“Soyqırımı
abidəsinin dastanı”
Aprelin 2-də Cəfər Cabbarlı adına İrəvan
Dram Teatrının yaradıcı
heyəti Türkiyə
səfirliyində Beyləqan
rayonunda inşa edilmiş soyqırımı
abidəsinin xatirəsinə
yazılmış əsəri
tamaşaya qoyub. Bu barədə “Mərkəz”ə
İrəvan Dram Teatrının
direktoru İftixar Piriyev məlumat verdi. O bildirdi
ki, türk yazıçısı Zehni
Papaqçının qələmə
aldığı “Soyqırımı
abidəsinin dastanı”
əsəri Beyləqan
Rayon İcra Hakimiyyətinin
başçısı İlşad
Əliyevin ideya müəllifliyi ilə yazılıb. Tamaşanı Türkiyə səfirliyində
səhnələşdirdik. Tamaşa Beyləqan rayonundakı soyqırımı abidəsinin
xatirəsinə yazılsa
da, Azərbaycanın müstəqilliyinin bərpa
edilməsinin 20 illiyinə
həsr edilib. Tamaşada, əsasən, ermənilərin
başımıza gətirdiyi
soyqırımı hadisələri,
onların necə partiyalanmağı, insanları
məscidlərə necə
doldurub yandırmaları,
adamların kürəyinə
samovarı necə bağlayıb sonra aşırdıqları, necə
döydükləri göstərilib.
Həmçinin, Mübariz İbrahimovun
obrazı da yaradılıb. Biz tamaşanın sonunda göstərmişik ki, başımıza gələn
bu hadisələrə
baxmayaraq döyüşkən
ruhumuzu saxlamışıq,
torpaqlarımızı işğaldan
azad etməyə gücümüz var və mübarizəyə
hazırıq. Yəni, tamaşa
bu ruhda sona çatır. Düşünürəm ki, tamaşada
soyqırımılarla yanaşı,
qəhrəmanlıq obrazları
tamaşaçılarda ruh
yüksəkliyi yarada
bildi”.
Əsərin müəllifi
Zehni Papaqçı isə tamaşa barəsində bunları dedi: “Ötən il mənim “Çanaqqalaya can verənlər”
əsərim var idi. Çanaqqala savaşında 3 minə qədər azərbaycanlı qardaşımız
şəhid olub.
Bu əsəri də onların xatirəsinə yazmışdım.
Bu əsər İstanbulda və Manisada səhnələşdirilərkən
aktyorlardan bəziləri
İravan Dövlət
Dram Teatrının sənətçiləri
idi. Bu zaman
İravan Dövlət
Dram Teatrının direktoru
hörmətli İftixar
Piriyev çox təsirlənmişdi. O, mənə
dedi ki, bir soyqırımı abidəsi inşa etmişik. Abidənin açılışı üçün bir əsər yazarsanmı?
Mən də soyqırımı abidəsinin
xaritəsinə əfsanə
olaraq “Soyqırımı
abidəsinin dastanı”nı yazdım. Bir neçə yerdə tamaşaya qoyulduqdan sonra bu gün
də Türkiyənin
Azərbaycandakı səfirliyində
səhnələşdirildi. İstər digər yerlərdə, istərsə də Türkiyə səfirliyində
böyük coşqu ilə qarşılandı.
Bu Azərbaycanda Türk milli ruhunu oyandıran bir tamaşadır. Mən burdan İravan Dövlət Dram Teatrının
direktoru İftixar Piriyevə çox-çox
təşəkkürümü bildirirəm. Çünki o, erməni silahına qarşı bir sənətsal savaş apardı”.
Məhərrəm AĞALAROĞLU
Mərkəz.- 2011.- 5 aprel.- S. 3.