HEYDƏR ƏLİYEV
«Söyləyin,
o, təmiz adamdırmı?»
Onlar bir də neçə il
sonra Bakıda görüşdülər. Bobkov soruşdu:
- Rüşvətxorluğa qalib gələ
bildinmi?
Heydər Əliyev cavab verdi:
- Hələlik ona təminat verə bilərəm
ki, Azərbaycan MK-da heç kim
rüşvət almır.
Bəs Sov. İKP MK-da?
Sadəlövh sualdır. Elə həmin
Bobkov «DTK və hakimiyyət» kitabında yazır: «Brejnevə
ağlasığmaz bahalı hədiyyələr verirdilər;
məsələn, əziz Leonid İliçə
Gürcüstanda qızıl samovar vermişdilər. Özbəkistanda respublikanın birinci katibi Şərəf
Rəşidov Sov. İKP MK-nın Siyasi
Bürosunun üzvü Kirilenkoya xanımı və
qızı üçün məxsusi aşılanmış
qaragül dərisindən kürklər hədiyyə
etmişdi».
Hamı, daha
doğrusu, demək olar ki, hamı rüşvət
alırdı. SSRİ
DTK-sının sədr müavini kimi informasiyalı bir
adamın dediyinə görə, almayan cəmi bir neçə
adam vardı: A. N. Kosıgin, Y. N. Andropov...
Onların da ətrafına təmiz,
düzgün əxlaqlı təşkilatçı adamlar
toplaşmışdı. Respublikalarda da belələri az deyildi. Ukraynada Vladimir Vasilyeviç
Şerbitski, Aleksandr Pavloviç Lyaşko, Belorusiyada Pyotr
Mironoviç Maşerov, Azərbaycanda Heydər Əliyev,
Sverdlovskda Nikolay İvanoviç Rıjkov, Krasnoyar vilayətində
Vladimir İvanoviç Dolgix, Saratovda Vladimir Kuzmiç Qusev
kimiləri yeni formasiyaya məxsus partiya və dövlət
xadimləriydilər. Onlar xalqa xidmət etməyi
adi öhdəçilik kimi boş bir şey yox, həqiqətən
yüksək ideal hesab edirdilər.
Azərbaycana
rəhbərlik etməyə başlayanda Heydər Əliyev,
demək olar ki, respublikanın kadr korpusunu artıq
yaxşı tanıyırdı. Kimləri vəzifədən
uzaqlaşdırmağın lazım gəldiyini, hansı sahələri
möhkəmlədəcəyini əvvəlcədən
bilirdi. Vəzifəyə təyin etmək
üçün yeni kadrı ona təqdim edəndə ən
birinci sualı bu olurdu: «Deyin görüm, o, düzgün, təmiz
adamdırmı?» Yalnız
bundan sonra təqdim olunan kadrın ixtisas göstəriciləri,
insanlarla işləmək bacarığı və savadı
ilə maraqlanırdı.
Onun üçün namizədin təmiz adam olması əsas idi. Əks
halda rüşvətxorluq halqasını qırmaq
qeyri-mümkün idi. Azərbaycanda
altmışıncı illər üçün tipik olan bir
hadisə: sovxoz direktorunu rüşvətxorluq üstündə
işdən çıxarırlar. Elə o saat
da başqa bir rayonda eyni vəzifəyə təyin edirlər.
Kommunist Ramiz Tahir oğlu Tahirov Mərkəzi Komitəyə
yazır:
«Xahiş edirəm
ki, mənim bu kiçik məktubumu diqqətlə
oxuyasınız. Məncə,
fikirlərim bizim xalqımız, dövlətimiz, partiyamız
üçün çox vacibdir...» Laqeyd olmağı
bacarmayan bu adam məhv edilmiş
üzüm, ərik bağları haqqında, hər il 20-30
hektar sahəyə qarpız əkib pulunu öz cibinə qoyan
işbazlar barədə ürək ağrısı ilə
yazırdı. O bildirirdi ki, bu, dövləti və xalqı
aldatmaqdan başqa bir şey deyil. Başqa bir
rayonda kolxozçular dələduzluqda ad
çıxarmış bir kolxoz sədrini qəbul etməkdən
qəti imtina etmişdilər. Rayon partiya
komitəsinin katibi keçirilən iclasa milis
çağırmışdı. Kolxozçular isə
qışqıraraq ona cavab vermişdilər: «Biz qəzet,
jurnal oxuyuruq. İndi ayrı zamandır, daha hədə-qorxu
ilə, milisin təzyiqi ilə kolxoz sədri seçmirlər...»
Səfəvilər dövründə (XVI əsr) valini
soruşanda deyirdilər: «Sizin vilayəti kim yeyir?» Bəli, idarə edir yox, məhz yeyir...
Lakin
MK-nın birinci katibi Heydər Əliyev tamam başqa cür
düşünürdü. Onun fikrincə, partiya işinə
perspektivli, gənc, enerjili, professional cəhətdən
yaxşı hazırlığı olan və təmiz adamlar
lazım idi.
Rayonlara rəhbər təyin edəndə
KP MK-nın birinci katibinin ilk məsləhəti belə olurdu:
«Nəzərə alın ki, hamı raykomun katibinə
baxır. Onun necə danışmağı, necə
oturub-durmağı, hətta maşına əyləşməyi
həmişə diqqət mərkəzində olur. Raykom
katibi vəzifəsində olsanız da, özünüzü
partiya çinovniki kimi yox, sadə adam kimi
aparın».
O vaxt Bakıda on rayon, deməli, on rayon
partiya komitəsinin I katibi (raykom) vardı. Sonralar
Heydər Əliyevə irad tuturdular ki, guya, o, yalnız öz
naxçıvanlılarını irəli çəkir.
Lakin Bakının raykom katibləri arasında
bir nəfər də olsun naxçıvanlı yox idi. Məsəlçün, Oktyabr (indiki Yasamal) rayonuna
bakılı, Qaradağ rayonuna milliyyətcə rus, Kirov
rayonuna isə erməni rəhbərlik edirdi. Daha bir kadrı Şamaxıdan dəvət
etmişdilər. Yox, burada qohumbazlıqdan
söhbət gedə bilməzdi. Onların
hər biri özlərini elmdə, istehsalatda təsdiq
etmiş, cəmiyyətdə nüfuz qazanmış insanlar
idi.
Təmizliyinə
əmin olduğu kadrlar barədə yazılan anonim məktublara
da Heydər Əliyev heç vaxt ciddi əhəmiyyət
vermirdi. Yəqin
ki, özü də yuxarılardan özünə
qarşı eyni münasibəti gözləyirdi. Lakin Moskvada işlədiyi müddət ərzində
MK-ya və Nazirlər Sovetinə onun haqqında anonim məktublar
gələndə bircə Nikolay İvanoviç Rıjkov bu məktublara
yox, Heydər Əliyevin özü də inanmışdı.
