«Quran və elm»
IX söhbət
Kainatın
genişlənməsi
Kainatın
genişlənməsi müasir elmin ən böyük kəşflərindən,
tapıntılarından biridir. Kainatın
genişlənməsi hadisəsi Albert Eynşteynin nisbilik nəzəriyyəsinə
istinad edir. Belə ki, böyük
fizik Edvin Nuble digər qalaktikaların, Günəş sistemimizin də daxil olduğu bizim qalaktikadan, həmçinin, eyni
bir qalaktikada olan ulduzların bir-birindən
uzaqlaşdıqlarını kəşf etmiş,
belçikalı astronom Abbe
Lematre də bu kəşfə
əsasən kainatın genişlənməsi nəzəriyyəsini
irəli sürmüşdür. Məhz bu nəzəriyyədən
çıxış edərək, müasir
təfsirçilər Qurani-Kərimdə buna
işarə edildiyini qeyd
etmişlər. Allah-təala Zariyat surəsinin
47-ci ayəsində buyurur: "Səmanı
öz gücümüzlə (qüdrətimizlə)
Biz yaratdıq və Biz
onu genişləndirməkdəyik".
Ayədə
"genişləndirmək" mənasında olan "musiun" sözü qrammatik
baxımdan elə bir tərzdə işlənmişdir
ki, o, bir
tərəfdən kainatın genişliyinə, digər tərəfdən
isə onun mütəmadi olaraq
böyüyəcəyinə və genişlənəcəyinə
işarə etməkdədir. Kainatın genişlənməsi
məsələsinə gəlincə, müasir
astronomlar iri
teleskopların köməyi ilə bunu
müşahidə edirlər. Onlar qalaktikaların müntəzəm bir
hərəkətə malik
olduqlarını müşahidə etmiş,
öz növbəsində, bundan qalaktikaların və hər hansı bir qalaktika daxilində olan ulduz topalarının
həm Günəş sistemimizdən, həm də bir-birlərindən
uzaqlaşması nəticəsini çıxarmışlar.
Bu əsasa görə, kainat
hərəkətsiz deyil, sabun
köpüyü, yaxud
balonun genişlənməsi kimi bir genişlənmə
vəziyyətindədir. Lakin bu prosesdə maddi cismlər
öz həcmlərini mühafizə etməkdədir.
X söhbət
Nisbilik nəzəriyyəsi və Qurani-Kərim
Nisbilik nəzəriyyəsi, məlum olduğu kimi, XX əsrin böyük alimi Eynşteynin adı ilə bağlıdır.
Eynşteynə görə, kainatda hər
şey nisbidir. Zaman özü belə nisbidir. Biz saat və təqvimlə həyatımız
arasında bir əlaqə quraraq,
zamanı müəyyən bir məfhum
halına gətirmişik. Əslində isə saatla və təqvimlə müəyyən
edilən zaman kəsikləri (müddət,
vaxt) Allah-təalanın
yaradılmışlar üçün
müəyyən etdiyi ilahi
qanun və əmr deyildir.
Bütün saatlar insan oğlu tərəfindən tabe
olduğumuz Günəş sisteminə
görə müəyyənləşdirilmişdir. Əslində,
bir saatlıq zaman dediyimiz vaxt (müddət)
göyün görünüşdəki
gündəlik dönüşünün
14 dərəcəlik bir yayıdır.
Gün (sutka) dediyimiz zaman fasiləsi Yerin öz oxu
ətrafında bir dəfə dövr etməsinin ölçülməsidir.
İl dediyimiz zaman, müddət Yerin
Günəş ətrafında bir dəfə
fırlanmasının ölçülməsidir. Lakin Merkuridə
yaşayan birisi üçün zaman məfhumu
tam başqa cür olardı. Çünki
Merkurinin həm öz
oxu ətrafında, həm də Günəş
ətrafında bir dəfə dövr etməsi bizim
günümüzlə (sutkamızla) ölçüldükdə
88 gündə bitir. Beləliklə,
Merkuridə il və gün
müddət, vaxt baxımından eynidir.
Zaman məfhumu dünyanın
özündə belə nisbidir. Məsələn, hər hansı bir
şəxs saatda 12 mil
sürətlə üzən bir gəmidə
göyərtə boyunca saatda
3 mil sürətlə irəli
yürüsə, həmin şəxsin dənizə görə
sürəti saatda 15 mildir.
Əgər həmin şəxs bu sürətlə
geriyə doğru yürüsə, onun dənizə görə sürəti saatda 9 mildir. Göründüyü kimi,
bu duruma görə zaman nisbidir.
Qur'anda zamanın nisbiliyi
haqqında üç açıq-aşkar
ayə mövcuddur.
Həcc
surəsi, ayə 47: "Səndən əzabın tez gəlməsini istərlər. Allah vədindən dönməz. Rəbbinin dərgahında
olan bir gün sizin
saydığınızın (hesabladığınız
vaxtın) min ili kimidir".
