Tanınmış müğənni Elxan Əhədzadə vəfat edib

 

Azərbaycanın xalq artisti Elxan Əhədzadə 62 yaşında vəfat edib. Aktyorun ailə üzvlərinin verdiyi məlumata görə, dünən səhər vəziyyəti pisləşən xalq artisti 4 nömrəli xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. E. Əhədzadə saat 05:30 radələrində xəstəxanada dünyasını dəyişib. Ailə üzvlərinin sözlərinə görə, sənətçinin mədəsində yoğun bağırsağında xora olub. Son bir ayda isə onun vəziyyəti ağırlaşıb.

Mərhumun həyat yoldaşının ANS-ə verdiyi məlumata görə, xalq artisti ilə vida mərasiminin uzun illər çalışdığı Musiqili Komediya Teatrında keçirilməsini xahiş etsələr , buna razılıq verilməyib. Mərhumla vida mərasimi Xəqani 35 ünvanında yerləşən evində olacaq. Xalq artisti Elxan Əhədzadə ata-anasının dəfn olunduğu Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Elxan Yahya oğlu Əhədzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində anadan olub. İlk sənət təhsilini 1967-ci ildə açılan Cəfər cabbarlı adına kinostudiyanın “kino aktyorukursunda Adil İskəndərovun sinfində alıb. 1969-cu ildə Rus Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb və bir çox tamaşalarda çıxış edib. R. İbrahimbəyovun “Kto pridyot v polnoç” əsərində Makedon, “Solovyinaya noçda serjant Atayevs. kimi rollar yaradıb. 1972-1977-ci illərdə İncəsənət İnstitutununMusiqili Komediya aktyoru” fakültəsini bitirib və həmin ildən də Azərbaycan Dövlət Musiqili Komediya teatrında aktyor kimi çalışıb. Bu müddət ərzində R. Hacıyevin “Mama, ya jenyus” “Kavkazskaya plemyanitsa” və “Çelovek iz Lamançi” əsərlərində baş rolları ifa edib.

Sonralar bir müddət Rəşid Behbudovun “Mahnı Teatr”ında fəaliyyət göstərib. Həmçinin, bu müddət ərzində o, kinostudiyada “Çətrimiz buludlardır” və “Üzü küləyə” filmlərində baş rollara çəkilib. O, Opera Teatrının səhnəsində də bir çox yaddaqalan obrazlar yaradıb. Ü. Hacıbəyovun “Leyli və Məcnun” əsərində Nofəl, c. BizeninKarmen” operasında Eskamin, R. MustafayevinVaqif” operasında Şah Qacar, S. Ələsgərovun “Solğun çiçəklər” əsərində Bəhram, c. VerdininRiqoletto” operasında Riqoletto, c. RossinininSevilya bərbəri”ndə Fiqaros. kimi obrazları canlandırıb.

Daha sonra Musiqili Komediya teatrında bir çox yaddaqalan obrazlar yaradıb. İ. Kalmanın “Nümunəvi qaraçı” operettasında Pali Rac, F. Leqarın “Şən dul qadın” operettasında Danil, S. Fərəcov, Ə.Əmirlinin “Səhnədə məhəbbət” operettasında Rüstəm, Q. Qarayevin “Çılğın Qaskoniyalı” əsərində Siranos. kimi rolları yüksək sənətkarlıqla ifa edib.

E.Əhədzadə respublika əhəmiyyətli dövlət tədbirlərində yaxından iştirak edib. Professional aktyor və peşəkar müğənni kimi populyarlaşan sənətçi bütün kollektivin üzvlərinin və geniş tamaşaçı kütləsinin rəğbət və məhəbbətini qazanıb.

E.Əhədzadə 2006-cı ildə Respublikanın Xalq Artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

 

 

Mərkəz.- 2010.- 9 oktyabr.- S. 11.