«Quran elm»

 

XXV söhbət

 

Heyvan topluluqları

 

Qurani-Kərim heyvanların topluluq təşkil etdiklərinə onların da insanlar kimi toplum halında yaşadıqlarına işarə etmişdir. Ənam surəsinin 38-ci ayəsində Allah-təala buyurur:

"Yerdə gəzən elə bir heyvan, qanadları ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın (sizin kimi, cəmiyyət, toplum halında yaşamasın).

Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar (bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir".

Ayədən məlum olur ki, toplum halında yaşayan quşlar öz həyatlarını belə bir toplum içərisində davam etdirə bilmələri üçün müəyyən qayda-qanunlara tabedirlər.

Heyvanların, quşların ağlı olmadığı, onların həyatları boyu müəyyən instinktlərə malik olduğu, təhtəlşüurla hərəkət etdikləri elm tərəfindən qətiyyətlə sübut edilmişdir. Düzdür, Çarlz Darvin şüur düşüncənin heyvanlara da xas olduğunu, lakin insanlarla müqayisədə bu qabiliyyətin onlarda aşağı səviyyədə olduğunu iddia etməyə çalışsa da, onun görüşü bu sahədə aparılan laboratoriya təcrübələri vasitəsilə rədd edilmişdir. Müasir elm sübut edir ki, toplum halında yaşayan heyvanları bir-birinə bağlayan müəyyən ictimai, sosial tellər mövcuddur. Qarışqalar, arılar bir sıra digər heyvanlar sanki bir dövlətin vətəndaşları, fərdləri kimi müəyyən qayda-qanunlara bağlı olaraq yaşayırlar. Onların öz aralarında ünsiyyət vasitəsi kimi istifadə etdikləri dillərinin belə olduğu qeyd edilməkdədir. Bal arılarının həyat tərzini, onların toplum şəklindəki yaşayış qayda-qanunlarını öyrənən alimlər bu sahədə çox qiymətli nəticələr əldə etmişlər. Təsadüfi deyildir ki, bal arılarının toplum həyatını öyrənən Con Frisç, Loren Tinbergen kimi alimlər 1973-cü ildə Nobel mükafatına layiq görülmüşlər. Onu da qeyd etmək lazımdır ki, toplum halında yaşayan heyvanların davranışlarını tədqiq edən mütəxəssislər bu halda ən möcüzəli, elm üçün ən qiymətli məlumatları məhz bal arılarının, qarışqaların köçəri quşların yaşayışında müşahidə etmişlər ki, onlar barəsində Qurani-Kərimdə müasir elmin nəticələri ilə uyğun gələn bir sıra məlumatlar mövcuddur.

Bal arısı. Məlum olduğu kimi, böcəklər sinfinin qanadlılar qrupuna mənsub olan bal arıları ana (şah) arıdan, erkək arılardan çox sayda olan işçi arılardan ibarət bir toplum şəklində yaşayırlar.

Qurani-Kərimdə bal arısı ilə əlaqədar olan ayələrə nəzər salaq:

Nəhl surəsi, ayə 68-70:

"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda (insanların) qurduqları çardaqlarda özünə evlər tik (pətəklər sal). Sonra bütün meyvələrdən ye Rəbbinin sənə göstərdiyi yolla itaət edərək get. O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır".

Ayədə bal arısına "itaət edərək get" deyə müraciət edilir. Bundan isə, hər şeydən əvvəl, bal arılarının nizam-intizamlı həyat tərzinin ilahi bir əmrə uyğun olaraq həyata keçirildiyi aydın olur. Bal arılarının öz rəqslərilə bir-birinə müəyyən informasiya ötürdükləri, xüsusilə şirəsi toplanacaq çiçəklərin hansı tərəfdə qədər məsafədə olmasını bildirmələri elm aləminə məlumdur.