Hər şeyi kadrlar həll edir
Siyasətçi,
dövlət adamı və ya ictimai xadim, təsərrüfatçı
vəzifə pillələriylə nə qədər
yuxarı qalxırsa, o qədər tez-tez kadrlarla bağlı
qərarlar qəbul etməli olur. Bu böyük oyunda səhv addımlar da
istisna deyil. Bu səhvlərdən nə
prezidentlər, nə imperatorlar, nə də baş katiblər
sığortalanıblar. Kadr siyasəti barədə
professorlar, alimlər çoxsaylı kitablar yazıblar,
ağıllı məsləhətlər veriblər.
Amma insanın şüuru belə qurulub: o çox vaxt
yalnız şəxsən tanıdığı adamlara etibar
edir. Məhz bu səbəbdən Brejnevin vaxtında onunla
şəxsən işləmiş Dnepropetrovsk kadrları,
Yeltsinin vaxtında Ural kadrları, Putinin vaxtında Peterburq
kadrları Moskvaya dəvət olunur, irəli çəkilirdilər.
Respublikaya rəhbərlik
etməyə başlayan Heydər Əliyev də, əsasən,
öz çekist kolleqalarına bel bağlayırdı. MK-nın büro üzvləri
və öz katibləriylə kadr məsələlərini
müzakirə edəndə, o, DTK-nın əks-kəşfiyyat
idarəsinin rəis müavini Ziya Məmməd oğlu Yusifzadəni
MK-nın inzibati orqanlar şöbəsinə müdir təklif
etmişdi. Heydər Əliyev Ziya Yusifzadənin
insani və işgüzar keyfiyyətlərini hələ komitədə
həmkar olduğu vaxtlarda qiymətləndirə bilmişdi.
Əmin idi ki, o, respublikanın bütün
hüquq-mühafizə orqanlarının tabe olduğu
MK-nın inzibati orqanlar şöbəsinin işinin öhdəsindən
uğurla gələcək. Beləliklə,
MK-nın üzvlüyünə namizədlərin
sırasına Ziya Yusifzadənin adı da əlavə olundu.
DTK-da işlədiyi müddətdə o, ali
partiya rəhbərliyinə daxil deyildi, buna görə də
MK-nın üzvlüyünə namizədliyi onun
karyerasında bir yüksəliş kimi qiymətləndirilirdi.
Hamı zəng vurub onu təbrik edirdi.
Bir-iki gün gözlədikdən sonra Ziya
birinci katibə zəng vurdu:
- Heydər Əliyeviç, məni nəyə
görə MK üzvlüyünə namizəd seçdilər?
Zənglərin əlindən işləmək
olmur.
cavab qısa oldu:
- Bir azdan biləcəksən.
İki
gün sonra Heydər Əliyev onu öz kabinetinə
çağırıb yeni vəzifəyə təyin olunması
barədə məlumat vermişdi. Birinci katib əmin idi ki, Ziya Yusifzadə
razılıq verəcək. Amma Ziya öz
karyerasının istiqamətinin dəyişəcəyini
görüb az qala yalvarmağa
başladı. Xatırlatdı ki, təhlükəsizlik
orqanlarında işə başlamazdan əvvəl də xeyli
düşünmüşdü, axırda özünü bu sənətə
həsr etmək qərarına gəlmişdi.
- İndi-indi
bu işə alışıram, sizə məlum olan əməliyyatları
aparıram. Yenidən fəaliyyət sahəsini dəyişib,
bilmədiyim işdən yapışmaq məni qorxudur.
Heydər Əliyev keçmiş həmkarına
baxıb deyir:
- Maraqlıdır.
Həqiqətən
də maraqlı situasiya yaranırdı. Ziya Yusifzadənin MK-nın
üzvlüyünə namizəd seçilməsiylə
bağlı birinci katibin təklifini katiblik dəstəkləmişdi.
Bəs indi onun nüfuzu necə olsun? Bəs partiya intizamı? Əliyevi
başqalarının söhbətlərindən tanıyan
adamlar elə hesab edirdilər ki, o, öz qərarlarını
dəyişməyi xoşlamır və onunla bu xüsusda
mübahisə etməmək daha məsləhətdir. Əlbəttə, bu fikir tam elə deyil. Və Ziya Yusifzadənin təyinatının baş
tutmaması heç də yeganə fakt deyil, amma hər halda
bunun özü də sübut edir ki, həmsöhbətinin
arqumentləri inandırıcı, həqiqətə uyğun
olarsa, Heydər Əliyev öz qərarını dəyişə
bilərdi. Bəs onun nüfuzuna xələl
gəlmədimi? Partiya
inzibatçılarının başqa səbəb olmayanda
istinad etdikləri partiya intizamı pozulmadırmı? Ritorik suallardır.
- Yaxşı, - deyə Heydər Əliyev
Yusifzadənin işi olan qovluğu kənara itələdi, - bəs
indi neyləyək? Özün bilirsən ki,
burada təmiz, düzgün adamlara necə böyük ehtiyac
var.
- Başa düşürəm. Ona görə də bu vəzifəyə başqa
bir ləyaqətli insanı seçməyinizi xahiş edirəm.
Yusifzadə
DTK-da fəaliyyətini davam etdirdi, böyük intellektual
potensialını əks-kəşfiyyat və kəşfiyyat
işlərinə sərf etdi və general-leytenant rütbəsinə
qədər yüksəldi.
Sələfi
Heydər Əliyevlə söhbətində «bizim bütün
kadrlara eyni münasibət göstərməyin» vacibliyini
demişdi. Prinsipcə
belə olmalıdır, nə demək olar. Yəni obyektiv ol, insanları işə olan
düzgün münasibətinə görə qiymətləndir.
Daha keçmiş hakimiyyətə şəxsi
sədaqətə görə yox.
Yeni birinci katib tezliklə hiss etdirdi ki,
«bizim bütün kadrlarımıza eyni münasibət»
mümkün olmayacaq və partiya komitələrinin, nazirlik və
təşkilatların, ali məktəblərin
rəhbərliyində rüşvətxorlara, dələduzlara,
işbazlara yer qalmayacaq. Daxili İşlər
Nazirliyinə professional kəşfiyyatçı, büllur kimi
təmiz insan olan Arif Heydərov rəhbərlik etməyə
başladı. Əlbəttə, kəşfiyyat
öz istedadlı, bacarıqlı kadrından məhrum olmaq
istəmirdi, amma Andropov kömək etdi, Arif Heydərovu
Türkiyədən geri çağırıb daxili işlər
naziri təyin etdilər.
Biz arxivdə
Azərbaycan KP MK-nın baxdığı onlarla işi vərəqləmişik. Belə görünür
ki, vəzifəsindən, rütbəsindən asılı
olmayaraq, hamıya eyni tələbkarlıqla
yanaşılıb. SSRİ
DTK-sının sədr müavini İqor Sinitsinin fikrinə
görə, Heydər Əliyev korrupsiyaya nifrətinə və
bir çox işgüzar keyfiyyətlərinə görə
Yuri Vladimiroviç Andropova çox bənzəyirdi.
Bəzi faktlara nəzər salaq:
«Bizə göndərilən faktlara və
məktublara əsasən müəyyən edilmişdir ki, Azərbaycan
KP MK-nın Partiya Təşkilatı Komitəsinin sədr
müavini c. N. Bağırov özünü kommunist və
partiya işçisi kimi gözdən salan bəzi nalayiq hərəkətlərə
yol vermişdir. Bağırov məvacibinə
uyğun həyat tərzi keçirməmiş və
bunları ört-basdır etmək üçün bir
çox dələduz hərəkətlərə yol
vermişdir. Belə ki, o, bahalı
avtomobil, bağ sahəsi almış və orada böyük
malikanə, qaraj və hovuz tikdirmişdir. İstifadə
edilmiş tikinti materiallarının əksəriyyəti də
sənədsizdir.
