Quran və elm»
V söhbət
İbn Rüşdün görüşü
Allah-təala
Nəml surəsinin 88-ci ayəsində buyurur:
"Sən dağları görür,
onları hərəkətsiz və sabit
sanırsan, halbuki onlar
buludların keçdiyi kimi
keçib gedərlər".
Bəzi
müfəssirlər bu ayənin Yer kürəsinin fırlanmasına işarə
etdiyi fikrini söyləmişlər.
Qurani-Kərimdə
Günəş, Ay və Yerin
hərəkət etməsinə Yasin surəsinin
38-40-cı ayələrində də işarə olunmuşdur: "Günəş də
(qüdrət əlamətlərimizdən biri
kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edir. Bu, yenilməz qüdrət
sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli
hökmüdür)" (38). "Biz ay üçün
də mənzillər müəyyən etdik.
Nəhayət, o (həmin mənzilləri
başa vurduqdan sonra) dönüb xurma ağacının quruyub
əyilmiş köhnə budağı kimi
(hilal şəklində) olar"
(39). "Nə Günəş aya çatar (yetişər), nə də gecə
gündüzü ötə bilər.
(Günəş, ay və ulduzların) hər
biri (özünə məxsus) bir göydə (öz hədəqəsində,
öz dairəsində) üzər"
(40).
Ayələr
Günəşin müəyyən bir zamana qədər müəyyən bir yerdə (orbitdə) hərəkət etdiyini müasir elmə müvafiq olaraq bəyan edir. Hazırda, məlum olduğu
kimi, Günəş öz
sistemi ilə birlikdə saniyədə 19 km-lik bir sürətlə
trayektoriya etməkdədir. Bundan əlavə, Yasin surəsinin
40-cı ayəsində "Onların hamısı bir fələkdə (orbitdə) üzər"
deməklə, Allah-təala Günəş, Ay
və Yerin hamısının özünəməxsus
trayektoriyasında olduğunu bildirir. Yenə orada
"Gecə də gündüzü ötüb keçə bilməz", - deməklə,
Allah-təala Yerin də hərəkət
etdiyini bildirir. Müasir təfsir alimlərindən Məraği
(XIX əsrin sonu-XX əsrin ortaları) bu ayələrdə Günəş, Yer və Ayın hərəkətlərini qeyd etdikdən sonra belə
deyir: "Günəşin iki cür hərəkəti
vardır. Biri odur ki,
Günəş öz mehvəri (oxu) ətrafında hər 26 gündə bir dolanır. İkincisi
isə odur ki, Günəş
öz sistemi ilə (ulduzlar, səyyarələr və onların
peykləri ilə birlikdə) saniyədə təqribən iki mil sürətlə
qalaktikanın, yəni ulduzlar toplusunun mərkəzi ətrafında hərəkət
edir, fırlanır. Və bu
Günəş ulduzlar topluluğunu
əmələ gətirən milyardlarla ulduzlardan, sadəcə, biridir".
Bəzi
Quran düşmənləri belə hesab edirlər ki, dahi bir insan
olan Həzrəti Muhəmməd (s.ə.s)
bu fikirləri miladdan
öncə VI əsrdə yaşamış Pifaqordan
əxz etmişdir. Lakin
görkəmli fransız alim Moris Bucal onlara
belə cavab vermişdir:
"Belə bir fərziyyə irəli
sürülərkən o dahi
filosofların fəlsəfi mühakiməyə istinad edən düşüncələrinin
digər yönləri, onların əsərlərində
müşahidə olunan böyük
xətalar unudulur. Unutmaq olmaz
ki, pifaqorçular
Günəşin fəzada sabit olduğu fikrini müdafiə
edərək, Günəşi aləmin (kainatın) mərkəzi
hesab etmiş və
kainatın ancaq Günəş ətrafında
fırlandığını, dövr etdiyini təsəvvür etmişlər".
Göründüyü kimi, bəşəri düşüncə məhsulu
olan bu əsərlərdəki
bu cür xətaları
biz heç zaman unutmamalıyıq. Həmin əsərləri
Qurandan ayıran yeganə nöqtə də
onların bu xüsusiyyətləridir.
Beləliklə,
Quranda elmlə bağlı, kainat, səma cismləri ilə əlaqədar
çoxlu fikirlər mövcuddur.
Və onların heç biri
müasir elmi biliklərlə
ziddiyyət təşkil etmir. Bunun özü Quranın Allah kəlamı olduğunu,
bəşər düşüncəsinin məhsulu
olmadığını bir daha təsdiq edir.
VII söhbət
Kainatdakı
ahəng və cazibə qanunu
Bu ucsuz-bucaqsız kainata
ibrət nəzəri ilə baxan hər bir insan Allahın bütün yaradılmışlar, bütün məxluqat üçün
müəyyən bir nizam-intizam,
müvazinət, ahəng yaratdığının şahidi olur. Qurani-Kərim
bu ahəng və nizam-intizam
barəsində hələ 14 əsr bundan
əvvəl xəbər vermiş, lakin o, məşhur ingilis fiziki İsaak Nyutonun ümumi cazibə qanununu kəşf
edənə qədər anlaşılmaz qalmışdır. Nyuton qeyd etdi
ki, ümumi cazibə qanununa əsasən, göy
cismlərinin qüvvətlisi zəifini özünə tərəf
çəkib üstünə düşürmək istəyir.
