«Quran və elm»
V söhbət
İbn Rüşdün görüşü
Keçmişi çox qədimlərə gedib
çıxan təfsir sahəsində XX əsrdə müstəqil
bir sahəyə çevrilən "Elmi təfsir məktəbi"
yaranmışdır. Bunun əsas səbəbi
isə XX əsrin böyük elmi kəşflər və tapıntılar əsri
olmasıdır.
Bir şeyi nəzərə
almaq lazımdır ki,
din ayrı, elm
ayrıdır. Bu sahələr bir-birindən
fərqlidir. Quranda elmi terminologiya
yoxdur. Halbuki, bugünkü elmin
öz terminologiyası
var. Elmi terminologiyasız
təsəvvür etmək
mümkün deyildir.
Pozitiv (təcrübi) elmlərin əldə etdiyi nəticələr həmişə
qəti və sürəkli deyildir, onlar zaman-zaman dəyişə bilər.
Quranın hökmləri isə
konkret və qətidir. Xristian Avropasının renessansla
birlikdə başlayan
elm-din qarşıdurması, çarpışması, daha
sonralar islam
aləminə də sirayət etmiş və bəzi dövrlərdə islam-elm
çarpışması fərziyyəsini
doğurmuşdur. İslam alimləri
bu qəbildən olan mülahizələrə,
yəni islamın tərəqqiyə mane olması
fikrinə qarşı
cavablar hazırlamışlar.
İslama qarşı edilən bu həmlələr islam alimlərini Qur'anın elmi ayələrini, Quranın
kainatla bağlı fikirlərini yenidən diqqətlə təhlil etməyə sövq etmişdir. İslam aləmində meydana
gələn islam-elm çarpışmasının əsas qaynağı müsəlmanların öz
ölkələrindən Avropa
dövlətlərinə gedib,
oradakı bu çarpışmanı öz
ölkələrinə gətirmələri
və öz ölkələrinin geriliyini
də dində axtarmaları olmuşdur.
VI söhbət
Yaradılış
Quranın özündən əvvəlki
səmavi kitablardan bir fərqi də qapısını daim elmə açıq qoyması, edilmiş və edilməkdə olan elmi kəşflərə
rəhbər olmasıdır. Allah hər
dövrün insanının
istedadına, qabiliyyətinə
uyğun bir kitab və peyğəmbər
göndərmişdir. Lakin burada bir həqiqət
var ki, səmavi
kitabların heç biri elmi pisləmir,
əksinə, onu təşviq edir.
Əsrimizin ən böyük
xəstəliyi qəbul
edilən materializm və "Allahsızlıq"
qarşısında ən
böyük qüvvənin
islam və
Quran olduğu mübahisəsizdir.
Kainatın yaradılışı. Müasir astrofizika alimləri
təbiət qanunlarından
və bu qanunların nəticələrindən
əldə etdikləri
bir sıra yeni bilgilərə əsasən, kainatın yaradılışı haqqında
müəyyən fikirlər
söyləmişlər. Bunlardan Qurana ən çox uyğun gələni Q.Qamovun
(1904-1968) fərziyyəsidir.
Q.Qamovun bu fərziyyəsinə
görə, öncə
məkanda qazlardan təşəkkül tapmış
çox böyük buludlar vardı. Qaz buludları sabit
durmayıb hərəkət
etdiklərindən, döndüklərindən
cazibə qüvvəsinin
təsiri ilə parçalanmışlar. Parçalanan bölümlər də yenə cazibə qüvvəsinin təsirilə
get-gedə sıxlaşaraq
kürəyəbənzər şəklə düşmüşlər.
Sıxılma, kəsiflik nəticəsində
içəridəki hərarət
də artmış, bu səbəbdən mərkəzdə olan hidrogen heliuma dönmüş və işıq, isti verməyə başlamışdır.
Məhz bu bölünən, parçalanan qaz kürələri, qalaktikaları,
ulduzlar və Günəş sistemini meydana gətirmişdir.
Lakin bu ilk kainat maddəsinin
necə meydana gəldiyi bilinməməkdədir
ki, bilinməməkdədir.
Bu mövzuda olan Quran ayəsinə nəzər
salaq:
"Kafirlər, göylərlə
yer bitişik bir vəziyyətdə olduqları halda bizim onları ayırdığımızı və hər bir canlını sudan yaratdığımızı
görüb düşünməzlərmi?" (Ənbiya
surəsi, 30).
Bu ayədə işlədilən
iki ərəb sözünə xüsusi
diqqət yetirmək lazımdır. Bunlardan biri
"bitişik olan şey" mənasına
gələn "rətq"
sözü, digəri
isə "bitişik
olan şeyi ayırmaq" mənasına
gələn "fətq"
sözüdür ki, bu da "rətq"
sözünün tam əksidir.
Göründüyü kimi, ayənin
mənası, məzmunu
ilə modern elmin kainatın yaradılması
arasındakı görüşü
arasında heç bir ziddiyyət yoxdur. Müasir elm də belə
hesab edir ki, mövcudat (varlıq) qazlardan mütəşəkkil bir
qüvvə idi.
Daha sonra qalaktikalara ayrıldı. Günəş sistemi də bu bölünmələr
nəticəsində meydana
çıxdı.
Müasir təfsir alimlərindən
Bərəkətzadə İsmail
bəy (1851-1918) də
özünün "Nəcaibu-Quraniyyə"
əsərində göstərir
ki, "Göylər və Yer bəzilərinin
"sədim" dedikləri
tüstüyə bənzər
bir dumandan yaradılmışdır. O, əslində tək bir maddə
ikən yarılmış,
onun yarılması nəticəsində kürə
şəklində cismlər
meydana gəlmiş, onlardan da digər
kürələr ayrılmışdır".