Kommunistə və partiya işçisinə
yaraşmayan hərəkətlərinə, mənəvi
pozğunluğuna, öz vəzifə səlahiyyətlərindən
şəxsi məqsədləri üçün istifadə etdiyinə
görə Bağırov camal Nəsrəddin oğlu (1961-ci
ildən partiya üzvü, Partiya biletinin nömrəsi -
02800043) Azərbaycan KP MK-nın şöbə müdiri vəzifəsindən
azad edilsin və partiya sıralarından kənarlaşdırılsın».
Şamaxı
rayonunda Pedaqoji Texnikumda kütləvi rüşvətxorluq,
bundan əlavə ayrı-ayrı vəzifəli şəxslərin
dövlət əmlakını mənimsəməsi
hallarının üstü açılmışdır. Azərbaycan KP MK-sı Şamaxı Rayon
Partiya Komitəsinin katibi S. A. Sayılov yoldaşı vəzifəsindən
azad etmiş və Rayon Partiya Komitəsində kompleks yoxlama tədbirləri
apararaq, raykom katibinin «partiya məsuliyyətiylə
bağlı məsələyə baxılması barədə
sərəncam vermişdir».
Eyni hallar Kirovabad və Xaçmaz rayon
partiya komitələri üzrə, Respublika Tikinti və Tikinti
Materialları Sənayesi İşçilərinin Həmkarlar
İttifaqı Komitəsi, M. Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutu,
Respublika Prokurorluğu üzrə də müəyyənləşdirilmişdir.
Azərbaycan KP MK-nın birinci katibi
inanırdı ki, rüşvətxorluq və korrupsiya ilə
yalnız bu cür açıq mübarizə aparmaq lazımdır.
Hərçənd ki, belə açıq
mübarizəyə görə o, Moskvanın və digər
respublikalardakı həmkarlarının müəyyən təzyiqi
ilə də üzləşməli olurdu.
Heydər Əliyev özü bu barədə
belə deyirdi:
- Yadımdadır, 1975-ci ildə biz bir
raykom katibini işdən azad edib, partiyadan çıxarıb,
işini hüquq-mühafizə orqanlarına vermişdik və
bu məsələylə bağlı bütün
materialları respublika qəzetlərinin birində çox
geniş şəkildə dərc etdirmişdik. Həmin ərəfədə mənimlə
görüşən qonşu respublikalardan birinin Mərkəzi
Komitəsinin birinci katibi soruşdu ki, niyə belə edirsiniz?
Bu yaxınlarda bir çox rayon partiya komitələrinin
katibləri mənim yanıma gəlmişdilər. Onlar deyirdilər ki, Əliyev belə etməklə
ümumilikdə raykom institutunu gözdən salır. Mən ondan soruşdum ki, sizin özünüz bu
fikirlə razısınız? O dedi ki, razı deyiləm.
Amma belə məsələləri ictimaiyyətə
çatdırmağın da tərəfdarı deyiləm.
Mənsə cavab verdim ki, ikisini,
üçünü, beşini cəzalandırıb, bunu
bütün respublikanın nəzərinə
çatdırıram ki, digərləri ibrət
götürsünlər, belə neqativ addımlar atmaqdan
çəkinsinlər (11 mart 2001, Bakı,
Skandinaviya və Rusiya jurnalistlərinə verdiyi müsahibədən).
...Ümumittifaq Lenin Kommunist Gənclər
İttifaqının (ÜİLKGİ) ikinci katibi olan Boris
Pastuxovun Heydər Əliyevlə tanışlığı da
sözügedən 1970-ci illərə təsadüf edir. Boris
Nikolayeviç Bakıya, Azərbaycan
komsomolçularının qurultayına gəlmişdi. Heydər Əliyevin partiya rəhbəri kimi fəaliyyətini
yüksək qiymətləndirən Pastuxov, onun gənclərə
böyük qayğı ilə yanaşdığını
xüsusi qeyd edir.
Əliyev gənclərlə
yaxından məşğul olmaq
çağırışını ilk növbədə
özünə ünvanlayırdı. Respublikanın ilk Lenin təqaüdçü
gənclərinin və Moskvaya göndərilən
bacarıqlı tələbələrin sırasında
istedadlı riyaziyyatçı Fatma Abdullazadə də
vardı.
İndi
riyaziyyat elmləri doktoru olan Fatma xanım da, Prezidentin
özü də bunu unutmamışdı.
Boris Pastuxov xatırlayır:
- Biz Azərbaycan
komsomolçularının qurultayında kosmonavt Patsayevlə
birgə iştirak edirdik. Sonralar o, Dobrovolski və
Volkovla birgə uçuş zamanı həlak oldu. Mənə ən maraqlı gələn isə o idi
ki, Heydər Əliyev bu kosmonavtla ünsiyyətə
böyük maraq göstərir, onu həmişə
qeyri-formal şəraitdə kosmonavtika barədə
sorğu-suala çəkirdi. Mən ilk dəfə
o vaxt başa düşdüm ki, bu insan hər şeylə
maraqlanır, onda zərrə qədər də tənbəllik
yoxdur.
Yerinə yetirilmiş borc
1971-ci il martın 30-da
Moskvada Sov. İKP-nin XXIV qurultayı
açıldı. Aprelin biri, səhər
iclasında Heydər Əliyev çıxış edir.
O, ilk dəfədir ki, qurultayın tribunasındadır. Özünü çox sərbəst aparır,
kifayət qədər inamlıdır.
O, respublika sənayesinin ümumi
inkişafdan geri qalmasının aradan
qaldırılmasından və bir il əvvəl
Sov. İKP MK-da, SSRİ Nazirlər Sovetində qəbul
olunmuş «Azərbaycan SSR-də xalq və kənd təsərrüfatı
sahələrinin inkişafına dair tədbirlər planı»nın həyata keçirilməsindən danışır:
- Bu beşillikdə Azərbaycanda yüzə
qədər yeni sənaye müəssisəsinin tikilib istifadəyə
verilməsi planlaşdırılır. Bu,
ötən «beşillik»dəkindən demək olar ki, iki dəfə
çoxdur. Respublikamızda
maşınqayırma sənayesinin yeni sahələri
yaradılacaq, neftayırma sənayesi, dəmiryol nəqliyyatı
rekonstruksiya ediləcək, kimya, yeyinti və digər sənaye
sahələrinin yüksək sürətlə
inkişafına təkan veriləcək.
Beş il sonra isə o,
artıq XXV qurultayın tribunasından fəxrlə deyirdi:
- Böyük qürur hissi ilə deyə
bilərəm ki, Azərbaycanın qarşısında
qoyulmuş vəzifələr uğurla həyata
keçirilmişdir. İqtisadiyyatın
uzunmüddətli geriləməsi aradan
qaldırılmış və onun inkişafında
dönüş yaranmışdır. Uzun
illər ərzində ilk dəfədir ki, əsas iqtisadi
göstəricilər üzrə beşillik plan artıqlamasıyla
yerinə yetirilmişdir. Azərbaycan xalq təsərrüfatının
inkişafında əvvəllər görünməyən
yüksək göstəricilər əldə etmişdir.
