«Quran və elm»
II söhbət
Müsəlman alimlərinin elmə xidməti
(əvvəli
06.10.2010)
İslam dini müsəlmanları
elmə yönəltmişdir. Müsəlmanların
elmə hörmət,
sevgi duyğusu ilə yanaşmaları islam aləmində
böyük elm adamlarının
yetişməsinə səbəb
olmuşdur. Bir çox elmlərin
təməlini məhz
müsəlman alimləri
qoymuşlar. Müsəlmanların elmdə ilham mənbəyi, şübhəsiz
ki, Qurani-Kərim və Peyğəmbər əleyhissəlamın hədisləridir.
Bir sıra kəşflərin
əsasını məhz
Quran və hədis təşkil edir. İlk buyruğu "oxu" sözü ilə başlayan bir dinin mənsubları
"... yaş və ya quru heç
bir şey yoxdur ki, Quranda
zikr edilməsin" (Ənam surəsi, ayə 59) kəlamını
özləri üçün
rəhbər tutaraq müxtəlif elm sahələrindəki
kəşf, ixtira və yeniliklərin təməlini məhz bu ayədə tapmışlar.
Qurani-Kərim Avropa alimlərinin
də etiraf etdikləri kimi, özündə insan düşüncəsinin ən
yüksək nəzəriyyə
və təlimlərini
qidalandırmağa yetəcək
qədər düşüncə
və duyğulardan meydana gələn tükənməz bir xəzinəni əhatə
edir. Qurani-Kərimin ayələri və
Peyğəmbərimizin (s.ə.s.)
hədisləri müsəlmanları
elmə, yüksəliş
və mədəniyyətə
təşviq etmiş,
bunu müsəlmanlar üçün dahi missiya saymışdır.
Elm
tarixinə nəzər yetirdikdə müsəlmanların təkcə
din elmləri sahəsində deyil, dəqiq elmlər sahəsində də mühüm işlər gördüyünün
şahidi oluruq. İslam mədəniyyətinin müasir dünyaya ən böyük hədiyyəsi və
yardımı məhz elmdir.
Müsəlmanlar ilk öncə dinin əmrlərini
daha yaxşı anlamaq
və tətbiq etmək üçün elm öyrənməyə
başlamışlar. Riyaziyyat xüms, zəkat ibadətinin və miras hüququnun, astronomiya namaz və oruc ibadətinin, coğrafiya
həcc ibadətinin, tibb yenə də namaz və oruc ibadətlərinin
tətbiqində müsəlmanlara yardımçı olmuşdur. Din elmləri
ilə ictimai elmlər və təbiət
elmləri bir-biri ilə elə qaynayıb
qarışmışdır ki, islam və elm ət və
dırnaq kimi bir-birindən ayrılmaz olmuşdur.
Bütün elmi araşdırmaların və kəşflərin
ilham qaynağı olan
Qurani-Kərimi daha yaxşı anlamaq üçün təfsir
elmi, təfsir edə bilmək üçün isə hədis elmi yaranmışdır. Dini
hökmləri açıqlayan fiqh
(müsəlman hüququ), inanc
əsaslarını açıqlayan kəlam (ilahiyyat)
və islam tarixini
aydınlaşdıran siyər elmləri
yaranmışdır.
İslam
dünyasında başda riyaziyyat
olmaqla astronomiya, biologiya, tibb, fizika, kimya, coğrafiya, tarix, fəlsəfə
və ədəbiyyat elmləri inkişaf
etmiş, bütün
dünyaya yayılmışdır. Rəqəmlərin
icadı riyaziyyatı bir elm
halına gətirmişdir. Bu elm maddi mədəniyyətin
sürətli inkişafını təmin etmişdir.
Əhəmiyyətlisi isə sıfrın kəşfi idi.
Elm və mədəniyyətin
tərəqqisində müsəlmanların xidməti çox böyük olmuşdur. Dini elmlərdəki
sürətli inkişafla yanaşı, başqa elmi və texniki sahələrdə də görkəmli
alimlər yetişmişdir. Orta əsrlərin başlanğıcında dəqiq
elmlərin inkişafında müsəlmanlar qədər xidmət
etmiş başqa bir ümmət yoxdur. Bağdad, Qahirə, Əndəlis, Səmərqənd,
Buxara, İstanbul və
s. şəhərlər islam
aləminin elm mərkəzləri olmuşdur.
Məlum olduğu
kimi, rəqəmləri avropalılara
müsəlmanlar öyrətmişlər. Bu
gün bütün
dünyanın istifadə etdiyi rəqəmlər
(sıfırdan doqquza qədər) ərəblərin
icadıdır. Avropanın bir sıra
görkəmli elm adamları etiraf edirlər ki, intibahımızın
riyaziyyat müəllimləri müsəlmanlardır.
Yalnız cəbri deyil, başqa
riyaziyyat elmlərini də Avropa
müsəlmanlardan almışdır.
Xarəzmi (təqr. 783-850) ilk cəbr kitabını "Əl-cəbr vəl-müqabələ"
adı ilə yazmış və cəbr (əl-cəbr) sözü Qərbə "algebra"
şəklində keçmişdir. "Alqoritm" istilahının özü
belə Məhəmməd bin Musa əl-Xarəzminin adı ilə
bağlıdır.
