70 yaşın astanasında

 

Xalq artisti Eldar Quliyev 69 yaşını qeyd etdi

 

Dünən tanınmış kinorejissor, xalq artisti Eldar Quliyevin doğum günü idi. E.Quliyev 1941-ci ildə Bakıda anadan olub. 1960-1967-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir. Bir neçə bədii və sənədli filmin müəllifidir. Həmçinin, bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz mükafatlara layiq görülüb. Respublika Dövlət mükafatı laureatı, Azərbaycanın xalq artistidir. "Debüt" studiyasını bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino kafedrasının dosentidir. Yaradıcılığı müxtəlif mövzu janrlarla zəngindir. Məsələn, "Bir cənub şəhərində" filminin Azərbaycan kino tarixində novatorluğu - düşüncə tərzində, bədii-estetik formasında qabarıq görünür. Tanınmış rus tənqidçisi Yuri Xanuyutin onun bu filmini yüksək dəyərləndirmişdi.

Kinorejissor indiyə qədər 17 bədii filmə quruluş verib:

 

"Biri var idi, biri yox idi" (1967),

"Bir cənub şəhərində" (1969),

"Abşeron ritmləri" - film-konsert (1970),

"Vacib müsahibə" (1971),

"Var olun, qəzlar" (1972),

"Səmt küləyi" (1974),

"Ürək, ürək" (1975),

"Sevinc buxtası" (1977),

"Babək" (1979),

"Nizami" (1982),

"Gümüş göl əfsanəsi" (1984),

"Şəhərətrafı gəzinti" (1986),

"Təxribat" (1989),

"Dostuma məktub" - sənədli (1992),

"Elegiya" - sənədli (1997),

" gözəldir bu dünya" (1999),

"Girov" (2005).

 

 

Cəvahir SƏLİMQIZI

 

Mərkəz.- 2010.- 19 yanvar.- S. 11.