«Quran və elm»
Qurani-Kərim Allah kəlamıdır
Qurani-Kərimin həqiqi mənasını anlamaq, bilmək istəyənlər
məşhur din alimlərinin
əsərlərini dərindən
oxuyub öyrənməlidirlər
ki, onların da əsasını yenə Quran və yalnız Quran təşkil
edir. Sözümüzün məğzi
bundan ibarətdir ki, Qurani-Kərim Peyğəmbər əleyhissəlama
ərəb dilində
nazil olduğu üçün o, ərəbcə
oxunmalı, moizə vaxtı, dini ayinlərın icrası zamanı onun ayələri ərəbcə
deyilməli, sonra onların ümumi məzmunu, müyəssər
olan mənası ərəbcə bilməyənlərə
izah edilməlidir. Allah kəlamının başqa dillərə olan tərcümələrinə
heç vaxt Quran deyilməz, onlara yalnız və yalnız Quranın tərcüməsi və ya anlamı adı verilər. Bu tərcümələrin hamısı Qurani-Kərimin
əsli ilə müqayisədə qızılgül
olmayan yerdə onun ətrini gülabdan almaq kimi bir şeydir.
Quranın özgə
dilə tərcüməsi
bir yana dursun, ərəb dilinin özündə olan hər hansı
başqa bir çox fəsahətli və bəlağətli kəlam, səclə yazılmış qafiyəli
nəsr nümunəsi
onu oxuyan və dinləyən üçün Allah kəlamının
əsrarəngiz ahəngini,
müqəddəs harmoniyasını,
fövqəlbəşər gözəlliyini əvəz
edə bilməz. Göründüyü kimi, Qurani-Kərimin
bütün hikməti
ərəb dilində
olduğu kimi, onun sehrli təsir
qüvvəsi də yalnız ərəb dilindədir.
Bütün bunları nəzərə alan
Peyğəmbər əleyhissəlam
Qurani-Kərimi özünün
ən böyük möcüzəsi adlandırmış,
onun dünya durduqca duracağını
söyləmişdir. Məlumdur ki,
hər peyğəmbərə
onun peyğəmbərliyinin
doğruluğunu təsdiq
etmək üçün
Allah-təala tərəfindən
bir və bir neçə möcüzə verilmişdir.
Məsələn, Musa əsasını yerə atanda o, əjdahaya dönər, əlini qoynuna qoyub çıxartdıqdan
sonra o, parlaq nur saçıb baxanları heyrətə gətirərmiş. İsa peyğəmbər
cüzam xəstəliyinə
tutulanları sağaldar,
nəfəsi ilə ölüləri dirildərmiş.
Muhəmməd əleyhissəlam barmağının hərəkəti
ilə ayı iki bölərmiş.
Bütün bu möcüzələr
həmin peyğəmbərlər
həyatdan köçdükdən
sonra kəsilər, rəvayət şəklində
nəsildən-nəslə keçərmiş. Muhəmməd əleyhissəlam son peyğəmbər
olduğuna görə
ona dünyanın axırına, qiyamət gününə qədər
qalacaq bir möcüzə verilməli
idi. Həmin möcüzə Qurani-Kərimdir. Məhz bu
möcüzənin nəticəsidir
ki, bütün böyük ərəb şair və nasirləri Quranın gözəlliyi qarşısında
öz heyrətlərini
gizlədə bilməyib,
onun fövqəlbəşər
Kitab, ilahi kəlam olduğunu etiraf etmişlər.
Məhz belə bir ecazkar gözəlliyin
nəticəsidir ki, insan Quranı oxuduqda, yaxud dinlədikdə Allah kəlamının
heybəti, əzəməti
və kosmik ahəngi onu qaplayıb sonsuz göylərə, ülvi
bir aləmə aparır. İnsan bu sonsuzluqda
qanad çalıb hey
yüksəkliklərə qalxmaq,
intəhasız ənginliklərə
varıb orada qeyb olmaq, əbədiyyətə
- lahut aləminə qovuşmaq istəyir.
