«Quranelm»

 

XII söhbət

 

İnsanın torpaqdan yaradılması

 

Quranda rüşeymin ilk üç dövrü nütfə, ələq və mudğa (qığırdaq, sümük) sözləri ilə ifadə olunur.

Rüşeymin inkişaf mərhələləri barədə Qurani-Kərim belə buyurur: Muminun surəsi, ayə 12-14:

12. "Biz, həqiqətən, insanı tərtəmiz gildən yaratdıq".

13. "Sonra onu (Adəm övladını) nütfə halında möhkəm bir yerdə (ana bətnində) yerləşdirdik".

14. "Sonra nütfəni laxtalanmış qana çevirdik, sonra laxtalanmış qanı bir parça ət etdik, sonra o bir parça əti sümüklərə döndərdik, sonra sümükləri ətlə örtdükdaha sonra onu bambaşqa bir məxluq olaraq yaratdıq. Yaradanların ən gözəli olan Allah nə qədər uludur".

Ələq surəsi, ayə 2:

"O, insanı laxtalanmış qandan yaratdı".

Həcc surəsi, ayə 5:

"Ey insanlar! Öləndən sonra yenidən diriləcəyinizə şübhəniz varsa, bilin ki, Biz sizi gildən, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra müəyyən, tam bir şəklə düşmüş (formalaşmış) düşməmiş (formalaşmamış) bir parça ətdən yaratdıq ki, sizə qüdrətimizi göstərək. İstədiyimizi ana bətnində müəyyən bir müddət saxlayar, sonra sizi uşaq olaraq (doğulub) çıxardarıq...".

Göründüyü kimi, Qurani-Kərimin rüşeymin ana bətnindəki inkişaf mərhələləri barədə dedikləri müasir elmin gəldiyi nəticələrlə uyğunluq təşkil edir.

Həzrəti İsa necə doğulmuşdur. Həzrəti İsanın doğuluşu tarix boyu mübahisə doğuran məsələlərdəndir. İncilə Qurana görə, Allah-təala bakirə Məryəmə bir mələk göndərmiş, Məryəm mələyin üfürməsi nəticəsində hamilə olmuş bakirə olaraq Həzrəti İsanı dünyaya gətirmişdir.

Quranın Məryəm surəsinin 19-22-ci ayələrində bu barədə buyurulur:

19. "cəbrail: "Mən sənə yalnız təmiz, məsum bir oğlan bağışlamaq üçün Rəbbinin (göndərdiyi) elçisiyəm", - dedi.

20. Məryəm dedi: "Mənim necə oğlum ola bilər ki, mənə indiyədək bir insan əli toxunmamışdır. Mən zinakar da deyiləm".

21. cəbrail: "Elədir, Rəbbin buyurdu ki, bu mənim üçün asandır. Biz onu insanlar üçün (qüdrətimizə dəlalət edən) bir möcüzə, (sənə möminlərə isə) dərgahımızdan bir mərhəmət olaraq edəcəyik. Bu əzəldən olmuş bir hökmdür".

22. Məryəm artıq (cəbrailin üfürməsi ilə İsaya) hamilə qaldı onunla uzaq bir yerdə (xəlvətə) çəkildi".

Yuxarıdakı mübarək ayələrdən aydındır ki, Məryəm bakirə olaraq (mayalanma olmadan) hamilə qalır. Lakin elmdə hamıya məlumdur ki, bütün heyvanlarda insanlarda rüşeymin əmələ gəlməsi üçün kişinin nütfəsinin qadının nütfəsini mayalaması, daha doğrusu, erkəyin nütfəsi ilə dişinin nütfəsinin birləşməsi lazımdır. Əks təqdirdə, hamiləlik olmaz, bala əmələ gəlməz. Elə buna görə , o zaman yəhudilər bu işdə ibadətgahda Məryəmin yanına girib-çıxan Zəkəriyya peyğəmbəri günahkar bildilər, o məsum peyğəmbəri zinakar hesab edərək balta ilə doğrayıb öldürdülər. Sonrakı dövrlərdə insanların bir çoxu, demək olar ki, əksəriyyət elmin bu müddəasına istinadən belə hesab edirdi ki, Məryəmin bakirə olaraq hamilə qalması rəvayətdir, həqiqətdən uzaq bir işdir.

Həqiqətən, rüşeymin inkişafının başlanğıc anı kişi qadın nütfələrinin (spermalarının) birləşməsidir. Kişinin nütfəsi yumurta hüceyrəsinə daxil olduqdan sonra ona aktivləşdirici təsir göstərir, beləliklə onun inkişafına səbəb olur. Erkəyin nütfəsi, eyni zamanda yumurtaya atanın xromosomunu da (irsiyyət elementlərini, məlumatlarını) daxil edir. Bu, bütövlükdə belədir. Lakin eyni zamanda, elmə o da məlumdur ki, bir çox canlılarda yumurta hüceyrəsinin mayalanma olmadan inkişaf edib rüşeymə çevrilməsi mümkündür. Müasir elmdə partenogenez adlanan bu üsulla çoxalma məməlilərdə, arılarda, ilbizlərdə müşahidə olunur. Bu canlılarda mayalanmamış yumurtadan erkək fərdlər, mayalanmış yumurtadan isə dişi fərdlər əmələ gəlir. Təbiətdə partenogenez hadisəsi bəzi onurğalı heyvanlarda da (məsələn, hind toyuqlarında, kərtənkələdə) müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, təbii (öz-özünə gedən) partenogenezin mexanizmi elmə hələ məlum deyildir. XIX əsrin sonları - XX əsrin əvvəllərində elm tərəfindən sübut edilmişdir ki, partenogenez hadisəsini süni yolla da yaratmaq mümkündür. Bu hadisə ilk dəfə 1886-cı ildə rus alimi A.Tixomirov tərəfindən ipəkqurdu üzərində sübuta yetirilmişdir. Məməlilərdə süni partenogenezin mümkünlüyünü ilk dəfə 1936-cı ildə c.Riunkis sübuta yetirmişdir.