2000-ci ilin
mayında Azərbaycanın Prezidenti Gəncə şəhərinə
gəlmişdi. O, Gil-Torpaq
Emalı Birliyinin işçiləriylə də
görüşdü. Bu istehsalat birliyi ilk məhsulunu
1969-cu ildə istehsal etmişdi. Hiss olunurdu ki, o vaxtkı
əlamətdar hadisəni xatırlamaq Heydər Əliyev
üçün nə qədər xoşdur.
Həmin görüşdə Prezident
demişdi:
- 1969-cu ildə mən respublikanın rəhbəri
seçilmişdim. O vaxt bu kombinat yarımçıq vəziyyətdəydi.
Tikinti-montaj işləri başa
çatdırılmamışdı, bəzi sexlər isə
hələ heç tikilməmişdi. Bununla
bərabər, kombinat işə başlamışdı.
O vaxtlar kombinatın vəziyyəti, tikintinin gedişatı,
demək olar ki, hər gün müzakirə olunurdu. Proseslər çətinliklə gedirdi.
Yaxşı ki, indi burada çox yüksək ixtisaslı
kollektiv formalaşdırılıb; mühəndislər,
texniklər... Amma o vaxt belə deyildi.
İstehsalatın qaydaya salınması üçün
kadrlar az idi. Kadrların
çoxunu Rusiyadan və SSRİ-nin başqa vilayətlərindən
dəvət edirdik.
Maraqlıdır ki, otuz il
keçməsinə baxmayaraq, Heydər Əliyev kombinatın
o vaxtkı direktorunun soyadını da xatırladı: Yamov.
Xülasə, zavod istifadəyə verildi,
lakin bundan sonra ortaya elə problemlər çıxdı ki,
layihələşdirilən zaman onları unutmuşdular: əgər
unutmamışdılarsa da, müəyyən qədər
maddi vəsaitə qənaət etmək üçün bu
problemləri nəzərə almamışdılar. Çünki təmizləyici qurğulara o vaxt bir o
qədər də əhəmiyyət verən yox idi. Zavod işə düşdükdən sonra
bütün şəhər, ilk növbədə isə Nizami
Gəncəvinin yaxınlıqda yerləşən məqbərəsi
toz dumanına bürünməyə başladı. İlk olaraq, mədəniyyət və incəsənət
xadimləri həyəcan siqnalı verdilər. Mütəfəkkirin
bu fikirlərini xatırlatdılar:
Bu ana torpağa baş əysən əgər,
Onun hər
qarışı sənə verər zər.
- Yadımdadır, - deyə Heydər Əliyev
xatırlayırdı, - şair Rəsul Rza, Süleyman
Rüstəm, bəstəkar Qara Qarayev, Fikrət Əmirov və
başqa bir neçə nüfuzlu mədəniyyət xadimi mənə
məktubla müraciət etdilər. Onlar Nizami məqbərəsinin
belə acınacaqlı hala düşməsindən narahatçılıqlarını
bildirirdilər. Ziyalılar fikirləşirdilər
ki, əgər burada belə böyük bir müəssisə
tikilibsə, yəqin ki, onu harasa köçürtmək
mümkün olmaz, elə isə Nizaminin məqbərəsi
bir başqa yerə köçürülsün, yoxsa tamamilə
bərbad vəziyyətə düşəcək. Dəqiq
yadımdadır, qarşıma iki çıxış yolu
qoyulmuşdu: ya kombinatı dayandırmaq, ya da məqbərəni
başqa yerə köçürtmək. Bu cür
kombinatları hər il tikmək
mümkündür, amma Nizami bizim üçün elə qiymətli
xəzinədir ki, onu heç nə ilə müqayisə etmək
olmaz. Buna görə də məqbərənin
yerinin dəyişdirilməsi bizimçün mənəvi cəhətdən
də çox ağır idi və biz heç vaxt bu
addımı ata bilməzdik.
Yerində bu
məsələni həll etmək mümkün olmadı. MK-nın birinci katibi kömək
üçün Moskvaya müraciət etdi. Onu paytaxtda
SSRİ Nazirlər Sovetinin sədri Aleksey NIkolayeviç
Kosıgin qəbul etdi və birbaşa dedi:
- Əgər
hər hansı bir işi başlamısınızsa,
yarımçıq saxlamayın, başa vurun. Yoxsa hər dəfə gəlib şikayət
edirsiniz ki, oranı toz basdı, buraya duman gəldi…
«Söyləyin, o, təmiz adamdırmı?»
Onlar bir də neçə il
sonra Bakıda görüşdülər. Bobkov soruşdu:
- Rüşvətxorluğa qalib gələ
bildinmi?
Heydər Əliyev cavab verdi:
- Hələlik ona təminat verə bilərəm
ki, Azərbaycan MK-da heç kim
rüşvət almır.
Bəs Sov. İKP MK-da?
Sadəlövh sualdır. Elə həmin
Bobkov «DTK və hakimiyyət» kitabında yazır: «Brejnevə
ağlasığmaz bahalı hədiyyələr verirdilər;
məsələn, əziz Leonid İliçə
Gürcüstanda qızıl samovar vermişdilər. Özbəkistanda respublikanın birinci katibi Şərəf
Rəşidov Sov. İKP MK-nın Siyasi
Bürosunun üzvü Kirilenkoya xanımı və
qızı üçün məxsusi aşılanmış
qaragül dərisindən kürklər hədiyyə
etmişdi».
Hamı, daha
doğrusu, demək olar ki, hamı rüşvət
alırdı. SSRİ
DTK-sının sədr müavini kimi informasiyalı bir
adamın dediyinə görə, almayan cəmi bir neçə
adam vardı: A. N. Kosıgin, Y. N. Andropov...
Onların da ətrafına təmiz,
düzgün əxlaqlı təşkilatçı adamlar
toplaşmışdı. Respublikalarda da belələri az deyildi. Ukraynada Vladimir Vasilyeviç
Şerbitski, Aleksandr Pavloviç Lyaşko, Belorusiyada Pyotr
Mironoviç Maşerov, Azərbaycanda Heydər Əliyev,
Sverdlovskda Nikolay İvanoviç Rıjkov, Krasnoyar vilayətində
Vladimir İvanoviç Dolgix, Saratovda Vladimir Kuzmiç Qusev
kimiləri yeni formasiyaya məxsus partiya və dövlət
xadimləriydilər. Onlar xalqa xidmət etməyi
adi öhdəçilik kimi boş bir şey yox, həqiqətən
yüksək ideal hesab edirdilər.
