«Quran və elm»
XII söhbət
İnsanın
torpaqdan yaradılması
Böyük islam alimi Seyyid Qütb
Həcc surəsinin 5-ci ayəsini - "Həqiqətən, Biz sizi torpaqdan
yaratdıq" - təfsir edərkən bu
həqiqəti belə bəyan edir: "İnsan bu torpağın
balasıdır. Torpaqdan doğulmuş,
torpaqdan meydana gəlmiş
və torpaqda yaşamışdır. Onun bədənindəki bütün
ünsürlərin əsli torpaqdandır və torpaq ananın ünsürlərindən meydana gəlmişdir. Allahım! Sadəcə
olaraq, Sənin o torpağa (insana - V.M.) verdiyin bilinməz sirr və
üflədiyin anlaşılmaz nəfəs sayəsində bu torpaqla insan
bir-birindən ayrılmışdır. Amma
yenə də insan torpaqdan
meydana gəlmişdir. Onun
əsası, özülü, skeleti bütün
varlığını torpaqdan
almaqdadır".
Göründüyü kimi, insan, Allah-təalanın,
ayağı torpaqda qərar tutan, qəlbi, ruhu isə əngin
səmalarda qanad çalan
əsrarəngiz bir məxluqudur. Bu, ağlın dərk etmədiyi,
qavramadığı, dərinliyi və hüdudları
ölçülməz müdhiş bir dəyişmədir. Buradan
aşağıdakı elmi nəticə
çıxır: insan deyilən məxluq
əsli etibarilə torpaqdan təşəkkül
tapan kişi və qadın
nütfəsinin birləşməsindən əmələ gəlir.
İlk insan və
peyğəmbər olan Həzrəti Adəm
Allahın iradəsi ilə torpaqdan xəlq
olunmuş, onun nəslindən
olan insanlar isə əsli
torpaqdan təşəkkül tapan nütfədən yaradılmış və
yaradılmaqdadırlar.
İnsan meymundan, yoxsa meymun insandan əmələ gəlmişdir? İngilis alimi Çarlz
Darvin (1809-1882) göstərir
ki, meymun və insan ümumi
bir mənşədən
(əcdaddan) yaranan və bir-birinə qohum olan məxluqdur.
Lakin müasir paleontoloji tədqiqatlar bu fikri rədd edir. Bu tədqiqatlara
görə [məsələn,
N.Kleynenberq (1842-1898)], ilk əcdad
nə indiki meymunlara, nə də indiki insanlara oxşar olmamışdır. Bunlara bəzi
alimlər insanabənzər
meymunlar, bəziləri
isə meymunabənzər
insanlar adı vermişlər. Darvin insanların
əmələ gəldikləri
əcdadın daha çox meymunlara oxşar olduğunu hesab etmiş və beləliklə, insanın təkamül yolu ilə meymundan
əmələ gəlməsi
fikrini irəli sürmüşdür. Lakin Darvinin
bu fikri çox subyektivdir və məhz buna görə də, öz dövrünün bir çox alimləri bu fikirlə nəinki razılaşmamış,
hətta ona etiraz etmişlər.
Alman mikrobioloqu Robert Kox
(1843-1910) Darvin nəzəriyyəsinin
mükəmməl olmadığını
əsaslandırır və
burada insanın daxili aləminin nəzərə alınmadığını
qeyd edir. Digər alman alimləri Vestenqofer və Kleynşmidt müqayisəli
anatomik dəlillər
əsasında, məsələn,
böyrəyin quruluşuna
görə insanın
meymundan və ya onların əcdadlarından əmələ
gələ bilməsinin
qeyri-mümkünlüyünü sübut etmişlər.
İnsanın meymundan əmələ gəlməsi
haqqındakı Darvin
nəzəriyyəsi şüurlu
şəkildə yalnız
keçmiş kommunist
ideologiyalı dövlətlərdə
orta və ali məktəblərdə
tədris olunmuşdur
ki, bunun da əsl səbəbi
bu dövlətin yürütdüyü ateizm
siyasətidir. Elmin sürətlə
inkişaf etdiyi ölkələrdə insanın
meymundan əmələ
gəlməsi nəzəriyyəsi
qəbul edilməmişdir.
ABŞ-da bu
nəzəriyyənin təbliği
və tədrisi dövlət qanunu ilə qadağan edilmişdir. Məşhur Amerika paleontoloqu N. Osborn
(1857-1935) hesab etmişdir
ki, insanın əmələ gəlməsi
heç vaxt insanlarabənzər meymunlarla
bağlı olmamışdır.
Biz söhbətlərimizdə
qeyd etmişdik ki, ilk insan Allahın
iradəsi ilə torpaqdan yaranmış, sonrakı insanlar isə cansız materialdan deyil, bir-birindən, yəni kişi və
qadının nütfəsinin
(spermasının) birləşməsi
(mayalanması) nəticəsində
əmələ gəlmişlər.
İnsan
rüşeymi necə
əmələ gəlir?
Avropa alimləri XVII əsrdə
belə hesab edirdilər ki, insan rüşeymi yalnız kişinin nütfəsindən yaranmışdır.
Onların fikrincə, kişinin
nüftəsində insanın
bütün orqanları
(bədən üzvləri)
hazır şəkildə
mövcuddur. Sonrakı inkişaf
dövründə yalnız
bu orqanların böyüməsi prosesi gedir.
XVIII əsrdə mikroskopun köməyi ilə qadınlarda yumurta hüceyrəsinin olması aşkarlandı və müəyyən edildi ki, o, ölçüdə
kişi nüftəsindən çox
böyükdür. Buna görə də, XVIII əsrdə insan rüşeyminin yalnız yumurta hüceyrəsindən
(qadın spermasından)
əmələ gəldiyini
iddia edən alimlər meydana çıxdı.