Allah-təalanın bəşəriyyət
üçün hidayət
çırağı olaraq
göndərdiyi Qurani-Kərim
ərəb dilində
nazil edilsə də, o, ərəbcə
yazılmış bütün
başqa əsərlərdən
fərqli olan bir çox təkraredilməz xüsusiyyətlərə
malikdir. Quranın sintaksisi çox
zəngin və orijinal, üslubu qeyri-adidir. Quran ayələrinin
təşəkkül tapdığı
cümlələr əksər
hallarda adi ərəb sözlərindən,
ərəb tərkiblərindən
ibarət olsa da, onların cümlə daxilində düzülüşü, sözlərin
bir-birinə qaynaqlanması,
söz və tərkiblər arasındakı
sintaktik əlaqə və münasibətlər,
ifadə üsulları
o qədər əlvan
və rəngarəngdir
ki, Allah kəlamını
oxuyan hər hansı bir kəs elə ilk baxışdan onun ərəb dilində yazılmış heç
bir əsərə bənzəmədiyinin şahidi
olur.
Quran ayələri quruluş baxımından, təbii ki, sadə və
mürəkkəb cümlələrdən
ibarətdir. Buradakı nəqli
cümlələr, sual
və əmr cümlələri, elliptik
və söz cümlələr, tabeli və tabesiz predikativ birləşmələr,
onların qrammatik baxımdan bir-birinə bağlanma qaydaları, söz sırası, prepozisiya və postpozisiya, cümlə üzvlərinin yerdəyişməsi,
iki və daha artıq cümlə, bəzən də bütöv bir ayəni təşkil edən cümlə toplusu arasındakı qrammatik və semantik əlaqələr, zahiri və batini məna, assonans, alliterasiya, superseqment vasitələr, səs tərkibi nöqteyi-nəzərindən
biri digərinə yaxın, oxşar və fərqli sözlərin mətnin həm məzmununa, həm də səslənməsinə müvafiq
olaraq seçilib cümlədə sıralanması
üsulları elə
zəngin, elə çoxcəhətli və
elə təkrarolunmazdır
ki, bütün bunlar Qurani-Kərimin bir əsər kimi insan qələminin,
bəşər qüvvəsinin
imkanı xaricində olduğu fikrini öz-özlüyündə sübuta
yetirir.
Bəzi mütəxəssislər Quranı şeir, bəziləri isə qafiyəli nəsr (səc) adlandırırlar. Quran isə,
Allah-təalanın özünün
buyurduğu kimi, şeir deyildir. Ona bütövlükdə qafiyəli
nəsr də demək olmaz. Qurani-Kərim bu ikisinin arasında olan ilahi bir nəzm
söz düzümüdür.
Onun
orijinallığı, təkrarolunmazlığı da məhz bundadır.
Şərq poetikasında, xüsusilə
ərəb ədəbiyyatşünaslığında
Quranın ecazı (təqlidolunmazlığı, bəşər
qüvvəsinin, insan zəkasının
belə bir əsər yaratmaqda
aciz olması) dedikdə Allah
kəlamının məhz bu ümdə
keyfiyyətləri və üstəlik dillə ifadə edilə
bilməyən, insan qələmindən
çıxmış bütün başqa əsərlərdə müşahidə
olunmayan ilahi gözəlliyi,
səmavi əzəməti nəzərdə tutulur.
Ecaz bir ədəbi istilah kimi yalnız Qurani-Məcidə
şamil edilir, bu baxımdan ancaq o tədqiq olunur. Digər bütün ədəbi
əsərlər, şeir nümunələri
isə ecaz yönündən deyil, sənətkarlıq xüsusiyyətləri,
forma və məzmun gözəlliyi, bədii
təsvir və ifadə vasitələri, üslubi
özəlliklər və sair cəhətdən
araşdırılır. Lakin
Qurani-Kərim ecaz yönündən nə
qədər öyrənilsə də, orada
hələ çox şey
müəmmalı qalır və yəqin ki,
həmişə müəmmalı olaraq da qalacaqdır. Quran Allah kəlamıdır. O nə şair ilhamının, nə də nasir qələminin məhsuludur. Quran
bunların hər ikisinin fövqündədir.
Şairin şeri məhəbbətin,
gözəlliyin tərənnümü, hisslərin ifadəsi,
bəşər övladının yerdən göyə
ucalmış hayqırtısı, nidası,
yalvarışı və müraciəti, zülmə,
haqsızlığa qarşı etirazı və
üsyanıdırsa, Quran Allah-təalanın
göydən yerə endirilmiş lütfü, hidayəti, şəfqət və
mərhəmətidir.
Quran ilahi kəlam
olduğu üçün
onun üslubu da ilahi üslubdur.
Elə buna görə də Quranın leksik-qrammatik xüsusiyyətləri,
üslubiyyatı, eləcə də sintaksisi
məhz bu baxımdan
araşdırılmalıdır.
Mərkəz.- 2010.- 25 noyabr.- S. 16.