Azərbaycana
rəhbərlik etməyə başlayanda Heydər Əliyev,
demək olar ki, respublikanın kadr korpusunu artıq
yaxşı tanıyırdı. Kimləri vəzifədən
uzaqlaşdırmağın lazım gəldiyini, hansı sahələri
möhkəmlədəcəyini əvvəlcədən
bilirdi. Vəzifəyə təyin etmək
üçün yeni kadrı ona təqdim edəndə ən
birinci sualı bu olurdu: «Deyin görüm, o, düzgün, təmiz
adamdırmı?» Yalnız
bundan sonra təqdim olunan kadrın ixtisas göstəriciləri,
insanlarla işləmək bacarığı və savadı
ilə maraqlanırdı.
Onun üçün namizədin təmiz adam olması əsas idi. Əks
halda rüşvətxorluq halqasını qırmaq
qeyri-mümkün idi. Azərbaycanda
altmışıncı illər üçün tipik olan bir
hadisə: sovxoz direktorunu rüşvətxorluq üstündə
işdən çıxarırlar. Elə o saat
da başqa bir rayonda eyni vəzifəyə təyin edirlər.
Kommunist Ramiz Tahir oğlu Tahirov Mərkəzi Komitəyə
yazır:
«Xahiş edirəm
ki, mənim bu kiçik məktubumu diqqətlə
oxuyasınız. Məncə,
fikirlərim bizim xalqımız, dövlətimiz, partiyamız
üçün çox vacibdir...» Laqeyd olmağı bacarmayan
bu adam məhv edilmiş üzüm, ərik
bağları haqqında, hər il 20-30 hektar sahəyə
qarpız əkib pulunu öz cibinə qoyan işbazlar barədə
ürək ağrısı ilə yazırdı. O bildirirdi
ki, bu, dövləti və xalqı aldatmaqdan başqa bir
şey deyil. Başqa bir rayonda kolxozçular dələduzluqda
ad çıxarmış bir kolxoz sədrini qəbul etməkdən
qəti imtina etmişdilər. Rayon partiya
komitəsinin katibi keçirilən iclasa milis
çağırmışdı. Kolxozçular isə
qışqıraraq ona cavab vermişdilər: «Biz qəzet,
jurnal oxuyuruq. İndi ayrı zamandır, daha hədə-qorxu
ilə, milisin təzyiqi ilə kolxoz sədri seçmirlər...»
Səfəvilər dövründə (XVI əsr) valini
soruşanda deyirdilər: «Sizin vilayəti kim yeyir?» Bəli, idarə edir yox, məhz yeyir...
Lakin
MK-nın birinci katibi Heydər Əliyev tamam başqa cür
düşünürdü. Onun fikrincə, partiya işinə
perspektivli, gənc, enerjili, professional cəhətdən
yaxşı hazırlığı olan və təmiz adamlar
lazım idi.
Rayonlara rəhbər təyin edəndə
KP MK-nın birinci katibinin ilk məsləhəti belə olurdu:
«Nəzərə alın ki, hamı raykomun katibinə baxır.
Onun necə danışmağı, necə
oturub-durmağı, hətta maşına əyləşməyi
həmişə diqqət mərkəzində olur. Raykom
katibi vəzifəsində olsanız da, özünüzü
partiya çinovniki kimi yox, sadə adam kimi
aparın».
O vaxt Bakıda on rayon, deməli, on rayon
partiya komitəsinin I katibi (raykom) vardı. Sonralar
Heydər Əliyevə irad tuturdular ki, guya, o, yalnız öz
naxçıvanlılarını irəli çəkir.
Lakin Bakının raykom katibləri arasında
bir nəfər də olsun naxçıvanlı yox idi. Məsəlçün, Oktyabr (indiki Yasamal) rayonuna
bakılı, Qaradağ rayonuna milliyyətcə rus, Kirov
rayonuna isə erməni rəhbərlik edirdi. Daha bir kadrı Şamaxıdan dəvət
etmişdilər. Yox, burada qohumbazlıqdan
söhbət gedə bilməzdi. Onların
hər biri özlərini elmdə, istehsalatda təsdiq
etmiş, cəmiyyətdə nüfuz qazanmış insanlar
idi.
Təmizliyinə
əmin olduğu kadrlar barədə yazılan anonim məktublara
da Heydər Əliyev heç vaxt ciddi əhəmiyyət
vermirdi. Yəqin
ki, özü də yuxarılardan özünə
qarşı eyni münasibəti gözləyirdi. Lakin Moskvada işlədiyi müddət ərzində
MK-ya və Nazirlər Sovetinə onun haqqında anonim məktublar
gələndə bircə Nikolay İvanoviç Rıjkov bu məktublara
yox, Heydər Əliyevin özü də inanmışdı.
Hər şeyi kadrlar həll edir
Siyasətçi,
dövlət adamı və ya ictimai xadim, təsərrüfatçı
vəzifə pillələriylə nə qədər
yuxarı qalxırsa, o qədər tez-tez kadrlarla bağlı
qərarlar qəbul etməli olur. Bu böyük oyunda səhv addımlar da
istisna deyil. Bu səhvlərdən nə
prezidentlər, nə imperatorlar, nə də baş katiblər
sığortalanıblar. Kadr siyasəti barədə
professorlar, alimlər çoxsaylı kitablar yazıblar,
ağıllı məsləhətlər veriblər.
Amma insanın şüuru belə qurulub: o çox vaxt
yalnız şəxsən tanıdığı adamlara etibar
edir. Məhz bu səbəbdən Brejnevin vaxtında onunla
şəxsən işləmiş Dnepropetrovsk kadrları,
Yeltsinin vaxtında Ural kadrları, Putinin vaxtında Peterburq
kadrları Moskvaya dəvət olunur, irəli çəkilirdilər.
Respublikaya rəhbərlik
etməyə başlayan Heydər Əliyev də, əsasən,
öz çekist kolleqalarına bel bağlayırdı. MK-nın büro üzvləri
və öz katibləriylə kadr məsələlərini
müzakirə edəndə, o, DTK-nın əks-kəşfiyyat
idarəsinin rəis müavini Ziya Məmməd oğlu Yusifzadəni
MK-nın inzibati orqanlar şöbəsinə müdir təklif
etmişdi. Heydər Əliyev Ziya Yusifzadənin
insani və işgüzar keyfiyyətlərini hələ komitədə
həmkar olduğu vaxtlarda qiymətləndirə bilmişdi.
Əmin idi ki, o, respublikanın bütün
hüquq-mühafizə orqanlarının tabe olduğu
MK-nın inzibati orqanlar şöbəsinin işinin öhdəsindən
uğurla gələcək. Beləliklə,
MK-nın üzvlüyünə namizədlərin
sırasına Ziya Yusifzadənin adı da əlavə olundu.
DTK-da işlədiyi müddətdə o, ali
partiya rəhbərliyinə daxil deyildi, buna görə də
MK-nın üzvlüyünə namizədliyi onun
karyerasında bir yüksəliş kimi qiymətləndirilirdi.
Hamı zəng vurub onu təbrik edirdi.
Bir-iki gün gözlədikdən sonra Ziya
birinci katibə zəng vurdu:
- Heydər Əliyeviç, məni nəyə
görə MK üzvlüyünə namizəd seçdilər?
Zənglərin əlindən işləmək
olmur.
cavab qısa oldu:
- Bir azdan biləcəksən.