Daha sonralar, yəni
1886-cı ildə rus botaniki A.Tixomirov (1932-1998) süni partenoqenez (yumurta hüceyrəsinin mayalanmadan rüşeymə
çevrilə bilməsi)
hadisəsini kəşf
etdi. Buna əsaslanan, "yumurta" sözündən
əmələ gəlmiş
ovistlər adlanan bir qrup alim
rüşeymin əmələ
gəlməsində atanın
rolunu inkar etdilər. Onlar belə hesab edirdilər ki, kişi nütfəsinin
rolu yalnız yumurta hüceyrəsinə
toxunub onu qıcıqlandırmaqdır. Qıcıqlanmadan sonra yumurta hüceyrəsi
öz-özünə inkişaf
edir.
Görək Qurani-Kərim insan
rüşeyminin əmələ
gəlməsinə necə
baxır. Hucurat surəsinin
13-cü ayəsində Allah-təala belə buyurur: "Ey insanlar, Biz sizi bir kişi və
bir qadından yaratdıq".
Tariq surəsi, 5-7-ci ayələr:
5."Elə isə insan nədən yaradıldığına bir
baxsın".
6. "O axıb tökülən bir sudan yaradılmışdır".
7. "(O su kişilərin) bel sümüyündən, (qadınların
isə) köks sümüyündən çıxır".
Dəhr surəsi, ayə 2:
"Həqiqətən,
Biz, insanı qarışıq
bir nütfədən
yaratdıq".
Bu ayələrdən aydın olur ki, insan (insan
rüşeymi) kişi və qadının nütfəsinin
birləşməsi nəticəsində
yaranır. Quranın
1400 il bundan
əvvəl bəyan etdiyi bu elmi
həqiqət, yalnız
XIX əsrdə Avropa alimləri tərəfindən
sübut edilmişdir.
Qurani-Kərim mayalanmış yumurta hüceyrəsinin, yəni ilk rüşeymin harada yerləşməsi və qorunması barədə də dəqiq məlumat verir.
Muminun surəsinin 13-cü ayəsində Allah-təala
buyurur:
"Sonra onu (insanı)
nütfə halında
etibarlı bir yerdə (ana bətnində) yerləşdirdik".
Zumər surəsi, ayə 6:
"...O sizi analarınızın bətnində üç
zülmət (yəni
pərdə, uşaqlıq
və qarın) içində yaranışdan-yaranışa
salaraq yaradır. Bu sizin Rəbbiniz olan Allahdır, hökm Onundur, Ondan başqa heç bir tanrı yoxdur. Elə isə (haqdan,
imandan) necə döndərilirsiniz?"
Yalnız XIX-XX əsrdə elm tərəfindən sübut
edildi ki, yumurta hüceyrəsi (qadının nütfəsi)
spermatozoidlə (kişinin
nütfəsi ilə)
mayalandıqdan sonra uşaqlığa düşür
və onun selikli qişasına yapışır. Burada inkişaf
etməkdə olan rüşeym üç qatla (divarla), yəni: 1) rüşeym qılafı (rüşeymi
bilavasitə əhatə
edən pərdə);
2) uşaqlıq divarı
və 3) ananın qarın divarı ilə əhatə olunub qorunur. Göründüyü kimi,
elmin yalnız XIX-XX əsrlərdə kəşf
etdiyi bu həqiqəti Qurani-Kərim
hələ 1400 il bundan əvvəl bəyan etmişdir. (Bu haqda ətraflı bax: X. Q. Qənbərov. Qurani-Kərimdə
bioloji fikirlər, BDU nəşriyyatı, Bakı,
2001, s. 12-14).
Qeyd etdiyimiz kimi, insanın meymundan əmələ gəlməsi
heç vəchlə
mümkün deyildir. Bu, biogenetik
qanun tərəfindən
də təkzib edilir. Biogenetik qanuna görə,
ontogenez (orqanizmin fərdi inkişafı) filogenezin (orqanizmin tarixi inkişafının)
qısa təkrarıdır.
Yəni fərdi inkişaf zamanı orqanizm öz əcdadlarının
əlamətlərini, qısa
da olsa, təkrar edir. Belə ki, insan fərdi
inkişafında öz
əcdadının, meymun
da öz əcdadının əlamətini
təkrar edir.
O, insanı laxtalanmış qandan yaratdı. Müasir dövrdə alimlər sübuta yetirmişlər
ki, mayalanmadan sonra əmələ gələn insan rüşeyminin ana bətnində inkişafı
üç əsas mərhələdən ibarətdir:
1) ilk 7 gün ərzindəki
inkişaf; 2) 2-8-ci həftələr
ərzində olan inkişaf; 3) doqquzuncu həftədən başlayaraq
ta doğulana qədər olan inkişaf (döl dövrü).
Qeyd etmək lazımdır
ki, bütün bu mərhələlərdə
rüşeym uşaqlığın
divarına yapışmış
bir para əti xatırladır.
Rüşeymin sonrakı inkişaf dövrlərində
sümüklər və
əzələlər əmələ
gəlir. Bu mərhələdə
o, artıq yumşaq ətə bənzəmir və nisbətən bərk bir quruluşa
malik olur.
İnsan rüşeyminin inkişafı
barədə ilk müasir
təsəvvürlər XVIII əsrdə yaranmağa başlamışdır.
Mərkəz.- 2010.- 21 oktyabr.- S. 16.