Səcdə
surəsi, ayə 5: "O, göydən yerə qədər olan bütün işləri
idarə edir. Sonra (həmin
işlər) sizin
saydığınızın (dünya ilinin) min ilinə bərabər
olan bir gündə Ona (Allah dərgahına)
yüksələr".
Məaric
surəsi, ayə 4: "Mələklər və ruh Ona (Allah
dərgahına) miqdarı əlli min olan bir gündə
çıxar".
Bir çox islam alimi bu
ayələrin həqiqi mənası ilə yanaşı,
onların həm də zamanın nisbiliyinə işarə etdiyini qeyd etmişdir.
Bəzi
təfsirçilər merac hadisəsini izah edərək, burada
zamanın nisbiliyinə işarə olduğunu
bildirmiş, merac
zamanı bəsti-zaman, yəni zaman
içərisində zaman meydana
gəldiyini bildirmişlər. Keçən əsrin məşhur
Quran mütəxəssislərindən Əbdürrəzzaq
Nofəl Eynşteynin nisbilik
nəzəriyyəsini qəbul etməkdə və yuxarıda
misal gətirdiyimiz ayələri bu nəzəriyyəyə görə
açıqlamaqdadır. O göstərir ki,
Napoleonun müharibələri I Dünya müharibəsindən, I Dünya müharibəsi II Dünya
müharibəsindən əvvəl olmuşdur.
Belə bir vəziyyət Yer
kürəsində yaşayan insanlara görədir. Lakin
dünyamızın xaricində zamanın nisbiliyinə görə,
bu durum bunun tam əksinə də
ola bilər.
Məaric surəsində bəyan edildiyi kimi, Allah dərgahında olan bir günün Yerdəki bir günlə müqayisədə 50 min ilə bərabər olduğunu
nəzərə alsaq, məlum olur ki, ilahi
aləmin (ilahi nurun)
sürəti bəşər aləminin ən yüksək
sürət
olaraq qəbul etdiyi
işıq sürətindən qat-qat
artıqdır.
Müasir astronomiya
elminə görə, bizim qalaktikamız
ortası kənarlarından daha şişkin olan bir disk (çevrə)
şəklindədir, orada milyonlarla
ulduz vardır və Günəş də
bu ulduzlardan biridir. Disk şəklində
olan qalaktikamız öz
oxu ətrafında Günəşlə
birlikdə 25 milyon il ərzində
bir dəfə dövr
edir. Günəş isə bu hərəkət əsnasında saniyədə
25 kilometrlik bir yer dəyişir. Günəşlə qalaktika mərkəzi arasındakı məsafə,
1917-ci ildə aparılmış hesablamaya
görə, 10 kiloparsek, yəni 300 trilyard kilometrdir.
Ay isə, məlum olduğu kimi, bizim Yer kürəsinin bir peykidir. Ay
peyki olduğu Yer ətrafında 29 gündə bir dövr edir.
Ayın orbitinin Yerin mərkəzindən
uzaqlığı təqribən 384 min kilometrdir.
Ayın Yer ətrafındakı
hərəkətinə, dövrünə əsasən, Qəməri
təqvim deyilən Ay təqvimi
yaradılmışdır ki, bu gün müsəlman
ölkələrinin çoxu, xüsusilə
ərəb ölkələri həmin təqvimdən istifadə
edir. Ay təqvimi
ilə il 355 gündür.
Bizim istifadə etdiyimiz
bugünkü təqvim isə Yerin Günəş ətrafında bir dəfə dövr etməsinə
əsaslanır ki, bu da 365 gündə tamam olur. Buna Günəş təqvimi
deyilir.
Yerin yuvarlaqlığı və gecə
ilə gündüzün bir-birini
təqib etməsi (bir-birinin ardınca gəlməsi).
Quranın müxtəlif surələrində gecə və gündüzün bir-birini
təqib etməsinə işarə vardır. Bu təbii hadisəyə Ə'raf surəsinin 54-cü, Yasin
surəsinin 37-ci, Loğman surəsinin
29-cu, Zumər surəsinin 5-ci ayəsində işarə edilmişdir. İlk
baxışda adi görünən bu fəza hadisəsinin səbəbi, görəsən,
nədir? Amerika və əski sovet
kosmonavtlarının Yerdən çox uzaq kosmik gəmilərdən
apardıqları müşahidə və çəkdikləri
fotoşəkillərdən aydın olur ki, Günəş Yer
kürəsinin özünə baxan,
özünə tərəf olan bir yarımkürəsini
işıqlandırır, özünə tərəf baxmayan o biri
yarımkürəsi isə qaranlıqda qalır. Yer kürəsi öz oxu ətrafında 24 saatda
bir dövr etdiyi üçün bu zaman fırlanma əsnasında
Günəşə tərəf baxan o biri yarımkürə də
işıqlanmaqdadır.
Mərkəz.- 2010.- 19 oktyabr.- S. 16.