«Quranelm»

 

XIV söhbət

 

Əcəl vaxtı müəyyən edilmiş bir yazıdır

 

Ali-İmran surəsinin 145-ci ayəsində buyurulur:

"Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, vaxtı müəyyən edilmiş bir yazıdır".

Əraf surəsinin 34-cü ayəsində deyilir:

"Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) bir əcəli (ölümü, tənəzzül vaxtı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) dala qalar, qabağa keçə bilərlər".

Hicr surəsinin 5-ci ayəsində deyilir:

"Heç bir ümmət əcəlini qabağa çəkə bilər, yubandıra bilər".

Bu ayədən açıq-aşkar məlum olur ki, insan ömrünün uzunluğu qabaqcadan təyin edilmiş bir vaxtdır. İnsan onu uzada, qısalda bilər. Müasir elmi faktlara görə , insan ömrünün uzunluğu genlərdə yazılmış bir məlumatdır. İnsan bu məlumatı dəyişə bilməz. Bir çox alimlərin fikrincə, ömrün uzunluğu növü xarakterizə edən əlamətdir. Məşhur amerikalı genetika alimi Feodosi Dobrjanski (1900-1975) göstərir ki, insanın ölümü ( ya ömrü) onun genotipi ilə (gendə həkk olunmuş məlumatla) müəyyən olunur. Müasir dövrdə insan ömrünün uzunluğunda genetik amilin rolu heç bir şübhə doğurmur. Belə ki, müxtəlif genetik metodlarla sübut olunmuşdur ki, insanın ömrünün uzunluğu gen ilə təyin olunur. İnsan ömrünün genetik müəyyən olunması faktını ilk dəfə 1928-ci ildə amerikan alimi A. Bell söyləmişdir.

Alimlər, eyni zamanda belə hesab edirlər ki, insanın ömrünü təyin edən genin potensialının tam həyata keçməsində müəyyən şəraitin həyat tərzinin rolu vardır. (Bu barədə bax: X. Q. Qənbərov. Göstərilən əsəri, s. 43-46). Göründüyü kimi, insanın əlamətlərinin (xüsusiyyətlərinin) genetik olması nəsildən-nəslə ötürülməsi, eləcə ömrün uzunluğunun qabaqcadan təyin olunması elm aləminə XIX-XX əsrlərdə məlum olduğu halda, bu fikirlər 1400 ildən bir qədər əvvəl Qurani-Kərimdə söylənmişdir.

 

XV söhbət

 

Dağlar

 

Allah-təala Loğman surəsinin 10-cu ayəsində buyurur: "Allah gördüyümüz göyləri dirəksiz yaratmış, sizi yırğalamasın (atıb-tutmasın) deyə, yerdə (möhkəm durmuş) dağlar bərqərar etmişdir".

Nəbə surəsi, 6-7-ci ayələr:

"Məgər Biz yer üzünü döşək, dağları da dirək etmədikmi?"

Müasir coğrafiya elmi dağların Yer üzünün müvazinətini qoruyan dirəklər, obyektlər olduğunu qəbul edir. Görkəmli Quran müfəssirləri Muhəmməd Əbduh, Mustafa əl-Məraği (?-?), Əlmalılı Həmdi Yazır dağların Yer üzünün sabitliyini, müvazinətini qoruduğunu, onun titrəməsinin, yırğalanmasının qarşısını aldığını qeyd edirlər.

Həzrəti Əli "Nəhcül-bəlağə"də Allah-təalanın dağlarla (qayalarla) Yer üzünün titrəməsinin qarşısını aldığına işarə etmişdir. Bu mövzu ilə daha dərindən məşğul olan müasir təfsir alimlərindən Vəhidəddin xan özünün, "əl-İslam yətəhəddə" adlı əsərində bu barədə belə yazır: "Modern elm on üç əsr bu reallıqdan uzaq xəbərsiz yaşadı. Lakin coğrafiya sahəsində aparılan yeni araşdırmalar nəticəsində bu gün bu qanun "müvazinət" adı altında təsbit olunmaqdadır. Müasir elm bu qanunun sirlərinə nisbətdə çox geridir".

