«Quran elm»

 

XVII söhbət

 

Quran dəmir

 

Bütün fənn sənətlərin, xüsusilə çağdaş fənn sənətlərin istifadə etdiyi faydalandığı maddələrin başında dəmir gəlir. Qurani-Kərimdə mənası dəmir olan Hədid surəsi mövcuddur. Allah-təala həmin surənin 25-ci ayəsində belə buyurur:

«Biz həddindən artıq möhkəm olan insanlara fayda verən dəmiri nazil (icad) etdik (mədənlərdən çıxartdıq.

Seyyid Qütb bu ayənin təfsirində qeyd edir ki, «bugünkü bəşər mədəniyyəti dəmir üzərində qurulmuşdur». Fəxrəddin Razi isə belə hesab edir ki, dəmirin insanlığa xidməti qızıldan çoxdur. Demək olar ki, qızıl olmasa, dünya mənfəətlərində böyük bir əskiklik olmaz. Lakin dəmir olmasa, dünya işləri dərhal pozular. Bundan əvvəl Qurani-Kərimin Səba surəsinin 10-cu ayəsində Allahın dəmiri Davud peyğəmbər üçün (Davudun əlində) yumşaltdığına işarə olunur. Dəmirin kəşfi əridilməsinin daha qədim zamanlara aid olmasına baxmayaraq, onun mum kimi yumşaldılaraq zireh (hərbi paltar) düzəltmək üçün istifadə edilməsinin Həzrəti Davuda nəsib olması məhz bu ayədə bəyan edilmişdir.

Onu da qeyd etmək lazımdır ki, ayədə «dəmiri endirdik» - deyə buyurulur. Peyğəmbər əleyhissəlamın bir hədisində isə odun, dəmirin, su duzun endirilməsi bildirilmişdir. Bəzi təfsirçilər burada «endirmək» (nazil etmək) sözünün yaratmaq, icad etmək mənasında işlədildiyini, digərləri isə Adəmin cənnətdən Yer üzünə endiyi zaman özü ilə birlikdə beş şey (dəmirdən düzəldilmiş) - zindan, kəlbətin, gürz, çəkic iynə gətirdiyini qeyd edirlər (Qurtubi, əl-cami, Beyrut, XVII, s. 261).

 

XVIII söhbət

 

Yaşadığımız dünya xaricində həyat varmı?

 

Yaşadığımız dünya xaricində, yəni Yer üzündən başqa, kainatın digər yerlərində həyatın olub-olmaması bugünkü astronomları çox düşündürür. Alimlərin gəldiyi son nəticə belədir ki, Yer planetində olduğu kimi, başqa planetlərdə həyatın olması mümkündür.

Son zamanlardakı astronomik tədqiqatlar sübut etmişdir ki, Marsda istilik, su oksigen mövcuddur bunlar da həyat üçün mühüm amillərdir. İşıqla çəkilən fotoşəkillər, aparılan müşahidələr Marsdakı həyat şərtlərinin yaşadığımız dünyanın həyat şərtlərindən o qədər fərqlənmədiyini göstərir.

Əski sovet Amerika alimlərinin fikrincə, Marsdakı təbii şərait insanın orada yaşaması üçün kifayət görünür.

Qurana nəzər saldıqda orada Yer üzündən başqa, digər planetlərdə həyatın mövcud olduğuna dair fikirlər olduğuna rast gəlirik.

Məsələn, İsra surəsi, ayə 44:

«Yeddi göy, yer onların içində olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız».

Məryəm surəsi, ayə 93:

«Göylərdə yerdə olan məxluqatdan elə birisi yoxdur ki, (qiyamət günü) Rəhmanın hüzuruna bir qul kimi gəlməsin».

İsra surəsi, ayə 55:

«Sənin Rəbbin göylərdə yerdə olanları (özünün bütün yaratdıqlarını) çox gözəl tanıyır».

Yuxarıdakı ayələrdən məlum olur ki, Qurani-Kərim canlıların Yer kürəsindən başqa, göylərdə, daha doğrusu, kainatın digər yerlərində mövcud olmasını açıq-aşkar bəyan edir.

Burada onu da nəzərə almaq lazımdır ki, biz həyat üçün əsas şərait dedikdə suyun, oksigenin müəyyən dərəcədə hərarətin olmasını nəzərdə tuturuq.