Müasir dövrün böyük
təfsir alimləri Seyyid Qütb (1906-1966) və Əlmalılı Həmdi Yazır (1877-1942)
da eyni fikirdədirlər. Həmdi Yazır "rətq"
və "fətq"
sözləri üzərində
duraraq ayəni belə izah edir ki, "göylər və Yer hər ikisi
bitişik bir şey idi. Allah onların aralarını
ayırdı. Bu məna ilk maddə nəzəriyyəsinə uyğun
gəldiyi kimi, Yerin Günəşdən
ayrıldığı haqdakı
son nəzəriyyəni də
ehtiva edir".
Bütün deyilənlərdən
sonra bu nəticəyə gəlirik
ki, 1400 il
bundan əvvəl nazil olmuş Quran çox əsrlər sonra modern elmlərin izah etməyə çalışdığı bu həqiqəti hələ o zaman özünəməxsus şəkildə
insanlara bildirmişdir.
Quranın bu dedikləri göylərin və Yerin yaradılışı
ilə əlaqədar
müasir nəzəriyyəyə
tamamilə uyğun gəlir. Bu nəzəriyyəyə görə, göylər,
Yer və digər bütün səmavi cismlər sədim deyilən toz və dumandan
meydana gəlmişdir.
Bu isə təxminən
4,5 və ya 5 milyard il
bundan əvvəl baş vermişdir. Həmin müddətdə isə kainatda insan izinə rast gəlmək mümkün
deyildir. Quranda göylərin
və Yer üzünün 6 gündə
yaradıldığı qeyd
olunur. Bu barədə
Əraf surəsinin
54-cü ayəsində belə
deyilir: "Rəbbiniz
o Allahdır ki, göyləri və yeri altı gündə yaratdı".
Bu ayədə işlədilən "əyyam"
sözü "yovm"
("gün") sözünün
cəm formasıdır.
Böyük islam
alimləri Rağib İsfahani (?-1010) və Qazi Beyzavi (?-1286) buradakı "yovm"un gün (24 saatlıq bir zaman) mənasında
deyil, "mütləq
zaman, vaxt" mənasında, başqa müfəssirlər isə
altı dövr, altı mərhələ,
altı zaman mənasında işləndiyini
qeyd edirlər.
Məşhur türk müfəssiri Həmdi Yazır bu mərhələləri
aşağıdakı kimi
təsnif edir: 1) maddənin toz və duman halında
olduğu dövr; 2) cismlərin təşəkkül
dövrü; 3) Yerin səmadan ayrıldığı
dövr; 4) Yer qabığının təşəkkül
dövrü; 5) həyatın
başlanğıcı ilə
bitkilərin, heyvanların
və insanın yaradılışına qədər
təkamül dövrü.
Qazi Əhməd Muxtar Paşa (1839-1919) qeyd edir ki, Yer
üzü yaradılmamışdan
əvvəl bugünkü
mənada bir gecə və bir gündüzdən ibarət gün məfhumu yox idi. Qur'anda "yovm" sözünün
"uzun bir zaman" mənasında işlədildiyi bəllidir.
Belə ki, Quranın Səcdə surəsində
Allah dərgahında Yerlə
müqayisədə min ilə
bərabər, Fussilət
surəsində isə
əlli min ilə bərabər olan bir gündən söhbət gedir.
Müasir elmlərin qəbul etdiyi Günəş, Yer və digər planetlərin hərəkəti
ilk dəfə qədim
yunanlar tərəfindən
irəli sürülsə
də, Pifaqorun (e.ə. 580-500) görüşü
kimi elm aləminə daxil olsa da,
onun elm aləminə
hakim olması XVI əsrə
aiddir və Nikolay Kopernikin (1473-1543) adı ilə bağlıdır. Kopernikdən əvvəl Ptolemeyin nəzəriyyəsi hakim idi.
Bu nəzəriyyəyə görə, Yer kürəsi kainatın ortasında sabit və hərəkətsiz
durur, digər səma cismləri isə onun ətrafında
fırlanır.
Abbasilər dövründə Ptolemeyin bu nəzəriyyəsi
yunan dilindən ərəb dilinə tərcümə edilmiş
əsərlər vasitəsilə
müsəlman dünyasına
keçmiş, islam aləmində böyük nüfuz qazanmış, sonralar isə Siciliya və Əndəlis vasitəsilə Avropaya keçərək orada da uzun müddət
öz təsirini göstərmişdir. XVI əsrə
qədər Aristotel və Ptolemeyin fikirləri islam dünyasında "elmi bir görüş" olaraq qəbul edilmiş, müsəlman alimləri sosial təzyiqin təsirinə məruz qalaraq Quran ayələrini bu görüşə uyğun
olaraq təfsir etmişlər ki, bunun da ən
məşhur nümayəndəsi
böyük müfəssir
Fəxrəddin Razidir.
Bununla yanaşı, təxminən
həmin dövrlərdə
İmam Qəzali
"Ayın tutulmasının
səbəbi Yerin Ayla Günəş arasına girməsidir"
("Təhafütul-fəlasifə",
s.80) deməklə, dolayı
yolla olsa da, Yer kürəsinin
hərəkət etməsi
fikrini söyləmişdir.
Quran ayələrinin bugünkü
anlayışla təfsir
edilməsi isə Kopernik sisteminin elmi bir nəzəriyyə
olaraq islam
aləmində qəbul
edilməsindən sonra
başlanmışdır.
Mərkəz.- 2010.- 15 oktyabr.- S. 16.