«Quran elm»

 

Qurani-Kərim Allah kəlamıdır

 

İslam aləmində Qurani-Kərimlə bağlı ən çətin məsələlərdən biri onun təfsiri tərcüməsi məsələsidir.

Məlumdur ki, Allah kəlamının ayələrinin hər biri bu ya digər hadisə ilə əlaqədar nazil olmuşdur. Hər ayənin öz nazil olma səbəbi vardır. Quranda işlənən qısa ayələrin, ayrı-ayrı sözlərin hər biri özlüyündə geniş məna tutumuna malik olduğu, bu ya digər dini, şəri məsələyə, tarixi hadisəyə, müəyyən bir əhvalata işarə etdiyi üçün onun nazil olma səbəbini bilmədən, mahiyyətinə varmadan Allahın kəlamını doğru-düzgün başa düşmək olmaz. Quran Peyğəmbərimizə (s.ə.s) nazil olduğu, Allahın əmrilə cəbrail tərəfindən yalnız ona oxunub izah edildiyi üçün, təbii ki, onun ən doğru, ən düzgün mənasını bilən məhz Peyğəmbər (s.ə.s) özü olmuşdur. «Qurani-Kərimin mənasını yalnız Muhəmməd əleyhissəlam anlayar» hədisi bunu açıq-aydın bildirməkdədir. Əshabələrin əksəriyyəti öz ana dilini - ərəb dilini çox gözəl bildiklərinə, gecə-gündüz Peyğəmbər (s.ə.s) nurundan ziyalandıqlarına baxmayaraq, yenə Qurani-Kərimin bir çox ayələrinin dəqiq mənasını anlaya bilməz, onları Muhəmməd əleyhissəlamdan soruşub öyrənərdilər. Peyğəmbərimiz (s.ə.s) onların hər birinə öz əqli səviyyəsinə müvafiq olaraq Allah kəlamının mənalarını izah edərdi.

Muhəmməd əleyhissəlamın vəfatından sonra Əli bin Əbu Talib, Abdullah bin Abbas, Mücahid, Qətadə, Müqatil, İbn cübeyr kimi yaxın əshabələr bu işi davam etdirmiş, Allah kəlamını Peyğəmbərdən (s.ə.s) eşidib bildikləri, ondan rəvayət olunan hədislər əsasında təfsir etmiş, mənasını ümmətə çatdırmışlar. Əli bin Əbu Talibin «Nəhcül-bəlağə»si Qurani-Kərimi anlamaq, ilkin islamdakı şəri ictimai-iqtisadi məsələləri öyrənmək üçün əvəzsiz qaynaqdır.

Sonrakı dövrlərdə Qurani-Kərimə müxtəlif məzhəb istiqamətlərdə saysız-hesabsız təfsirlər yazılmış, ayələrin zahiri rəmzi mənaları açıqlanmışdır.

Quran təfsiri islam aləmində ən çətin elm hesab olunur. Təfsirə yalnız elmdə müctəhidlik mərtəbəsinə yetişən alim cürət edə bilər. Qurani-Kərimi təfsir etməyə girişən müctəhid iyirmi ana (əsas) elmi ondan ayrılan altmış qolu mükəmməl bilməlidir ki, bunların da məcmusu səksən elm təşkil edir. Həmin elmlərə dərindən yiyələnməyən şəxsin etdiyi Quran təfsiri yarımçıq, naqisdir ki, bu da böyük günah sayılır.

İslam ehkamına görə, Qurani-Kərimdəki elm bilgilər üç qisimdir. Birinci qismə Allah-təalanın isimləri sifətləri daxildir ki, ulu Tanrı onların mahiyyətini heç bir bəndəsinə bildirməmişdir. Onları Allahdan başqa heç kəs bilməz. İkinci qismə daxil olan bilgilər yalnız Muhəmməd əleyhissəlama bildirilmişdir. Peyğəmbərimiz (s.ə.s) onları yaxın əshabələrinə, əshabələr özlərindən sonra gələn tabiinə, tabiin özlərindən sonra gələnlərə öyrətmişdir. Beləliklə, bunlar Qurani-Kərimin müxtəlif mənalara gələn mütəşabih ayələridir ki, onları Peyğəmbər əleyhissəlam özü onun varisləri - elmdə qüvvətli olan alimlər, müctəhidlər bilir. Üçüncü qismə daxil olan bilgiləri Allah-təala Muhəmməd əleyhissəlama öyrətmiş ona həmin bilgiləri öz ümmətinə öyrətməyi əmr etmişdir. Bu bilgilər öz növbəsində aşağıdakı iki qismə ayrılır:

1) qədim insanların, keçmiş ümmətlərin həyat məişətinə, tarixinə aid olan hekayətlər (qisəs);

2) Allah-təalanın dünyada, axirətdə yaratmış olduğu yaradacağı şeylər haqqındakı məlumatlar (əxbar). Bu bölgünün birinci qisminə aid olan bilgilər ağılla, təcrübə ilə deyil, Peyğəmbər əleyhissəlamın dedikləri, söylədikləri ilə anlaşıla bilər. İkinci qismə daxil olan bilgilər isə ağıl, təcrübə elmin gücü ilə dərk edilə bilər. Yuxarıda deyilənlər Qurani-Kərimi təfsir etməyin qədər çətin qədər məsuliyyətli bir olduğuna dəlalət edir.

