Qələmə söz verəydim…
Repressiya illərinin
günahsız qurbanı Mikayıl Müşfiqin qətlindən
72 il ötür.
Ölməz söz sərrafı
1937-ci ilin 5 iyununda - öz doğum günündə həbs
edilib. Olmazın işgəncələr, günahsız dindirmələr
nəticəsində məhvinə qərar verilib.
Nakam taleli şair
Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə sübh tezdən
qətlə yetirilib. Amma həyatda poeziyasından başqa
heç bir nişanəsi qalmayan şairi xalqın qəlbindən
qoparmaq mümkun olmayıb.
Bu il Müşfiqsevərlər
ədibin xatirəsini bir daha anmaq üçün
Bakıdakı heykəlinin qarşısına toplaşdılar.
Şairin ruhu yad edildi, dualar oxundu. Anım mərasimi
Xızıda “Müşfiq ocağı”nda davam etdirildi. Tədbiri
xalq yazıçısı Gülhüseyn Hüseynoğlu
açaraq Müşfiq nisgilindən göz yaşları
içində danışdı. Şairin ədəbiyyatımıza
bəxş etdiyi bənzərsiz incilərdən söz
açdı. Qətl günündə əməkdar müəllim,
“Şöhrət” ordenli Ofelya Babayeva, şairlərdən
Mahcamal, Oqtay, Rza, Günəş Hüseynli qiraət
ustası Rüfət Əhmədov, rəssam Minayə
Feyzullayeva, rayon məktəbliləri çıxış edərək
xalqımızın Müşfiqə olan sevgisini
vurğuladılar, şeirlər oxudular. Sənətşünaslıq
namizədi Abasqulu Nəcəfzadə yeni çapdan
çıxmış “Müşfiqin duyğu yarpaqları”
kitabını və Cəfər Cabbarlının 110 illik
yubileyinə hazırladığı “Nəğmələr”
məcmuəsini Müşfiq muzeyinə hədiyyə etdi. Xızı
rayon mədəniyyət və turizm şöbəsinin
müdiri Sənan Talıbov şairin pərəstişkarlarına
minnətdarlığını bildirdi. Sonda ehsan süfrəsi
açıldı.
Mərkəz.-
2010.- 14 yanvar.- S. 15.