İki
gün sonra Heydər Əliyev onu öz kabinetinə
çağırıb yeni vəzifəyə təyin
olunması barədə məlumat vermişdi. Birinci katib əmin idi ki,
Ziya Yusifzadə razılıq verəcək. Amma Ziya
öz karyerasının istiqamətinin dəyişəcəyini
görüb az qala yalvarmağa
başladı. Xatırlatdı ki, təhlükəsizlik
orqanlarında işə başlamazdan əvvəl də xeyli
düşünmüşdü, axırda özünü bu sənətə
həsr etmək qərarına gəlmişdi.
- İndi-indi
bu işə alışıram, sizə məlum olan əməliyyatları
aparıram. Yenidən fəaliyyət sahəsini dəyişib,
bilmədiyim işdən yapışmaq məni qorxudur.
Heydər Əliyev keçmiş həmkarına
baxıb deyir:
- Maraqlıdır.
Həqiqətən
də maraqlı situasiya yaranırdı. Ziya Yusifzadənin MK-nın
üzvlüyünə namizəd seçilməsiylə
bağlı birinci katibin təklifini katiblik dəstəkləmişdi.
Bəs indi onun nüfuzu necə olsun? Bəs partiya intizamı? Əliyevi
başqalarının söhbətlərindən tanıyan
adamlar elə hesab edirdilər ki, o, öz qərarlarını
dəyişməyi xoşlamır və onunla bu xüsusda
mübahisə etməmək daha məsləhətdir. Əlbəttə, bu fikir tam elə deyil. Və Ziya Yusifzadənin təyinatının baş
tutmaması heç də yeganə fakt deyil, amma hər halda
bunun özü də sübut edir ki, həmsöhbətinin
arqumentləri inandırıcı, həqiqətə uyğun
olarsa, Heydər Əliyev öz qərarını dəyişə
bilərdi. Bəs onun nüfuzuna xələl
gəlmədimi? Partiya
inzibatçılarının başqa səbəb olmayanda
istinad etdikləri partiya intizamı pozulmadırmı? Ritorik suallardır.
- Yaxşı, - deyə Heydər Əliyev
Yusifzadənin işi olan qovluğu kənara itələdi, - bəs
indi neyləyək? Özün bilirsən ki,
burada təmiz, düzgün adamlara necə böyük ehtiyac
var.
- Başa düşürəm. Ona görə də bu vəzifəyə başqa
bir ləyaqətli insanı seçməyinizi xahiş edirəm.
Yusifzadə
DTK-da fəaliyyətini davam etdirdi, böyük intellektual
potensialını əks-kəşfiyyat və kəşfiyyat
işlərinə sərf etdi və general-leytenant rütbəsinə
qədər yüksəldi.
Sələfi
Heydər Əliyevlə söhbətində «bizim bütün
kadrlara eyni münasibət göstərməyin» vacibliyini
demişdi. Prinsipcə
belə olmalıdır, nə demək olar. Yəni obyektiv ol, insanları işə olan
düzgün münasibətinə görə qiymətləndir.
Daha keçmiş hakimiyyətə şəxsi
sədaqətə görə yox.
Yeni birinci katib tezliklə hiss etdirdi ki,
«bizim bütün kadrlarımıza eyni münasibət»
mümkün olmayacaq və partiya komitələrinin, nazirlik və
təşkilatların, ali məktəblərin
rəhbərliyində rüşvətxorlara, dələduzlara,
işbazlara yer qalmayacaq. Daxili İşlər
Nazirliyinə professional kəşfiyyatçı, büllur
kimi təmiz insan olan Arif Heydərov rəhbərlik etməyə
başladı. Əlbəttə, kəşfiyyat
öz istedadlı, bacarıqlı kadrından məhrum olmaq
istəmirdi, amma Andropov kömək etdi, Arif Heydərovu
Türkiyədən geri çağırıb daxili işlər
naziri təyin etdilər.
Biz arxivdə
Azərbaycan KP MK-nın baxdığı onlarla işi vərəqləmişik. Belə görünür
ki, vəzifəsindən, rütbəsindən asılı
olmayaraq, hamıya eyni tələbkarlıqla
yanaşılıb. SSRİ
DTK-sının sədr müavini İqor Sinitsinin fikrinə
görə, Heydər Əliyev korrupsiyaya nifrətinə və
bir çox işgüzar keyfiyyətlərinə görə
Yuri Vladimiroviç Andropova çox bənzəyirdi.
Bəzi faktlara nəzər salaq:
«Bizə göndərilən faktlara və
məktublara əsasən müəyyən edilmişdir ki, Azərbaycan
KP MK-nın Partiya Təşkilatı Komitəsinin sədr
müavini c. N.Bağırov özünü kommunist və
partiya işçisi kimi gözdən salan bəzi nalayiq hərəkətlərə
yol vermişdir. Bağırov məvacibinə
uyğun həyat tərzi keçirməmiş və
bunları ört-basdır etmək üçün bir
çox dələduz hərəkətlərə yol
vermişdir. Belə ki, o, bahalı
avtomobil, bağ sahəsi almış və orada böyük
malikanə, qaraj və hovuz tikdirmişdir. İstifadə
edilmiş tikinti materiallarının əksəriyyəti də
sənədsizdir.
Kommunistə və partiya işçisinə
yaraşmayan hərəkətlərinə, mənəvi
pozğunluğuna, öz vəzifə səlahiyyətlərindən
şəxsi məqsədləri üçün istifadə
etdiyinə görə Bağırov camal Nəsrəddin
oğlu (1961-ci ildən partiya üzvü, Partiya biletinin
nömrəsi - 02800043) Azərbaycan KP MK-nın şöbə
müdiri vəzifəsindən azad edilsin və partiya
sıralarından kənarlaşdırılsın».
Şamaxı
rayonunda Pedaqoji Texnikumda kütləvi rüşvətxorluq,
bundan əlavə ayrı-ayrı vəzifəli şəxslərin
dövlət əmlakını mənimsəməsi
hallarının üstü açılmışdır. Azərbaycan KP MK-sı
Şamaxı Rayon Partiya Komitəsinin katibi S.A.Sayılov
yoldaşı vəzifəsindən azad etmiş və Rayon
Partiya Komitəsində kompleks yoxlama tədbirləri apararaq,
raykom katibinin «partiya məsuliyyətiylə bağlı məsələyə
baxılması barədə sərəncam vermişdir».
Eyni hallar Kirovabad və Xaçmaz rayon
partiya komitələri üzrə, Respublika Tikinti və Tikinti
Materialları Sənayesi İşçilərinin Həmkarlar
İttifaqı Komitəsi, M. Əliyev adına
Azərbaycan Dövlət İncəsənət İnstitutu,
Respublika Prokurorluğu üzrə də müəyyənləşdirilmişdir.
Azərbaycan KP MK-nın birinci katibi
inanırdı ki, rüşvətxorluq və korrupsiya ilə
yalnız bu cür açıq mübarizə aparmaq
lazımdır. Hərçənd ki, belə
açıq mübarizəyə görə o, Moskvanın və
digər respublikalardakı həmkarlarının müəyyən
təzyiqi ilə də üzləşməli olurdu.