Qurani-Kərimə orta əsrlərdə yazılmış məşhur təfsirlər içərisində Təbərinin, Əbu Həyyanın, Fəxrəddin Razinin, Beyzavinin təfsirlərini, Zəməxşərinin «Kəşşaf», cəlaləddin Məhəlli cəlaləddin Süyutinin «Təfsirül-cəlaleyn», Şeyx Təbərsinin «Məcməül-bəyan» əsərlərini, eləcə «Təfsiri-Əbis-Səud», «Təfsiri-Səfi» başqalarını göstərmək olar.

Qurani-Kərimin sufi təfsirinə, rəmzi yozumuna həsr edilmiş əsərlər içərisində Mühyiddin bin Ərəbinin məşhur təfsiri, həmçinin cəlaləddin Ruminin Allah kəlamının batinini, daxili mahiyyətini anlamaq üçün əvəzsiz qaynaq olan «Məsnəvi»si xüsusi yer tutur.

Müasir dövrümüzdə ərəb məmləkətlərində, İranda, Türkiyədə, Pakistanda başqa müsəlman ölkələrində Qurani-Kərimə elmin son nailiyyətlərinə əsaslanan bir çox mükəmməl təfsirlər yazılmış yazılmaqdadır ki, onları burada bir-bir sadalamağa haqqında danışmağa imkan yoxdur.

Bir şeyi nəzərə almaq lazımdır ki, Qurani-Kərimin ilk təfsirini sağlığında hədislərlə özü verən vəfatından sonra dövrə, zamana görə Allah kəlamına çoxlu təfsirlər yazılacağını gözəl bilən Peyğəmbər əleyhissəlam Quran təfsirində nəqlə, yəni hədislərə əsaslanmağı tövsiyə etmiş, yalnız ağıla, sərbəst mühakiməyə rəmzi yozumlara istinad edən təfsirlərin xətadan xali olmayacağını, beləliklə sahibinə günah qazandıracağını xəbər vermişdi. Odur ki, bu işdə çox ehtiyatlı olmaq, yüz ölçüb, bir biçmək, Quranın öz təbirilə desək, «elmdə qüvvətli, möhkəm olduğunu» bildikdən, əhli-xibrə tərəfindən etiraf olunduğunu yəqin etdikdən sonra təfsirə girişmək lazımdır. Peyğəmbər əleyhissəlamın bu müqəddəs tövsiyəsi qulaqlarda sırğa edilərək indinin özünə qədər islam aləmində nəqlə istinad edən, bu ya digər ayənin izahında nəqlə əsasən fikir mülahizə yürüdülən təfsirlərə üstünlük verilir.

Qurani-Kərimin hər hansı bir dilə tərcüməsinə gəldikdə isə, bu, olduqca çətin, müşkül məsələdir. Hər şeydən əvvəl onu qeyd etmək lazımdır ki, Quranın ərəb dilində təfsiri, sözün geniş mənasında, Allah kəlamının eyni bir dildə başqa sözlərlə izahlı tərcüməsini, şərhini vermək deməkdir. Lakin bu təfsirlər qədər mükəmməl, fəsahət bəlağətlə yazılsa da, Qurani-Kərimin mətni ilə müqayisədə çox zəif, sönük görünür. Ümumiyyətlə, hər hansı bir əsərin başqa dilə tərcüməsi, qədər qüvvətli olsa da, əslin yerini verə bilməz, o ki qaldı Allah kəlamı ola!

Hər hansı bir mütərcim Qurani-Kərimi bu ya başqa dilə tərcümə edərkən onu öz biliyi dairəsində, özü başa düşdüyü kimi tərcümə edir. Qurandakı sözlərin mənası isə o qədər dərin, o qədər kontekstualdır ki, onları çox zaman bir sözlə vermək mümkün olmur. İstər-istəməz əlavə sözlərə ya mötərizədə verilən izahlara ehtiyac duyulur. Bəzən bu ya digər sözün dəqiq mənası bilinmir, ərəb təfsirlərinin özündə müxtəlif kəlmələrlə ifadə olunur. Mütərcim var gücünü sərf edir ki, Quran ayələrini başqa dilə, məhz Allah-təalanın istədiyi kimi dəqiq çatdırsın. Lakin təəssüf ki, bu, çox zaman mümkün olmur tərcüməçi istər-istəməz ayənin dəqiq tərcüməsindən daha çox onun anlamını, ümumi məzmununu oxucuya çatdırmalı olur. Məhz buna görə bəzi görkəmli müsəlman alimləri haqlı olaraq Qurani-Kərimi heç bir dilə, hətta ərəbcənin özünə belə çevirməyin mümkün olmadığını göstərmiş onun tərcüməsini məsləhət görməmişlər. Odur ki, Quranın bu ya digər dilə tərcüməsi dedikdə, onu mütləq mənada deyil, şərti mənada başa düşmək lazımdır. Burada əsas məqsəd ərəb dilini bilməyənləri Quran ayələrinin ümumi məzmunu ilə tanış etmək, onlarda Allah kəlamının mətni haqqında anlayış, təsəvvür yaratmaqdır.

 

 

Mərkəz.- 2010.- 24 noyabr.- S. 16.