20 Yanvar» faciəsinin ildönümü geniş coğrafi məkanda anılır

 

«20 Yanvar» faciəsinin 20-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar anım mərasimləri keçirir, şəhidlərin xatirəsini yad edirlər. Bu barədə «Mərkəz»ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Strasburda fəaliyyət göstərən «Azərbaycan evi»nin təşəbbüsü ilə ayda iki dəfə bazar günləri Azərbaycanla bağlı mütəmadi səsləndirilən radio verlişi yanvarın 17-də bütövlükdə «20 Yanvar» faciəsinin ildönümünə həsr edilib.

Benilüks Azərbaycanlıları Konqresi Hollandiyanın Rotterdam şəhərində «20 Yanvar» faciəsinin 20 illiyi münasibətilə anım tədbiri keçirib. Mərasimdə kinorejissor Ramiz Əliyevin «20 Yanvar» faciəsi ilə bağlı filmi, eləcə tələbələrimizin hazırladığı bədii kompozisiya nümayiş etdirilib. «20 Yanvar» faciəsinin ildönümü ilə əlaqədar anım tədbirləri yanvarın 19-20-də Amsterdam, Den Haaq Hollandiyanın digər şəhərlərdə davam edəcək.

Yanvarın 17-də Bişkekdəki «Azəri» İctimai Birliyinin Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun birgə təşkilatçılığı ilə Qırğızıstanın Kant şəhərində faciənin ildönümü ilə bağlı mərasim keçirilib. «Azəri» İctimai Birliyinin sədri Akif Alaferdov «20 Yanvar» faciəsinin başvermə səbəbləri, keçmiş sovet ordusunun Bakıda törətdiyi cinayətlər barədə tədbir iştirakçılarına məlumat verib.

Yanvarın 18-dən 20-dək Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası Özbəkistanın Daşkənd, Səmərqənd, Buxara, Fərqanə Nəvai vilayətlərində «20 Yanvar» faciəsinin ildönümü ilə əlaqədar anım mərasimləri keçirəcək. Qazaxıstanda fəaliyyət göstərən Qazaxıstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzləri İttifaqı Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə Astana Almatı şəhərlərində, ümumilikdə ölkənin 14 vilayətində anım tədbirləri təşkil edəcək.

Moskvadakı Bakı kinoteatrında Azərbaycanın Rusiyadakı səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək. Konrqesin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-Ude, Samara, Tula, Ufa, Novosibirsk, Vladivostok, Murmansk, Həştərxan digər şəhərlərdəki regional təşkilatları «20 Yanvar» faciəsinin ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər.

Kiyev şəhərindəki Müəllimlər Evində isə Ukrayna Azərbaycanlıları Konreqsinin Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə təşkil edəcəyi mərasimdə yanvar şəhidlərinin xatirəsi anılacaq, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «Azərbaycanlılara qarşı soyqırımı gerçəklikləri» kitabının təqdimatı olacaq. Konqresin Xarkov, Donetks, Dnepropetrovsk digər bölgələrindəki regional qurumları da anım tədbirləri keçirəcəklər.

Minskdə Belarus Azərbaycan İcmaları konqresi 20 Yanvar» faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə tədbir keçirərək yad edəcək.

Tallində «Aydan» Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin keçirəcəyi toplantıda «20 Yanvar» faciəsinə həsr olunmuş fotoşəkillər sərgilənəcək, film nümayiş etdiriləcək. Litva Azərbaycanlıları cəmiyyəti «20 Yanvar» hadisəsinə aid faktları reallıqları bir daha bu ölkənin ictimaiyyətinin nəzərinə çatdıracaq. Latviyadakı «Ocaq» Mədəniyyət Mərkəzi «20 Yanvar» faciəsinin ildönümü ilə əlaqədar bir sıra tədbirlər keçirəcək. Yanvarın 20-də yüzdən çox insanın iştirakı ilə Riqadakı «Azadlıq» heykəlinin önündə anım mərasimi olacaq.

Budapeştdə fəaliyyət göstərən «Macar-Azərbaycan Dostluq cəmiyyəti», Rumıniyadakı Azərbaycan Mədəniyyət Gənclər Asossiasiyası, Kişinyovda Moldova Azərbaycanlıları Konqresi, Praqada «Azər-Çex» cəmiyyəti ölkəmizin bu ölkələrdəki səfirlikləri ilə birgə yanvar qurbanlarını yad edəcəklər.

