Berlində Uzeyir Hacıbəyovun 125 illiyi qeyd olunub

 

Berlində fəaliyyət göstərən «Azərbaycan Kültür Ocağı»nda dahi bəstəkar, Azərbaycan professional musiqisinin banisi, görkəmli ictimai xadim, musiqişünas, alim pedaqoq Üzeyir Hacıbəyovun anadan olmasının 125 illik yubileyi qeyd edilib.

Bu barədə «Mərkəz»ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Tədbiri «Azərbaycan Kültür Ocağı» Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi birgə təşkil cdib. Gecəni «Azərbaycan Kültür Ocağı»nın sədri Hakan Ciflik açaraq bu tədbirin Azərbaycan mədəniyyətinin ən önəmli səhifələrindən birinə həsr olunduğunu bildirib. Sonra «Azərbaycan Kültür Ocağı»nın üzvü Reyhan Qasımova Ü. Hacıbəyovun həyat yaradıcılığı haqqında ətraflı məlumat verib, bəzi məqamlar üzərində xüsusilə dayanaraq «Arşın mal alan» musiqili komediyasının tarixindən yaddaqalan faktlar açıqlayıb. Bu ölməz əsərin ekranlaşdırılması tarixinə dair aşkar edilmiş faktlar qonaqların böyük marağına səbəb olub. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin icraçı direktoru Samirə Patzerİsmayılova «Üzeyir dünyası» mövzusunda çıxışında bəstəkarın Azərbaycan musiqi tarixində oynadığı roldan, dünya musiqisinə gətirdiyi yeniliklərdən, Azərbaycan mədəniyyəti qarşısındakı əvəzsiz xidmətlərindən, ümumiyyətlə, Üzeyir dühasının çoxşaxəliliyindən danışıb, mohz Ü. Hacıbəyovun Şərq Qərb mədəniyyətlərinin sintezini yaratdığını vurğulayıb. Tədbirdə, həmçinin, «Azərbaycan Kültür Ocağı» nın üzvü Mənsur Merqatinin hazırladığı Ü.Hacıbəyovun həyatının müxtəlif mərhələlərini əks etdiron onun əsərlərindon ibarət fraqmentlər əsasında qurulmuş qısa film təqdim olunub, dahi bəstəkarın məşhur «Koroğlu» operasından üvertüra səsləndirilib. Gecədə Almaniyada yaşayan tarzən Cavad Mirzəyevin ifasında Azərbaycan musiqisindən parçalar da səslənib.

 

 

Səxavət

 

Mərkəz.- 2010.- 13 oktyabr.- S. 15.