Məşhur Misir alimi, Quran müfəssiri Seyyid Qütb Fussilət surəsinin 10-cu ayəsinin izahında doktor Əhməd Zəkinin (1867-1934) "Göydə Allah ilə" adlı əsərinə istinadən belə deyir:

"Şübhəsiz ki, Yer üzünün səthində ya dərinliklərində meydana gələn hər bir hadisənin dünyaya təsiri olmaqdadır. Bir yerdən digər bir yerə nəql edilən (daşınan) böyük maddə yığınları dünyanın dönüşünə təsir etməkdədir. Yer üzü hərəkətinin yavaş olmasının yeganə səbəbi amili mədd cəzr (qabarma çəkilmə) deyildir. Hətta çayların bir tərəfdən o biri tərəfə daşıdıqları sular belə bu dönüşə təsir edir. Küləklərin gücü fırlanma sürətinə təsir edir. Dənizin dərinliklərinə düşən göylər, Yer üzünün bu ya digər yerlərində mövcud olan yüksəkliklər dünyanın dönüşünə təsir edir. Buradan aydın olur ki, bu dərəcədə həssas olan Yer üzündə müvazinətin möhkəm dağlarla saxlanılması heç təəccübləniləsi bir durum deyildir. Necə ki, Quran bu həqiqəti 14 əsr bundan əvvəl bəyan etmişdir". (Seyyid Qütb, Fi zilalil-Quran, c. VII, cüz 23, s. 116-117).

Dünyamızın (Yer üzünün) xaricdən qarşılaşdığı təzyiqlə, öz daxilindən etdiyi təzyiq (basqı) arasında dağlar bir müvazinət ünsürü olmaqdadır. Təbii ki, bu, mühitdən-mühitə dəyişməkdədir. Bir yerdə göyə ucalan dağlar, digər bir yerdə isə dərin çuxurların mövcud olması Yer üzündəki müvazinəti saxlayan ən önəmli bir amildir. Dağlarla Yer üzü arasında həssas bir rabitə incə bir müvazinət mövcuddur. Dünyada buna bənzər neçə-neçə məlum olmayan, açılmamış qanunlar həqiqətlər vardır ki, Qurani-Kərim on dörd əsr bundan öncə onlara işarə etmiş, lakin bəşəriyyət bunların bir qisminə yüz illərdən sonra yetişmiş, bir qisminə isə hələ yetişə bilməmişdir vaxt yetişəcəyi məlum deyildir.

 

XVI söhbət

 

Kömürün təşəkkülü

 

Allah-təala insan oğullarının Yer üzünü gəzib dolaşmalarını Onun məxluqatı ilk dəfə necə yaratdığına baxmalarını istəməkdədir. Ənkəbut surəsinin 20-ci ayəsində buyurulur:

"Yer üzündə gəzib dolaşın, Allahın ilk öncədən məxluqatı necə yaratdığına baxın!"

Bəzi islam alimləri bu ayənin bəzi başqa ayələrin Yer üzünün araşdırılmasına, özəlliklə geologiya elminə işarə etdiyini söyləyirlər. İslam təfsirçilərindən Muhəmməd bin Əhməd əl-İskəndərani (?-1888) bu məsələ ilə bağlı belə deyir: "Şamlı xristian təbiblər daş kömürün təşəkkül tapması məsələsini ələ alaraq bunu Tövratda İncillərdə axtarmağa başladılar. Bu xüsusda onlarda bir şey tapmayınca məndən bunun Quranda olub-olmadığını soruşdular, mən öz təfsirimi bunun üçün yazdım".

İskəndərani ondan sonra Əbdürrəzzaq Növfəl, Əlmalılı Həmdi Yazır kimi təfsirçilər Quranın Əla surəsinin 4-5-ci ayələrinin buna işarə etdiyini göstərirlər. Ayədə belə deyilir:

"O Rəbbinin ki, (torpaqdan yaşıl) otlar çıxartdı. Sonra da onu (qupquru) qara çör-çöpə döndərdi".

Onların fikrincə, Allah-təala bu ayələrdə onu demək istəyir ki, O, əvvəlcə otlaqlarda, yaylaqlarda, bağça ormanlarda hər cür ağac yetişdirdi, sonra isə onları qapqara bir gübrə kömür halına saldı. İskəndərani belə hesab edir ki, Qurandakı bu ifadədən anlaşılacağı üzrə, Yer üzü əvvəllər düz bir səth halında idi, dağlar da hələ təşəkkül tapmamışdı. Həmin dövrdə hava çox isti rütubətli, Yer üzü çox sulu olduğundan, bugünkü bitkilərə bənzəməyən, ancaq onların ibtidai şəklini təşkil edən (yosunvarı) bitkilər meydana gəlmişdi. Bu bitkilər həddən ziyadə çox olduğundan Yer üzünü örtmüşdü. Daha sonralar Yer üzündə meydana gələn geoloji dəyişikliklər Yer hərəkətləri nəticəsində dağlar meydana gəlmiş həmin bitkilər Yerin dərinliklərində qalmışdır. Yerin altı çox isti olduğundan bu bitkilər bəzi ünsürlərini xüsusiyyətlərini itirmiş, Yerin altındakı yağlı qatranlı maddələri içmişdir. Nəticədə bu yağlı qatranlı bitkilər, uzun dövrlər illərdən sonra kömür halına düşmüşdür.

 

 

Mərkəz.- 2010.- 23  oktyabr.- S. 16.