«Quran və elm»
X söhbət
Nisbilik nəzəriyyəsi və Qurani-Kərim
Dünyamızın
yuvarlaq şəkildə olmasına gəlincə
isə, qeyd etməliyik ki,
Yerin kürə şəklində
olması fikrini müsəlman alimləri
avropalılardan çox-çox əvvəl
irəli sürmüşlər.
Müsəlman alimləri Yerin
kürə şəklində olmasını Avropada
ilk dəfə söyləyənlərdən
biri olan Xristofor Kolumbdan (1451-1506) və
məşhur dünya səyahətçisi
Magellandan (1480-1521) əsrlərlə qabaq söyləmişlər. Öncə qeyd etdiyimiz kimi, bu fikri
1111-ci ildə vəfat etmiş İmam Qəzali söyləmiş,
hətta Ayın və Günəşin tutulması hadisəsini
bugünkü elmi
anlayışa uyğun şəkildə izah etmişdir. Ondan sonra Fəxrəddin Razi də özünün
məşhur Quran təfsirində, həmçinin,
Qazi Beyzavi də bu fikri müdafiə
etmişlər. Təbii ki, İmam Qəzali bu fikri irəli sürərkən, ondan sonra gələn
müsəlman alimləri həmin fikri
müdafiə edərkən yenə də Qurana
istinad etmişlər. Quranın Naziat surəsinin 30-cu ayəsində bu məsələyə açıqca toxunulmuşdur.
Allah-təala
həmin ayədə buyurur: "Bundan sonra O, yer üzünü
döşəyib (yayıb) düzəltdi".
Ayədə
işlənən "dəha", "dəhv" sözünün, həqiqətən,
"döşəmək", "yayıb düzəltmək"
mənası vardır. Lakin "dəhv"
sözünün bir
mənası da "dəvəquşu
yumurtası" deməkdir. Bundan çıxış edən bəzi sonrakı islam alimləri, o cümlədən,
1561-ci ildə vəfat etmiş məşhur
türk alimi Qarahisari Mustafa bin Şəmsəddin dünyanın bir dəvəquşu yumurtası kimi, yəni tam yuvarlaq deyil, naqis yuvarlaq, daha doğrusu, ellips şəklində olduğu
fikrini söyləmişdir ki, bu, müasir astronomik fikrə
çox uyğun gəlir.
Göründüyü kimi,
Qurani-Kərim bu məsələdə də
müasir elmi səviyyədə
durur. Bu cür dərin elmi məsələləri
ehtiva edən Kitab, sözün həqiqi mənasında, Allah kəlamı deyilmi?!
XI söhbət
Quran və biologiya. həyatın
mənbəyi
Həyatın
mənbəyi məsələsi insanı həmişə həm
özü baxımından, həm də onu əhatə edən digər canlılar
baxımından maraqlandırmış, düşündürmüşdür.
Müasir elmi tədqiqatlara
görə, Yer üzündə həyatın
əmələ gəlməsindən öncə ilk üzvi maddələrin
təşəkkülündə enerji
qaynağının əsasını ultrabənövşəyi
şüalar təşkil etmişdir.
Bununla yanaşı, ilk
ibtidai canlıların ultrabənövşəyi
şüalardan üzvi
maddələrin emalı üçün
istifadə etməyə qadir
olmadıqları güman edilməkdədir.
O dövrlərdə ultrabənövşəyi şüalanma (radiasiya) o dərəcədə qüvvətli idi ki, buna
məruz qalan bütün
canlılar məhv olurdu. Bu
şüalardan ancaq su altında gizlənməklə qorunmaq mümkün idi. Məhz buna görə
də, həyat ilk öncə suda başlanmışdır.
Qurani-Kərim
həyatın mənbəyi məsələsinə ümumi şəkildə toxunmuş
və onun mənbəyinin su
olduğunu bəyan etmişdir.
Ənbiya surəsinin 30-cu ayəsində Allah-təala buyurur: "Məgər kafirlər görmədilərmi
ki, göylərlə yer
bir idi? Biz onları ayırdıq və hər şeyi sudan
yaratdıq".
Nur surəsi, ayə 45:
"Allah hər canlını sudan yaratdı".
Dünyada olan hər bir canlı həm mövcudluğunu, həm də həyatını davam etdirmək üçün
suya ehtiyac hiss etməkdədir.
Bəzi təfsirçilər "Biz hər bir canlını
sudan yaratdıq" ayəsində su deyildikdə nütfə (sperma) nəzərdə tutulduğunu qeyd edirlər. Lakin burada "heyvan"
dedikdə bütün
canlılar, o cümlədən,
bitkilər də nəzərdə tutulur və buradan da suyun təkcə
heyvanat aləmi üçün deyil, həm də nəbatat aləmi, yəni bitkilər üçün həyat mənbəyi olması öz-özlüyündə zahirə
çıxır. Son zamanlarda suyun ən mühüm ünsürünü təşkil
edən hidrogenin bütün ünsürlərin
əsası kimi qəbul edilməsi baxımından, Quranın
bu xatırlatmasının
daha geniş bir həqiqətə işarə etdiyi aydındır.