Heydər Əliyev özü bu barədə
belə deyirdi:
- Yadımdadır, 1975-ci ildə biz bir
raykom katibini işdən azad edib, partiyadan çıxarıb,
işini hüquq-mühafizə orqanlarına vermişdik və
bu məsələylə bağlı bütün
materialları respublika qəzetlərinin birində çox
geniş şəkildə dərc etdirmişdik. Həmin ərəfədə mənimlə
görüşən qonşu respublikalardan birinin Mərkəzi
Komitəsinin birinci katibi soruşdu ki, niyə belə edirsiniz?
Bu yaxınlarda bir çox rayon partiya komitələrinin
katibləri mənim yanıma gəlmişdilər. Onlar deyirdilər ki, Əliyev belə etməklə
ümumilikdə raykom institutunu gözdən salır. Mən ondan soruşdum ki, sizin özünüz bu
fikirlə razısınız? O dedi ki, razı deyiləm.
Amma belə məsələləri ictimaiyyətə
çatdırmağın da tərəfdarı deyiləm.
Mənsə cavab verdim ki, ikisini,
üçünü, beşini cəzalandırıb, bunu
bütün respublikanın nəzərinə
çatdırıram ki, digərləri ibrət
götürsünlər, belə neqativ addımlar atmaqdan
çəkinsinlər (11 mart 2001, Bakı,
Skandinaviya və Rusiya jurnalistlərinə verdiyi müsahibədən).
...Ümumittifaq Lenin Kommunist Gənclər
İttifaqının (ÜİLKGİ) ikinci katibi olan Boris
Pastuxovun Heydər Əliyevlə tanışlığı da
sözügedən 1970-ci illərə təsadüf edir. Boris
Nikolayeviç Bakıya, Azərbaycan
komsomolçularının qurultayına gəlmişdi. Heydər Əliyevin partiya rəhbəri kimi fəaliyyətini
yüksək qiymətləndirən Pastuxov, onun gənclərə
böyük qayğı ilə yanaşdığını
xüsusi qeyd edir.
Əliyev gənclərlə
yaxından məşğul olmaq
çağırışını ilk növbədə
özünə ünvanlayırdı. Respublikanın ilk Lenin təqaüdçü
gənclərinin və Moskvaya göndərilən
bacarıqlı tələbələrin sırasında
istedadlı riyaziyyatçı Fatma Abdullazadə də
vardı.
İndi
riyaziyyat elmləri doktoru olan Fatma xanım da, Prezidentin
özü də bunu unutmamışdı.
Boris Pastuxov xatırlayır:
- Biz Azərbaycan
komsomolçularının qurultayında kosmonavt Patsayevlə
birgə iştirak edirdik. Sonralar o, Dobrovolski və
Volkovla birgə uçuş zamanı həlak oldu. Mənə ən maraqlı gələn isə o idi
ki, Heydər Əliyev bu kosmonavtla ünsiyyətə
böyük maraq göstərir, onu həmişə
qeyri-formal şəraitdə kosmonavtika barədə
sorğu-suala çəkirdi. Mən ilk dəfə
o vaxt başa düşdüm ki, bu insan hər şeylə
maraqlanır, onda zərrə qədər də tənbəllik
yoxdur.
Yerinə yetirilmiş borc
1971-ci il martın 30-da
Moskvada Sov. İKP-nin XXIV qurultayı
açıldı. Aprelin biri, səhər
iclasında Heydər Əliyev çıxış edir.
O, ilk dəfədir ki, qurultayın tribunasındadır. Özünü çox sərbəst aparır,
kifayət qədər inamlıdır.
O, respublika sənayesinin ümumi
inkişafdan geri qalmasının aradan
qaldırılmasından və bir il əvvəl
Sov. İKP MK-da, SSRİ Nazirlər Sovetində qəbul
olunmuş «Azərbaycan SSR-də xalq və kənd təsərrüfatı
sahələrinin inkişafına dair tədbirlər planı»nın həyata keçirilməsindən
danışır:
- Bu beşillikdə Azərbaycanda yüzə
qədər yeni sənaye müəssisəsinin tikilib istifadəyə
verilməsi planlaşdırılır. Bu,
ötən «beşillik»dəkindən demək olar ki, iki dəfə
çoxdur. Respublikamızda
maşınqayırma sənayesinin yeni sahələri
yaradılacaq, neftayırma sənayesi, dəmiryol nəqliyyatı
rekonstruksiya ediləcək, kimya, yeyinti və digər sənaye
sahələrinin yüksək sürətlə
inkişafına təkan veriləcək.
Beş il sonra isə o,
artıq XXV qurultayın tribunasından fəxrlə deyirdi:
- Böyük qürur hissi ilə deyə
bilərəm ki, Azərbaycanın qarşısında
qoyulmuş vəzifələr uğurla həyata
keçirilmişdir. İqtisadiyyatın
uzunmüddətli geriləməsi aradan
qaldırılmış və onun inkişafında
dönüş yaranmışdır. Uzun
illər ərzində ilk dəfədir ki, əsas iqtisadi
göstəricilər üzrə beşillik plan
artıqlamasıyla yerinə yetirilmişdir. Azərbaycan xalq təsərrüfatının
inkişafında əvvəllər görünməyən
yüksək göstəricilər əldə etmişdir.
2000-ci ilin
mayında Azərbaycanın Prezidenti Gəncə şəhərinə
gəlmişdi. O, Gil-Torpaq
Emalı Birliyinin işçiləriylə də
görüşdü. Bu istehsalat birliyi ilk məhsulunu
1969-cu ildə istehsal etmişdi. Hiss olunurdu ki, o vaxtkı
əlamətdar hadisəni xatırlamaq Heydər Əliyev
üçün nə qədər xoşdur.
Həmin görüşdə Prezident
demişdi:
- 1969-cu ildə mən respublikanın rəhbəri
seçilmişdim. O vaxt bu kombinat yarımçıq vəziyyətdəydi.
Tikinti-montaj işləri başa
çatdırılmamışdı, bəzi sexlər isə
hələ heç tikilməmişdi. Bununla
bərabər, kombinat işə başlamışdı.
O vaxtlar kombinatın vəziyyəti, tikintinin gedişatı,
demək olar ki, hər gün müzakirə olunurdu. Proseslər çətinliklə gedirdi.
Yaxşı ki, indi burada çox yüksək ixtisaslı
kollektiv formalaşdırılıb; mühəndislər,
texniklər... Amma o vaxt belə deyildi.
İstehsalatın qaydaya salınması üçün
kadrlar az idi. Kadrların
çoxunu Rusiyadan və SSRİ-nin başqa vilayətlərindən
dəvət edirdik.
Maraqlıdır ki, otuz il
keçməsinə baxmayaraq, Heydər Əliyev kombinatın
o vaxtkı direktorunun soyadını da xatırladı: Yamov.
Xülasə, zavod istifadəyə verildi,
lakin bundan sonra ortaya elə problemlər çıxdı ki,
layihələşdirilən zaman onları unutmuşdular: əgər
unutmamışdılarsa da, müəyyən qədər
maddi vəsaitə qənaət etmək üçün bu
problemləri nəzərə almamışdılar. Çünki təmizləyici qurğulara o vaxt bir o
qədər də əhəmiyyət verən yox idi. Zavod işə düşdükdən sonra
bütün şəhər, ilk növbədə isə
Nizami Gəncəvinin yaxınlıqda yerləşən məqbərəsi
toz dumanına bürünməyə başladı. İlk olaraq, mədəniyyət və incəsənət
xadimləri həyəcan siqnalı verdilər. Mütəfəkkirin
bu fikirlərini xatırlatdılar:
Bu ana torpağa baş əysən əgər,
Onun hər
qarışı sənə verər zər.