Qarışqalar. Qarışqaların toplum olaraq birlikdə yaşamaları, müəyyən nizam-intizama tabe olmaları, aralarında ciddi vəzifə bölgüsü olduğu, hər bir fərdin öz vəzifəsini cidd-cəhdlə yerinə yetirməsi, xüsusilə onların müştərək bir dilə malik olması son zamanlarda aparılmış müşahidələr təcrübələr vasitəsilə insanlığa məlum olmuşdur. Süleyman peyğəmbərin Allahdan bir möcüzə olaraq quşların qarışqaların dilini bildiyi Qurani-Kərimdən bizə məlumdur. Nəml surəsinin 18-19-cu ayələrində bu barədə belə deyilir: "Nəhayət, onlar (Süleyman qoşunu) qarışqa vadisinə gəlib çatdıqda bir qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman ordusu özləri bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər. (Süleyman qarışqaların) bu sözündən gülümsəyib dedi: "Ey Rəbbim! Mənə mənim özümə ata-anama ehsan buyurduğun nemətə şükür etmək, Sənin razı qalacağın yaxşı görmək üçün ilham (qüvvət) ver! məni Öz mərhəmətinlə saleh bəndələrinin zümrəsinə daxil et!"

Qarışqalar üzərində ciddi müşahidə aparan zooloqlar onların arasında xəbər aparıb-gətirənlər müfəttişlərin olduğunu bildirirlər. Onların müəyyən məsələlərdən bir-birini necə hali etməsi bilinməsə , hər halda, bir-birinə müəyyən şeyləri anlatdıqları məlumdur.

Burada maraqlı bir hadisəni qeyd etmək istərdik. Qarışqaları öyrənən bir mütəxəssis onların yuvasının önünə bir şəkər qoyur. Qarışqaların bəzisi bunu bilib şəkəri yeməyə başlayırlar. Bunu görən mütəxəssis həmin şəkərin üzərinə bir qədər şərab tökür. Qarışqaların bir qismi qaçır, bir qismi isə həmin şəkərdən yeyib sərxoş olur. Qarışqalar yuvaya girib nəsə xəbər verirlər. Bir müddət keçəndən sonra bir dəstə qarışqa gəlib sərxoş olanları öldürür.

Köçəri quşlar. Ənam surəsinin 38-ci ayəsinə əsaslanıb qeyd etmişdik ki, Allah-təala Yer üzündə mövcud olan quşların heyvanların toplum şəklində yaşadıqlarını 1400 il bundan əvvəl öz müqəddəs Kitabında insanlara bəyan etmişdir.

Aşağıdakı ayələrdə isə quşların daim Allahın qüdrəti əzəmətinə boyun əydikləri bildirilir:

Nəhl surəsi, ayə 79:

"Məgər onlar (müşriklər) yerlə göy arasında (uçaraq Allaha) ram olmuş quşları görmürlər?! Onları (havada) yalnız Allah saxlayır. Həqiqətən, bunda möminlər üçün ibrətlər vardır".

Mulk surəsi, ayə 19:

"Məgər onlar başları üstündə qanadlarını açıb-yuman (qanad çalıb uçan) quşları görmürlər?! Onları ancaq Rəhman (olan Allah) saxlayır. Həqiqətən, O, hər şeyi görəndir".

Yuxarıdakı ayələrdən aydın olur ki, quşların da uçuşu, həyat tərzi müəyyən bir ilahi əmrə bağlıdır. Mütəxəssislər belə hesab edirlər ki, köçəri quşların özlərinin onların xüsusi təcrübə görməmiş balalarının bəlli vaxtlarda müəyyən bir yerə gedərək oradan qayıtmaları, həddindən artıq uzun məsafələri dəqiq surətdə qət etmələri ancaq ancaq onların genetik koduna həkk olunmuş köç proqramı ilə izah edilə bilər. Bu köç proqramını isə onların genetik koduna həkk edən, Öz elmi qüdrəti ilə hər şeyi ehtiva edən uca Allahdır.

 

 

Mərkəz.- 2010.- 29 oktyabr.- S. 16.