XX əsrin görkəmli alimləri belə hesab edirlər ki, Yer üzündəki
hər bir canlı ilk dəfə dənizdə yaradılmış,
bütün quşların,
sürünənlərin, hətta
quruda yaşayan heyvanların ilk əcdadları
dənizdə yaradılmışdır. Bu canlılar
uzun müddətdən
sonra müxtəlif növlərə, qruplara ayrılmışlar.
Beləliklə, yuxarıdakı ayələrdən məlum
olur ki, bitkilər də daxil olmaqla, bütün canlılar sudan yaradılmışdır.
Quranda buyurulduğu kimi,
cismlərdə ayrılma
əmələ gəlmiş,
yerlə göy bir-birindən ayrılmışdır. Yer öz-özünə işıq saçan bir cism olmuşdur.
O zaman kimyaçıların
oksigen dedikləri su maddəsi özündəki istiliklə
Yer kürəsindən
buxarlanaraq yuxarı qalxır, hava boşluğundakı soyuqluq
onu suya çevirdikdən sonra o, öz ağırlığından
dolayı yerə enirdi. Belə bir vəziyyət
təkrar oluna-oluna, nəhayət ki, bitkilər, heyvanlar və bütün canlılar zühur etdi. Ənbiya sürəsində işarə edildiyi kimi, yerlə göy bir-birindən ayrıldıqdan sonra hər şey su ilə həyat
tapdı. Sürəkli
və davamlı həyata gəldikdə isə, Allah-təala bu barədə Həcc surəsinin 5-ci ayəsində belə buyurur: "Sən yer üzünü qupquru görürsən.
Biz onun üzərinə
su endirən kimi o hərəkətə
gəlib qabarar və hər növ gözəl (meyvədən, bitkidən)
bar gətirər".
Həyatın sudan
canlandığı, hər
canlı hüceyrənin
əsasını suyun
təşkil etdiyi, susuz heç bir həyatın mümkün olmadığı
bugünkü elm tərəfindən
sübuta yetirilmişdir.
Müasir elm sübut edir
ki, ən qədim canlılar bitkilərdir. Birinci geoloji
dövrdən qalma ən qədim bitkilər isə su yosunlarıdır.
Ən qədim heyvan növlərinin də okeanlarda, dənizlərdə
yaşadığı məlumdur.
XII söhbət
İnsanın torpaqdan yaradılması
Qurani-Kərim insanın torpaqdan yaradılmasını
xəbər verməkdədir. Quranın bildirdiyi bu həqiqət onun nazil olmasından çox əsrlər sonra sübuta yetirilmişdir. Bu isə bir daha,
öz növbəsində,
Quranın Allah kəlamı
olmasına dəlalət
edir. İnsanın
torpaqdan yaradılması
haqqında bir neçə Quran ayəsinə
nəzər salaq:
1. Ən'am surəsi, ayə 2:
"Sizi palçıqdan yaradan, sonra da (sizin üçün)
bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur (Allahdır)".
2. Rəhman surəsi, ayə 14:
"(Allah) insanı saxsı kimi quru palçıqdan
yaratdı".
3. Həcc surəsi, ayə 5:
"Ey insanlar! Öləndən sonra diriləcəyinizə
şübhəniz varsa,
(ilk yaradılışınızı yada salın). Həqiqətən, Biz sizi torpaqdan
yaratdıq".
Quranda bu haqda bir çox ayə mövcuddur. Allahın Kitabında bəzən insanın "səlsal",
bəzən də
"tin"dən yarandığı
qeyd olunur. "Səlsal" quru palçıq,
"tin" isə, ümumiyyətlə,
palçıq deməkdir
ki, onların da hər ikisi
torpaqdır.
Yaxın zamanlara qədər
bu Quran ayələrinin
ifadə etdiyi uca məna insanlar
tərəfindən tamamilə
anlaşıla bilmirdi. Yalnız bunu deməklə kifayətlənilirdi ki, insanın torpaqdan yaradılışı o deməkdir
ki, rüşeymin təşəkkül tapdığı
kişi və qadın nütfəsi torpaqdan meydana gəlmişdir.
Lakin çağdaş elmlər
sübut etmişdir ki, insan bu
dərin yerin, torpağın ehtiva etdiyi ünsürlərdən
əmələ gəlmişdir. Karbon, oksigen,
hidrogen, fosfor, kükürd, azot, kalsium, maqnezium, dəmir, marqans, mis, yod, flor,
kobalt, sink, silisium, alüminium insan orqanizmini vücuda gətirən elementlərdir.
Torpağı əmələ gətirən
ünsürlər də
elə bunlardır.
Bunların miqdarı, nisbəti
insandan insana (bədəndən bədənə),
torpaqdan torpağa dəyişsə də, yenə də onların əsasını
həmin elementlər təşkil edir.
Mərkəz.- 2010.- 20 oktyabr.- S. 16.