Zəif olanı isə özünü
qüvvətlinin üzərinə düşməkdən hərəkət
etməklə, fırlanmaqla qurtarır. Beləliklə, göy cismləri ilahi əmrə
tabedir, onlar özlərinə
əmr olunan işi
davamlı surətdə yerinə yetirməyə məcburdurlar.
Məsələn, Yer kürəsi Günəşin
cazibəsindən qurtarmaq, yəni onun üzərinə düşməmək üçün günlük
və illik hərəkət etmə,
fırlanma əməliyyatına keçməyə məcburdur.
Kainatda hakim olan nizam-intizama işarə
edən bəzi ayələrə nəzər salaq:
Hicr surəsi, ayə 21. Ayədə
belə buyurulur: "Elə bir şey yoxdur
ki, onun xəzinələri
Bizim yanımızda olmasın. Ancaq Biz onu
müəyyən bir miqdarla
endiririk".
Digər
bir ayədə (Rəd surəsi, 8) Allah buyurur: "Onun (Allahın) dərgahında hər şey müəyyən ölçüyə
tabedir".
Əhzab
surəsində deyilir (ayə 62):
"Allahın qanununu dəyişdirmək
üçün bir imkan tapa bilməzsiniz".
Fəth
surəsində deyilir (ayə 23):
"Allahın qanununda heç
bir dəyişiklik (sapma)
tapa bilməzsən".
Göründüyü kimi, Allah-təala kainatda hər
bir şeyi müəyyən
bir ölçü
ilə yaratmışdır. Məxluqata,
yaradılmışlara aid olan
bu ilahi qanun (sünnətillah) heç
bir zaman dəyişməz.
Bu qanunlardan bəzilərinə
nəzər salaq. Məlum olduğu
kimi, tənəffüs etdiyimiz
havanın 21 faizini oksigen,
78 faizini isə azot təşkil
edir. Əgər havadakı oksigenin nisbəti yüzdə əlliyə dəyişsə,
dünyada mövcud olan hər bir şey bir
qığılcımla alışıb yanar.
Hər bir canlı tənəffüs
edərkən oksigen qazını alıb karbon qazını buraxır, karbon
qazı isə bitkinin
varlığını qoruyub saxlayır. Əgər
belə olmasaydı, yəni biz oksigeni alıb bitkilərin həyatı üçün zəruri olan
karbonu buraxmasaydıq, bitkilər quruyub məhv olardı.
Günəşin
şüaları ilə bitkilərin böyüməsi
arasında müəyyən bir qanunauyğunluq vardır. Əgər bu qanunauyğunluq
olmasaydı, bitkilər, eləcə də bütün
canlılar məhv olub gedərdi.
Göründüyü kimi, kainatda mövcud olan bu nizam-intizam, bu həmahənglik təsadüfi deyil, sistem xarakteri
daşıyan qanunauyğunluqdur.
Ümumi cazibə qanunu
ilə bağlı olan ayələrə
nəzər salaq:
Rəd
surəsinin 2-ci ayəsində Allah-təala buyurur:
"Allah göyləri görə biləcəyiniz
dirəklər olmadan yaratdı".
Loğman surəsi, ayə 10:
"O,
göyləri görünən dirəklər olmadan
yaratdı".
Yuxarıdakı
ayələrdə "görə biləcəyiniz dirəklər
olmadan" ifadəsi cazibə qanununa açıq-aydın işarədir.
VIII söhbət
Kosmosun (fəzanın) fəthi
Quranda
kosmosun fəthi ilə bağlı ayələr
XX əsrə qədər anlaşılmamış, yalnız
Yerin ilk süni peyki kosmosa buraxılandan (4 oktyabr
1957) və 1961-ci ildə ilk kosmonavt Yuri Qaqarin kosmosa qalxandan, kosmik tədqiqatlar
başlayandan sonra
anlaşılmağa başlanmışdır. Bu ayələrdən bəzilərini nəzərinizə
çatdırırıq:
Rəhman
surəsi, ayə 33:
"Ey insanlar və cinlər. Əgər
göylərin və yerin ətrafından
kənara çıxmağa gücünüz
çatarsa, çıxın. (Lakin Allahın verəcəyi) bir
qüvvə olmadıqca əsla çıxa bilməzsiniz".
Ənam
surəsi, ayə 125:
"Allah hidayətə qovuşdurmaq
istədiyi kimsənin köksünü islam üçün açar. Zəlalətə salmaq
istədiyi kimsənin qəlbini isə elə daraldar
(şərtləndirər) ki, iman ona göyə
çıxmaq qədər zor gələr".
Bu və bu məzmunda
olan ayələrə müraciət edən
alimlər, təfsirçilər burada
insanın kosmosa çıxa biləcəyinə,
Aya, ulduzlara və digər
planetlərə yetişə biləcəyinə işarə
olunduğunu qeyd edirlər.
Sənətinə ağıllıların heyran
qaldığı Allah nə qədər
ucadır! Qüdrəti qarşısında ən böyük alimlərin belə aciz qaldığı qadir
Allah nə qədər uludur!
Mərkəz.- 2010.- 16 oktyabr.- S. 16.