Riyaziyyat sahəsində
Avropaya müəllimlik edən müsəlman
alimlərindən biri də Bəttanidir
(858-929). O, triqonometriyanı icad edən ilk alimdir.
Sinusu tapanlar da müsəlmanlardır.
Triqonometriyaya tangens, kotangens və kosinusu Əbülvəfa
(940-998) gətirmişdir. Triqonometriyaya dair ilk ciddi
əsəri isə Azərbaycan alimi Nəsrəddin
Tusi (1201-1274) yazmışdır. Triqonometriyada dönüş
düsturu da İbn Yunisə (950-1009) aiddir.
Nyutona (1643-1727) aid
edilən binom düsturunu
cəbrə gətirən məşhur şair
və alim Ömər Xəyyamdır
(1048-1123). Diferensial hesabı da Nyutondan öncə Sabit bin Qurra
(836-901) tapmışdır. O, riyaziyyatın bir
qolu olan ədədlər
nəzəriyyəsi ilə məşğul olmuş,
natural ədədlər cütünün
yaranma qaydasını tapmışdır.
Kalkulyasiyanı da elm
aləminə ilk dəfə o gətirmişdir.
Onluq kəsr sistemini tapan, bu mövzuda ilk əsər yazan alim Qiyasəddin cəmşiddir (?-1429). Riyaziyyatda vergülü ilk dəfə işlədən də odur.
Astronomiya müsəlman
alimlərinin ən çox məşğul
olduqları elm sahələrindən biridir. İslam ölkələrinin,
demək olar ki, hər
böyük şəhərində bir rəsədxana var idi. Bu rəsədxanalarda
müsəlmanların qazandıqları nailiyyətlər elm dünyasına əsrlərcə bələdçilik
etmiş, Kopernik (1473-1543)
və Qaliley (1564-1642) kimi
bir çox Qərb
alimləri üçün ilham mənbəyi olmuşdur.
Y.Risler müsəlmanların Avropa intibahına təsirini anladarkən qeyd edir ki,
müsəlman astronomları da riyaziyyat alimləri dərəcəsində
intibahımıza təsir etmişlər.
Ulduzların yerini,
yüksəkliyini və aralarındakı məsafəni
ölçmək üçün
işlədilən "üstürlab"
(astrolyabiya) cihazını təkmilləşdirən,
onun müxtəlif növlərini yaradan məhz müsəlmanlardır. Bu sahədə ilk əsəri
islam alimi Maşallah (740-815) yazmışdır. Zərqalinin
(1029-1087) icad etdiyi yeni növ üstürlab
qeyri-adi bir cihaz idi.
Müsəlman alimləri
dünyanın kürə şəklində olduğunu,
fırlandığını avropalılardan çox
əvvəl bilirdilər. Biruni (973-təqr.1050)
yer kürəsinin (onun
təbirincə, dünyanın) həm öz
oxu ətrafında, həm də Günəşin
ətrafında fırlandığını sübut
etmişdi. Biruni yerin diametrini də
ölçməyi bacarmışdır. Dahi
alimin bununla əlaqədar
yaratdığı qanun Avropada
Biruni qanunu kimi tanındı. Hələ X əsrdə Musa qardaşları dünyanın çevrəsini
ölçmüşlər.
Fərqani (Alfraqanus)
(IX əsr) Günəşin üzərində ləkələr
olduğunu sübut etmişdir. Onun astronomiyaya dair əsərləri
Avropada 700 il dərslik
kimi istifadə olunmuşdur.
Dünyanın ən məşhur
20 astronomundan biri hesab edilən Bəttaninin
hazırladığı Sabii cədvəlləri
adlı astronomik cədvəllər Kopernik dövrünə qədər Avropada əsas olaraq qəbul
edilmişdi. Bəttani Günəş ilini (24 saniyə artıq)
hesablamışdı.
Qüdrətli hökmdar
olmasına baxmayaraq, özünü
elmə həsr edən Uluq bəy
(1394-1449) Səmərqənddə böyük
bir rəsədxana tikdirmiş,
elmi fəaliyyəti ilə dövrünün ən görkəmli astronomu olmuşdu.
Yaşadığı əsrin Ptolemeyi adlanan Əli Quşçu
(təqr.1403-1474) isə ekliptik çevrəni
(ulduzların hərəkət çevrəsini) müasir hesablamaya çox yaxın şəkildə
hesablamışdır. İlk düzgün hesablama isə
Fərqaniyə məxsusdur.
Bitruçi (XIII əsr)
planetlərin dövr etdikləri xarici mərkəzi dairələrə aid nəzəriyyəni təkzib edərək
Kopernikə yol göstərdi.
cabir bin Əflah (XII əsr) ulduzların yerlərini
və boşluqlarını ölçən azimut
cihazını alman astronomu
Regiomontandan [keniqsberqli
İohan Müllerdən (1436-1476)] 300 il əvvəl hazırlamışdı.
Bir çox islam alimi Günəş və Ay
tutulmalarını müşahidə etmişlər. Səlcuqilər
dövründə Konyada qurulan
Qaratay mədrəsəsi xüsusi
olaraq astronomiya elmi üçün təsis
edilmişdi.
(davamı gələn
sayımızda)
Mərkəz.- 2010.- 8
oktyabr.- S. 16.