Ahıska
türkünün qara
taleyi (1)
Osmanlı ilə Rusiya arasında aparılan müharibələr
Ahıska fəlakətinin başlanğıcı oldu. 1828-ci
ilin aprel ayında Rusiya ilə Osmanlı arasında yeni
müharibə başladı. Həmin ilin avqust ayının
1-də rus qoşunları çoxdan fəth etmək istədikləri
Ahıska qalasına hücum edib, oranı tutdular. 1750-ci ildə
inşa edilən və 25 min nəfər əhalisi olan şəhərin
ələ keçirilməsi bu müharibənin rusların xeyrinə qurtarmasında
həlledici rol oynadı. Ahıska uğrunda döyüşlərdə
general Paskieviçin başçılıq etdiyi ruslar 62
zabit və 600-dək əsgər
itirdilər. Ahıska türklərindən isə 6 min nəfərdən
çox insan həlak oldu.
Bəlkə də yer üzündə Ahıska
türkləri qədər məhrumiyyətlərə məruz
qalan bir xalq tapmaq çətindir. Rusiyanın qanlı
caynağını Qafqaza uzatmasından sonra onlar öz tarixlərinin
ən faciəli günlərini yaşamağa
başladılar. Dəfələrlə doğma
yurdlarından didərgin salındılar, sürgünə
göndərildilər, ancaq Vətən həsrətini, yurd
yanğısını heç bir qüvvə onların
ürəyindən silə bilmədi. Onlar bir vaxtlar zorla deportasiya
olunduqları torpaqlarına qayıtmaq istəyirlər və
bu yolda əzablı mübarizələrini davam etdirirlər.
Ahiska paşaliğinin süqutu və Ərdahan
müqavıləsının ağir nətıcələrı
Bir vaxtlar onlar
Osmanlının himayəsi
altında olan Ahıska və ona bitişik ərazilərdə əmin-amanlıq
içində yaşayırdılar,
amma sonra çarizmin işğalçılıq
siyasətinin qurbanına
çevrildilər. XIX əsrin
iyirminci illərindən
başlayaraq ruslar Ahıskaya gəlib çıxdılar. Osmanlı ilə
Rusiya arasında aparılan müharibələr
Ahıska fəlakətinin
başlanğıcı oldu.1828-ci ilin aprel ayında
Rusiya ilə Osmanlı arasında yeni müharibə başladı. Həmin ilin
avqust ayının 1-də
rus qoşunları çoxdan fəth etmək istədikləri Ahıska qalasına hücum edib, oranı tutdular. 1750-ci ildə inşa
edilən və 25 min nəfər əhalisi olan şəhərin ələ keçirilməsi
bu müharibənin rusların xeyrinə qurtarmasında həlledici
rol oynadı. Ahıska uğrunda döyüşlərdə general Paskieviçin başçılıq
etdiyi ruslar 62 zabit və 600-dək əsgər
itirdilər. Ahıska türklərindən isə 6 min nəfərdən
çox insan həlak oldu. Qalanı ələ keçirən
ruslar əhaliyə dəhşətli divan tutdular.
Vəhşiləşmiş əsgərlər onlarla qoca, qadın
və körpəni məscidlərdə diri-diri
yandırdılar. Ahskanın
işğal edilməsindən
az sonra
- 1828-ci il, avqustun 28-də
isə Ahıska Paşalığı süqut
etdi...
1829-cu il, sentyabr ayının 14-də
Rusiya ilə Osmanlı arasında imzalanan Ədirnə müqaviləsinə əsasən,
Ahıska və Ahalkələk ruslara verildi. Qars və Ərdahan
isə Osmanlıda qaldı.
1828-1829-cu illərdə
Osmanlı ilə müharibədə rus ordusuna yardım etdiyi üçün ermənilər işğal
edilən Ahıskaya köçürülməyə başladılar. Bu məqsədlə Ahıska türklərinin
torpaqları hesab edilən Ahıska və Ahalkələk və onlara bitişik ərazilər seçilmişdi. 1830-cu ildə ermənilərin çox hissəsi türk düşməni olan general Paskeviçin təkidi ilə Ahalkələk ərazisinə
yerləşdirilməyə başlandı. Ermənilər çar çinovniklərinin
yardımı ilə ahıskalılara məxsus
torpaqları zorla onların əllərindən
alır, buna müqavimət göstərənləri
isə yerindəcə
güllələyirdilər. Nəticədə ermənilər ruslarla
birgə 1828-1900-cü illər
ərzində minlərlə
ahıskalını məhv
etdilər və ya onları sürgünə göndərtdilər.
Ahıskalıların həyatında ən
böyük faciələrdən
biri də Birinci Dünya müharibəsi dövründə
yaşandı.
1915-ci il, yanvar ayının 4-də
Ərdahanı ələ
keçirən kazak-Sibir
alayını ermənilər
pulla ələ alaraq onları ahıskalıların üzərinə
göndərdilər. Ermənilərin də iştirak etdikləri bu əməliyyatda üç
ay ərzində Qars və Ərdahanda 40 mindən çox Ahıska türkü qətlə yetirildi.
F. Kırzıoğlu həmin
hadisələrlə bağlı
yazır ki, Bakıdakı İslam Cəmiyyəti Xeyriyyəsi
Qafqaz Canişinindən
icazə alaraq, “22 000 hərbzadə” qarslını
ölümdən xilas
etdi. Lakin erməni və
rusların özbaşınalıqları
davam etməkdə idi. Rus-erməni quldur dəstələri
ahıskalılar yaşayan
ərazilərə soxularaq
əllərinə keçən
bütün insanları
kütləvi şəkildə
məhv edirdilər.