İnsanda mayalanmamış yumurtadan rüşeymin inkişaf edə bilməsini ilk dəfə 1939-cu ildə Amerika alimi R.Xeqstr 23 yaşlı qız üzərində apardığı təcrübələrlə sübut etmişdir.

Beləliklə, partenogenezin mexanizmi elmə hələlik məlum olmasa da, yumurta hüceyrəsinin mayalanma olmadan inkişaf edib rüşeymə çevrilə bilməsi müasir elm tərəfindən sübut olunmuş yeni bir faktdır. Elə buna görə də, Məryəmin bakirə olaraq (ərə getmədən, kişi ilə yaxınlıq etmədən) uşağa qalmasının mümkünlüyü artıq heç kəsdə şübhə doğurmamalıdır. 1400 il bundan əvvəl Quranda bəyan edilmiş bu faktın doğruluğuelmiliyi yalnız XIX-XX əsrlərdə təsbit edilmişdir. (Bu haqda daha ətraflı bax: X.Q.Qənbərov. Göstərilən əsəri, s. 25-32).

Onu da qeyd etmək lazımdır ki, Allah-təala ilk insanı torpaqdan, Həvvanı anasız olaraq Adəmin qabırğasından, sonrakı insanları ata-ana vasitəsilə bir-birindən, Həzrəti İsanı isə atasız yaratmaqla, yaradılışın müxtəlif şəkillərdə təzahür etdiyini, qüdrətinin sonsuz olduğunu, Onun qüdrətilə insan oğlunun dərk edə bilmədiyi çox-çox şeylərin, daha doğrusu, Allahın istədiyi hər şeyin mümkün olduğunu bəndələrinə bəyan etmişdir.

 

XIII söhbət

 

Barmaq izləri. Genetikaya dair

 

Allah-təala Qiyamə surəsinin 3-4-cü ayələrində buyurur:

"Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik? Biz onun barmaqlarını da (barmaq sümüklərini , barmaqlarının uclarını da) düzəltməyə qadirik".

Ayədən göründüyü kimi, Allah-təala qiyamət günü insanı diriltdikdə onun barmaq uclarının izlərini belə tam dəqiqliklə bərpa edəcəkdir. Elmdə insan barmaqlarının ucundakı dəridə izlərin bütün insanlarda fərqli olduğunu ilk dəfə 1686-cı ildə anatom Marçello Malpigi (1628-1694), sonralar isə 1823-cü ildə Y.Purkine (1787-1869) söyləmişdir.

Barmaq izlərini öyrənən sahə daktiloskopiya adlanır. Hazırda bu elmin köməyi ilə hər hansı bir cinayətkarı, yaxud müqəssiri asanlıqla müəyyən etmək olur. Barmaq formaları, barmaq izləri insan psixologiyasının əsas cəhətlərini özündə əks etdirir. Məsələn, baş barmağın birinci bəndi (falanqası) böyükdürsə, bu, iradənin çox güclü olmasını göstərir.

Məlumdur ki, Qalileyin (1564-1642), Dekartın (1596-1650), Nyutonun, Volterin (1694-1778) baş barmaqları belə formaya malik olub. Lakin iradəsizliyi çox zəifliyi ilə tanınmış olan Fransa kralı XI Luinin baş barmağının birinci bəndi çox kiçik olub.

Göründüyü kimi, insan barmaqlarının izinin bütün insanlarda fərqli olduğu elm tərəfindən XX əsrin əvvəllərində tam sübuta yetirilməsinə baxmayaraq, həmin fikir 1400 il bundan əvvəl Allahın kitabında öz əksini tapmışdır. (Bu haqda daha ətraflı bax: X. Q. Qənbərov. Göstərilən əsəri, s. 40-43).

Qurani-Kərimin Əraf surəsinin 172-ci ayəsində Allah-təala buyurur: "Ey Peyğəmbərim, xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: "Mən sizin Rəbbiniz deyiləmmi", - soruşmuş, onlar da: "Bəli, Rəbbimizsən", - deyə cavab vermişdilər".

Bu ayədə "Adəm oğullarının bellərindən nəsillərini çıxardıb onları özlərinə şahid tutaraq" ifadəsində atadan (valideynlərdən) övladlara (nəsillərə) əlamətlərin irsən keçməsi fikri verilmişdir.

 

 

Mərkəz.- 2010.- 22 oktyabr.- S. 16.