İsveçin Stokholm şəhərində fəaliyyət göstərən Azərbaycan Federasiyası İsveç yanvarın 18-də qurumun nəzdindəki «Azərbaycanın səsi» radiosunda faciənin ildönümünə həsr olunmuş Azərbaycan İsveç dillərində veriliş yayımlayıb. Stokholmda «20 Yanvar» qətliamının 20-ci ildönümüylə bağlı daha bir anım tədbirini İsveçdəki «Azərbaycan naminə», «Odlar yurdu», «Vətən» «World Azərbaycan» cəmiyyətləri birgə təşkil edəcəklər.

Böyük Britaniyadakı «Azərbaycan evi» Londonda Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə, həmçinin İspaniyanın Lundarqata şəhərində İspaniya-Azərbaycan «Azəri» cəmiyyəti faciənin 20-ci ildönümünü müxtəlif tədbirlərlə qeyd edəcəklər.

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin yanvarın 19-da Berlində Avroqafqaz cəmiyyəti ilə birgə keçirəcəyi anım tədbirinə qanlı hadisənin şahidlərindən bir neçə nəfər qatılacaq, faciədən bəhs edən sənədli film göstəriləcək. Yanvarın 20-də isə Alman-Azərbaycan Forumu ilə birlikdə Heilig-Kreuz kilsəsində alman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə anım mərasimi təşkil edəcək.

Mayntsda isə «Maynts Azərbaycan cəmiyyəti»nin Frankfurt Azərbaycan cəmiyyəti birgə keçirəcəyi anım mərasimində «20 Yanvar» faciəsi ilə bağlı qonaqlara ətraflı məlumat veriləcək. Hamburqdakı Türk Mərkəzində Alman-Azərbaycan Dostluq cəmiyyəti Türk Mədəniyyət cəmiyyəti birlikdə «20 Yanvar» faciəsinə, onun mahiyyətinə bir daha nəzər salacaqlar.

«20 Yanvar» faciəsini anma mərasimlərinə Kanada Azərbaycan Təşkilatları Assambleyası Toronto, Monreal, Ottava Edmonton şəhərlərində keçirəcəyi tədbirlərlə qatılacaq. ABŞ-ın Nyu York şəhərindəki «Amerika Azərbaycanlıları cəmiyyəti», Los-Anclesdə «Amerika-Azərbaycan Şurası» da «20 Yanvar» faciəsini yad edəcəklər.

İsrailin Hayfa şəhərində «Hayfa-Bakı» Dostluq cəmiyyəti yanvarın 18-də faciənin ildönümü münasibətilə anım tədbiri keçirib. Yanvarın 19-da isə Akko şəhərində yerləşən «Qafqaz klubu»nda Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası anım tədbiri keçirəcək.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasına üzv olan təşkilatlar İstanbul, İzmit, İzmir, Manisa, Çanaqqala, Bakıkesir, Muğla, Qars, Antalya, Adana, Hatay digər şəhərlərdə anım tədbirləri keçirəcək. Federsiyanın Ankaradakı mərkəzi ofisində qanlı yanvardan bəhs edən fotosərgi təşkil edəcək mətbuat üçün açlqlama verəcək.

Yanvarın 19-da Gürcüstanın Marneuli şəhərində «Azərbaycan Mədəniyyət Mərkəzi» faciə ilə bağlı anım tədbiri keçirəcək, fotosərgi bədii kompozisiya təşkil edəcək. Sabah həmçinin «Qeyrət» Xalq Hərəkatı Marneulidə «20 Yanvar» şəhidlərinin xatirəsini yad edəcək. Marneulidə keçiriləcək digər anım tədbiri isə Gürcüstan Azərbaycanlıları Ziyalılar Birliyinin «20 Yanvar» faciəsinin ildönümünə həsr etdiyi elmi-praktiki konfrans olacaq. Tbilisidə isə Gürcüstan Azərbaycanlıları Konqresi «20 Yanvar» Azərbaycanın azadlığı suverenliyi naminə mübarizənin rəmzidir» mövzusunda dəyirmi masa təşkil edəcək, daha sonra faciəyə həsr olunmuş elmi-praktiki konfrans olacaq.

 

 

Səxavət HƏMİD

 

Mərkəz.- 2010.- 19 yanvar.- S. 10.