu günə qədər möhtəşəm şeir nümunələrindən hesab olunur.

«Qiyamət günü Allahın hüzurunda alimin mürəkkəbi şəhidin qanından qiymətlidir», «Alimlər peyğəmbərlərin varisləridir», «Elm Çində olsa, ardınca gedin!»- buyuran Peyğəmbər əleyhissəlam elmi, eləcə şeri yüksək qiymətləndirərək: «Hikmətli şeir var», «Şeir bir sözdür; gözəl olanı da var, çirkin olanı da. Sən gözəlini götür, çirkinini at - söyləmişdi.

Qurani-Kərimin XXVI surəsinin 227-ci ayəsi, həmçinin yuxarıda deyilənlər bəzi şərqşünasların Muhəmməd peyğəmbərin, guya şairləri sevmədiyi, şerə, sənətə qiymət vermədiyi barədəki əsassız müddəalarını kökündən təkzib edir.

Peyğəmbər əleyhissəlam Qurani-Kərimi öyrənməyi başqalarına da öyrətməyi vacib buyurmuşdur. Bu işin böyük savabı vardır. Mötəbər hədislərin birində belə deyilir: «Uşaqlarına Qurani-Kərimi öyrədənlərə ya onları Quran müəlliminin yanına göndərənlərə öyrədilən Quranın hər hərfi üçün on dəfə Kəbeyi-müəzzəmə ziyarətinin savabı verilər qiyamət günü başına dövlət tacı qonar». Odur ki, Quran oxumaqla feyzə çatmaq, savab qazanmaq istəyən onu yaxşı öyrənməli, ərəbcə bilmədiyi üçün Allah kəlamının mənasını dəqiq anlamasa da, heç olmasa, düzgün qiraətə yiyələnməlidir. Qurani-Kərimi düz oxuyan özünə savab, səhv oxuyan isə günah qazanmış olur. Füzuli gözəl demişdir:

 

Ey xəta ləfzilə Quranın şükuhun sındıran,

Möcüzi-ayati Qurandan həzər qılmazmısan?

Hər əlif bir xəncəri-xunrizi-bürrandır sənə,

Xəncəri-xunrizi-bürrandan həzər qılmazmısan?

Bir həkimi-kamilin darüş-şəfayi hikmətin

Qılmaq istərsən xərab, ondan həzər qılmazmısan?

 

Qurani-Kərimin bəzi surələri, xüsusilə Fatihə, İxlas, Yasin, cümə, Rəhman, Rəd, Dəhr, Tövbə, Nəhl surələri, Bəqərə surəsinin ayətülkürsi hissəsi dindarlar arasında daha çox oxunur ki, bu da onların tez-tez oxunmasının möminə daha artıq savab qazandırması barədə Peyğəmbər əleyhissəlamın buyuruqları ilə bağlıdır. Məsələn, adət üzrə ağır xəstənin, can verən adamın yanında, yaxud qəbir üstündə Yasin oxunur. Yasin surəsi haqqında hədisi-şərifdə belə deyilir: «Yanında Yasin oxunan xəstə sudan doyaraq vəfat edir sudan doyaraq qəbir evinə gedir». ya: «Müsəlman bir xəstə yanında Yasin oxunduqda Rizvan adlı mələk cənnət şərbəti gətirər. Xəstə sudan doymuş vəziyyətdə vəfat edər sudan doyaraq qəbrə gedər. Onun suya ehtiyacı olmaz». İslam ehkamına görə, can üstə olan adama su içirtmək lazımdır, çünki bu zaman ona şiddətli yanğı üz verir. O anda Şeytan can verən adama saf su göstərib: «Səndən başqa tanrım yoxdur, desən, sənə su verərəm», - söyləyər. Yasin surəsi oxunduqda isə bu susuzluq aradan qalxar. Bundan əlavə, Yasin dünyanın keçici olduğunu bildirdiyi, cənnət nemətlərini, cəhənnəm əzabını ətraflı təsvir etdiyi üçün həmin surə ağır xəstə ya can üstə olan adamın yanında oxunduqda onun imanını daha da artırar, qəbir evinə imanla getməsinə səbəb olar. Yasin həm dirilər üçün bir ibrət dərsidir. Ümumiyyətlə, müsəlman alimləri Yasin oxunmasının aşağıdakı on faydası olduğunu göstərirlər:

 

1) bu zaman ac tox olar, yəni gözləmədiyi yerdən ona ruzi gələr;

2) susuzluq, yanğı aradan qalxar;

3) paltarı olmayan paltar tapar;

4) əcəli çatmayan xəstə şəfa tapar;

5) əcəli çatan xəstə ölüm acısını duymaz;

6) can verən xəstənin gözünə cənnət mələkləri görünər;

7) insanın qorxusu, səksəkəsi aradan qalxar, ona xatircəmlik, əmin-amanlıq gələr;

8) qərib adam ya səfərdə olan özünə dost, hayan tapar;

9) subayların evlənməsi asanlaşar;

10) itən şey tapılar.

 

Rəd surəsi oxunduqda ruhun bədəndən çıxması asanlaşar, ayətülkürsi əmin-amanlıq, salamatlıq bəxş edər, ər-Rəhman surəsi insana təsəlli əta edər və i.a. Quranın hansı surələrinin, bu və ya digər surənin hansı ayələrinin hansı məqamda oxunması barədə hədislərdə, təfsirlərdə və şəriət kitablarında ətraflı məlumat vardır.

 

 

Mərkəz.- 2010.- 23 noyabr.- S.16.