Lakin bir şeyi unuduruq ki, müxtəlif şəraitlərdə həyat üçün başqa amillər zərurət təşkil edə bilər. Kainat sonsuzdur, orada milyardlarla qalaktikalar, günəş sistemləri mövcuddur. Biz həyat şəraiti dedikdə öz qalaktikamız üçün səciyyəvi olan şərtləri, amilləri götürüb onu bütün kainata şamil edirik. Ola bilsin ki, başqa qalaktikalarda həyat şəraiti, canlı orqanizmin mövcudluğu üçün tələb olunan amillər bizim qalaktikamızdan, yaşadığımız dünyadan tamamilə fərqlidir.

 

XIX söhbət

 

Hava təzyiqi

 

Yaşadığımız Yer üzünün səması müəyyən dərəcədə oksigen qazının mövcudluğu ilə səciyyələnir. Oksigen olmasa, Yer üzündəki canlıların əksəriyyəti, ilk növbədə, insan məhv olub gedər. Biz yerdən yuxarı qalxdıqca oksigenin azalmasının, hava təzyiqinin artmasının şahidi oluruq. Təyyarədə uçanlar bunu çox gözəl bilir. İnsan yuxarı qalxdıqca onun nəfəs alması çətinləşir. Bunun əsas səbəbi ondan ibarətdir ki, yuxarılarda, yüksəkliklərdə oksigenin azlığından dolayı qanda oksigen çatışmazlığı əmələ gəlir. Nəticədə insan özünü sərxoş kimi hiss edir, onun görməsi, danışması, hətta düşünməsi belə çətinləşir. Məhz buna görə , təyyarələrdə digər uçuş aparatlarında süni oksigen cihazları quraşdırılır.

Allah-təala bu elmi gerçəyi bizə 1400 il bundan əvvəl Öz Kitabında bəyan etmişdir. Ənam surəsi, ayə 125:

«Allah bir kimsəni düz yola yönəltmək istəsə, onun köksünü (qəlbini) islam dini üçün açıb genişləndirər; kimi sapdırmaq istəsə, onun köksünü daraldıb sıxıntıya salar. O sanki göyə çıxar».

Təbii ki, orta əsr islam alimləri bu buna bənzər ayələri tam elmi şəkildə izah edə bilməmişlər. Lakin bugünkü elmin inkişaf səviyyəsi bu qəbildən olan bəzi ayələrin daha dəqiq izah olunmasına imkan yaradır.

 

XX söhbət

 

Quran atom

 

Məlum olduğu kimi, hər hansı bir cismin ən kiçik hissəsinə, zərrəsinə atom deyilir. Atom məfhumu elmə çox qədimdən məlumdur. İlk dəfə cismlərin, varlıqların atomlardan əmələ gəlməsi fikrini irəli sürən alim məşhur yunan filosofu Demokritdir (e.ə. 460-357).

Aristotel Demokritin bu görüşünü qəbul etməmiş, əvəzində cismlərin od, torpaq, su havadan ibarət dörd ünsürdən əmələ gəlməsi fikrini irəli sürmüşdür.

Kindi (800-870), İbn Sina, Əbu Bəkr Razi (854-932) başqa görkəmli islam filosofları isə atom nəzəriyyəsini qəbul edərək onu «cuzun fərd» yaxud «cuzun la yətəcəzzə» istilahları ilə adlandırmışlar.

Atom nəzəriyyəsini fundamental surətdə araşdıran, bütün cismlərin bölünmə qəbul etməyən bir sıra atomlardan meydana gəldiyi fikrini ilk dəfə irəli sürən alim isə məşhur ingilis kimyaçısı Con Dalton (1766-1844) hesab edilir.

Daltonla başlayan bu elmi araşdırma sonralar bir çox görkəmli fiziklər kimyaçılar tərəfindən davam etdirilərək özünün bugünkü səviyyəsinə gəlib yetişmişdir. Beləliklə, məlum olmuşdur ki, atom müsbət yüklü protondan, heç bir yük daşımayan neytrondan ibarət bir nüvədən bu nüvə ətrafında dolaşan mənfi yüklü elektronlardan təşəkkül tapır.

 

 

Mərkəz.- 2010.- 26 oktyabr.- S.16.