- Yadımdadır, - deyə Heydər Əliyev
xatırlayırdı, - şair Rəsul Rza, Süleyman
Rüstəm, bəstəkar Qara Qarayev, Fikrət Əmirov və
başqa bir neçə nüfuzlu mədəniyyət xadimi mənə
məktubla müraciət etdilər. Onlar Nizami məqbərəsinin
belə acınacaqlı hala düşməsindən
narahatçılıqlarını bildirirdilər. Ziyalılar fikirləşirdilər ki, əgər
burada belə böyük bir müəssisə tikilibsə, yəqin
ki, onu harasa köçürtmək mümkün olmaz, elə
isə Nizaminin məqbərəsi bir başqa yerə
köçürülsün, yoxsa tamamilə bərbad vəziyyətə
düşəcək. Dəqiq yadımdadır,
qarşıma iki çıxış yolu qoyulmuşdu: ya
kombinatı dayandırmaq, ya da məqbərəni başqa yerə
köçürtmək. Bu cür kombinatları hər il tikmək mümkündür, amma Nizami bizim
üçün elə qiymətli xəzinədir ki, onu
heç nə ilə müqayisə etmək olmaz. Buna görə də məqbərənin yerinin dəyişdirilməsi
bizimçün mənəvi cəhətdən də
çox ağır idi və biz heç vaxt bu addımı
ata bilməzdik.
Yerində bu
məsələni həll etmək mümkün olmadı. MK-nın birinci katibi kömək
üçün Moskvaya müraciət etdi. Onu paytaxtda
SSRİ Nazirlər Sovetinin sədri Aleksey NIkolayeviç
Kosıgin qəbul etdi və birbaşa dedi:
- Əgər
hər hansı bir işi başlamısınızsa,
yarımçıq saxlamayın, başa vurun. Yoxsa hər dəfə gəlib şikayət
edirsiniz ki, oranı toz basdı, buraya duman gəldi…
Kosıgin Əliyevə
Kirovabad kombinatıyla bağlı hadisəni
danışdı.
...50-ci illərin əvvəllərində
Azərbaycan KP MK-nın birinci katibi Mircəfər
Bağırov Moskvaya, İosif Vissarionoviç Stalinin
yanına gəlib Daşkəsəndən gətirdiyi alunit
nümunələrini ona göstərir və böyük
qürurla qeyd edir ki, bu mineraldan qlinozem - gil-torpaq
alınır. Gil-torpaq olmadan isə, hamıya məlumdur ki,
alüminium - qanadlı metal istehsal etmək mümkün deyil.
Dünya praktikasında qlinozemi, adətən,
boksitlərdən əldə edirlər. İndi
isə boksitlər çatışmadığından xarici
ölkələrdən idxal edilirdi.
Bir sözlə,
Stalin Bağırovun Azərbaycanda strateji cəhətdən
vacib olan gil-torpaq istehsal edən müəssisənin
yaradılması təklifini qəbul edir və o vaxt Nazirlər
Soveti üzrə köməkçisi olan Kosıginə bu məsələ
ilə məşğul olmağı tapşırır.
- Mən də məşğul olmağa
başladım, - deyə Kosıgin sözünə davam edir.
- Layihələr hazırlandı, oraya mütəxəssislər
göndərildi, indi isə siz mənim yanıma hər dəfə
bir şikayətlə gəlirsiniz.
O uzaq illərdəki
görüşünü yadına salan Prezident tez-tez
özünə sual verirdi ki, görəsən mən səhv
etməmişəm ki?
-Yox, səhv etməmişəm. Çünki alunit həqiqətən də təbiətin
bizə bəxş etdiyi əhəmiyyətli bir sərvətdir
və biz ondan istifadə etməliyik. Lakin
elə yüksək səviyyəli texnologiyalardan istifadə
etməliyik ki, istədiyimiz xammalı əldə etməklə
bərabər, ətraf mühiti də zəhərləməyək.
MK-nın
birinci katibinin göstərişiylə respublikanın görkəmli
alimlərindən və mütəxəssislərindən ibarət
nüfuzlu bir komissiya yaradılır. Beləliklə, Azərbaycan ədəbiyyatının
korifeyini yaxınlığındakı yeni sənaye nəhəngi
ilə «barışdırmaq» mümkün oldu. İndi Gəncədən çıxarılan
gil-torpaq emal edilmək üçün Rusiyaya və Tacikistana
aparılır. Müəssisənin gözəl
perspektivləri var, həm də respublika üçün əhəmiyyətli
olan yeni iş yerlərinin açılması deməkdir.
2000-ci ilin həmin may günlərində
Heydər Əliyev cihazqayırma İstehsalat Birliyində də
oldu. Burada başqa sənaye məhsullarıyla
yanaşı, soyuq və isti su sayğacları da istehsal
olunurdu. Yenə də Heydər Əliyev 70-ci illəri
xatırladı:
- 1975-ci ildə biz Azərbaycanın
cihazqayırma sənayesinin inkişafı üçün
çox əhəmiyyətli olan bir qərar qəbul etdik. Əslinə qalanda, bu qərar bizim yox, Sov. İKP MK-nın və SSRİ Nazirlər Sovetinin qərarıydı,
bizsə bu qərara uyğun olaraq, Azərbaycanda bir çox
cihazqayırma müəssisələri yaratdıq. Həmin
qərarın fəaliyyət planında bu zavodun inkişafı
da nəzərdə tutulmuşdu... Zavodun
böyük gələcəyi var. Bu, məni çox
sevindirir, çünki vaxtilə mən bu zavodun tikilməsi və
modernləşdirilməsi üçün çox işlər
görmüşdüm. Bu gün bir daha əmin
oluram ki, zəhmətim hədər getməyib, indi öz bəhrəsini
verir. Bu zavodun məhsulları həm Azərbaycana,
həm də xarici bazara çox lazımdır.
İndi bir
çoxları sovet dövrünü yalnız qara rənglərlə
təsvir edir. Yadımdadır ki, 1990-cı ildə Moskvada «Sadovoye
Koltso» ətrafına yığılmış
nümayişçilər «73» rəqəmini transparanta
yazıb üstündən də qırmızı xətt
çəkmişdilər. 73 rəqəmi sovet hakimiyyətinin
rəmzi kimi yazılmışdı.
Amma tezliklə
bu adamlar ayıldılar. Ölkədə elmi-tədqiqat institutları
bağlandı, elmi işçilər, elmlər namizədləri,
doktorlar ixtisara salındı. Elə bil ki, bu adamlara bazar
iqtisadiyyatında öz yerlərini göstərirdilər -
buyurun, gedin metro stansiyalarında siqaret, saqqız satın,
pal-paltar alveriylə məşğul olun...
Mərkəz.- 2010.- 26 oktyabr.- S.
10-11.