Heç yerdən yardım ala bilməyən
dinc əhali isə qırğından
xilas olmaq üçün Türkiyəyə
köç etməyə
başladı. Onların çoxu
yolda aclıqdan və xəstəlikdən
tələf olurdu. Bunu görən görkəmli
ictimai xadim Ömər Faiq Nemanzadə öz soydaşları üçün
1916-cı ildən başlayaraq
ianə toplamağa başladı.
Osmanlı ordusu ermənı-rus vəhşılıyınə qarşi
1917-ci ilin oktyabrında Rusiyada bolşeviklərin hakimiyyətə
gəlməsi ahıskalıların
faciəsinin üstünə
daha bir faciə gətirdi. Belə ki, bolşeviklər də erməni generalı Areşovla cani Andraniklə işbirliyinə girərək,
“inqilab düşmənləri”
bəhanəsi altında
ahıskalılar yaşayan kəndlərə
hücum edərək,
oraları yerlə yeksan etməyə başladılar. Andranik və Areşovun
əlaltıları olan
yüzbaşı Aqanik
Kantarçıyev və
digərlərinin quldur
dəstələri Qars
və Ahıska bölgəsində 20 mindən
artıq türkü vəhşicəsinə, qeyri-insani
cəzalarla qətlə
yetirdilər. Bu qırğınlar Türkiyədə
də böyük əks-səda doğurdu.
O dövrdə başı
I Dünya müharibəsinə
qarışan Osmanlı
ordusu qardaşlarını
xilas etmək üçün cəbhədən
bəzi hərbi hissələrini çıxarmağa
və onları ahıskalıların yardımına
göndərməyə məcbur
oldu. 1918-ci ilin
fevral-aprel aylarında
Osmanlı hərbi hissələri Qarsı, Ərzurumu, Sarıqamışı
ruslardan və ermənilərdən xilas
etdilər. Bu vəziyyətdən istifadə
edən Ahıska türkləri rus-erməni
quldur dəstələrinin
onlara qarşı mütəmadi həyata keçirdikləri soyqırımı
təhlükəsindən xilas
olmaq üçün
öz müstəqilliklərini
elan etdilər. Onlar 1918-ci il,
aprelin 13-də Türkiyəyə
birləşmək haqqında
Osmanlı padşahına
müraciət etdilər...
“Mudros” sazışı
daha bır zərbə oldu
1918-ci il, oktyabrın 30-da Türkiyə
üçün ağır
nəticələnən “Mudros”
sazişi imzalandı.
Bu saziş ahıskalıların
taleyində ağır
və olduqca acı bir iz
buraxdı. Belə
ki, həmin sazişə əsasən,
Türkiyə bölgədəki
hərbi hissələrini
Qars, Ərdahan, Batum, Naxçıvan, Ahıska, Ahılkələk,
Ağbaba və Borçalıdan çıxarmağa
məcbur oldu. Bununla da adları çəkilən bölgələrdə
yaşayan türklər
öz mübarizələrində
Türkiyənin maddi-mənəvi
yardımından məhrum
oldular. Lakin yerli türk əhalisi hürriyyət və istiqlal bayrağını yerə
qoymadı, birləşməyə,
təşkilatlanmağa üstünlük
verdi. Nəticədə
1918-ci ilin payızında
bir-birinin ardınca Ahıska Hökuməti-Müvəqqətəsi,
Araz Türk Hökuməti, Qars İslam Şurası, Milli Şura Hökuməti və nəhayət, Cənub-Qərbi
Qafqaz Hökuməti Müvəqqəti-Milliyəsi adlanan
türk respublikaları
quruldu. Əlamətdar haldır ki,
həmin respublikalar Qarsın, Ahıskanın,
Çıldırın, Ərdahanın,
Naxçıvanın rus,
erməni və gürcülərdən gələn
təhlükəyə qarşı
əhalini səfərbər
edə və özlərinin müvəqqəti
müdafiəsini təşkil
edə bildilər.
1918-ci ilin oktyabr ayının 29-u noyabr ayının 30-da Cənub-Qərbi Qafqazda
ilk müstəqil türk
respublikası olan Ahıska hökuməti quruldu. Bu hökumət türk
ordusunun Ahıska-Ahalkələkdən
çıxarılması ərəfəsində
yaranmışdı. Osmanlı hərbi
hissələrinin ahıskalılar
yaşayan ərazilərdən
çıxarılması nəticəsində
bölgədə son dərəcə
gərgin bir vəziyyət yaranmışdı.
Belə bir məqamda hər hansı yeni yaranan və heç yerdən yardım almayan, kifayət qədər silahı və əsgəri olmayan Ahıska
hökumətinin yaşaya
bilməsi çox çətin idi. Məhz bu səbəbdən
də Ahıska hökuməti uzun müddət fəaliyyət
göstərə bilmədi
və bir aydan sonra xarici
güclərin təzyiqi
altında süqut etdi.
“Mudros” sazişinin
şərtinə görə,
türk ordusu 1918-ci ilin dekabrında Ahıska və Ahılkələkdən çıxdı. Yeri gəlmişkən, onu da qeyd
edək ki, müyyən səbəblər
üzündən həmin
vaxt Rusiya öz qoşunlarının
bir hissəsini bu ərazilərdən çıxarmışdı. Amma rus ordusunun digər
hissələri ermənilərlə
birləşərək onlarla
birgə ahıskalılara
qarşı həyata
keçirilən kütləvi
qırğınlarda iştirak
edirdilər.
Əziz Mustafa
Zaman.- 2010.- 23-24 sentyabr.- S.
10