«Vətəni uzaqlardan sevmək ağrılıdır»

 

Müsahibim Afaq Şıxlı ilə «Facebook» vasitəsilə tanış olmuşuq. O, Azərbaycandan kənarda yaşayan maraqlı xanım şairlərimizdəndir. Ədəbiyyatla bağlı həmsöhbət olmaq təklifimi razılıqla qarşılayan Afaq xanımla maraqlı söhbətimiz alındı.

Tanış olaq: Afaq Şıxlı 1969-cu ildə Bakı şəhərində anadan olub. Orta məktəbi 15 yaşında qızıl medalla bitirərək Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub.1990-cı ildə həmin institutun müalicə-profilaktika fakültəsini əla qiymətlərlə başa vurub. Uşaq yaşlarından aludə olduğu poeziya aləmi isə şair qəlbli həkimin həyatının ayrılmaz parçasına çevrilib. O, çoxsaylı şeir hekayələrin müəllifidir. Sözlərinə bəstələnmiş mahnılar bir çox populyar müğənnilərin ifasında səslənib. 2003-cü ildə “Qəlbimin dedikləri”, 2005-ci ildə “Sevərsənmi”, 2008-ci ildə isə “Məndən uzaqdaadlı kitabları nəşr olunub. Müəllif hazırda yeni, dördüncü kitabının üzərində işləyir.

Hazırda Rusiyada yaşayır.

 

- İlk olaraq ədəbiyyata gəlişinizdən danışardınız... Bu sevgi, bu istək hardan yarandı?

- Ədəbiyyata sevgimdən danışım öncə. Mənə rəhmətlik anam aşılayıb, bu sevgini. 40 il dil-ədəbiyyat müəlliməsi işləyib. Evdə bir uşaq olmuşam gözümü açandan dostum sirdaşım kitablar olub. Evimizdə təqribən 300 kitabdan ibarət şəxsi kitabxanamız vardı mən bu kitabları dönə-dönə oxumuşdum. Yaxınlıqda olan o vaxt Səməd Vurğun adına kitabxananın da bütün işçiləri məni yaxşı tanıyırdı. 6-7 kitab götürər ən uzağı 10 günə oxuyub bitirərdim. Məktəb kitabxanasını da daha demirəm... tədricən özümdə şeir yazmaq tələbatı hiss etdim. Onda hardasa 7-8 yaşım vardı. Məktəb divar qəzetinin həm rəssamı, həm redaktoru idim. Məktəbimizdə Gənc şairlər dərnəyinin üzvü idim. HərdənbirGöyərçinjurnalında da kiçik şeirlərim dərc olunurdu.

Tələbəlik illərində demək olar ki, heç şeir yazmamışam. Bilmirəm, ilə əlaqələndirə bilərəm bunu, amma yəqin ki, təbabətə həddən ziyadə aludə olmuşdum, ondandır.

Sonralar isə şeirlərimi yalnız özüm üçün yazırdım heç kitab halına salmağı belə düşünmürdüm. "Qəlbimin dedikləri" adlı ilk kitabım 2003-cü ildə həyat yoldaşımın, böyük qardaşımın ailə dostumuz İsaxan İsaxanlının təkidi ilə işıq üzü görüb. Sonra 2005-də "Sevərsənmi" 2008-də "Məndən uzaqda" adlı kitablarım nəşr olundu.

- Həkimlik şairliyinizə mane olmur ki? Hansı sənət sizə doğmadır, həkimlik, yoxsa şairlik?

- Həkimliyim mənim şeir yazmağıma qətiyyən mane olmur. Əksinə, insan psixologiyasını davranışlarını müşahidə etməkdə bu, mənə daha da kömək edir. Amma bəzən özümə belə bir sual verirəm: mən niyə həkim oldum?..

Uşaq yaşlarından şeir yazan, əli qələm tutandan rəsmlər çəkən, pianoda çalıb-oxuyan biri - yəni incəsənətə hərtərəfli bağlı olan biri nədən həkim olmalıydı?

Hər kəs düşünürdü ki, mən mütləq ədəbiyyatçı, jurnalist ya filoloq olacağam. Amma arzum nədənsə həkim olmaq idi. Bu insanları çox sevdiyimdən, onlara hər cəhətdən qayğı göstərə bilmək istəyimdən irəli gəlirdi yəqin. Bu, mənim öz istəyim idi. Lakin zaman keçdikcə ədəbiyyatın həyatımın ən ayrılmaz, ən dəyərli bir hissəsinə çevrildiyini hiss edirdim. Mən hər zaman yazmışam yazacağam da. Lakin hər zaman həkim ola bilməzdim. İnsan həyatının ən vacib ünsürlərindən biri olan sağlamlığı geri qaytara bilmək necə böyük bir şərəfdir! Bunu anlayıram. Təbabətlə insan orqanizmini sağaltdığım kimi, ədəbiyyatla da könülləri sağalda bilsəm, yatmış buz duyğuları oyada bilsəm - necə xoşbəxt olardım.

- Həyatınızın maraqlı bir kitab olmasını ya maraqlı bir kitabın qəhrəmanı olmaq istərdinizmi?

- Həyatım o qədər qəribə, o qədər sürprizlərlə dolu olub ki, mən elə həyatımı bir kitaba bənzədirəm. Əsərləri isə oxuyarkən hər zaman özümü oradakı hadisələrin gedişatında iştirak edən bir surət kimi düşünmüşəm, bu mənə əsərləri daha yaxşı qavramağa kömək edirdi.

- Ən çox sevdiyiniz məşğuliyyət nədir? Gün ərzində ilə məşğul olmağa üstünlük verirsiniz?

- Ən sevdiyim məşğuliyyət piano çalmaq rəsm çəkməkdir. Son illərdə, düzdür, rəsmlərdən bir qədər uzaqlaşmışam... Amma pianinomu heç zaman unutmaram.

Şairlik mənə daha doğmadır, bunu yüz faiz əminliklə deyə bilərəm. Amma insanların mənə bir həkim kimi ehtiyacı olan zaman öz köməyimi əsirgəməmişəm, bunu canla-başla etmişəm. Hər zaman da öz sənətimin böyüklüyü ilə fəxr edirəm.

- Yazmağı çox sevirsiniz, yoxsa oxumağı?

- Nəsr əsərləri oxumağı daha çox sevmişəm, bu, uşaqlıqdan belə olub. Xarici yazıçıların, Azərbaycan yazıçılarının əsərlərini yalnız oxumaqla kifayətlənmirəm, hətta sevdiyim əsərlər var ki, onları dönə-dönə oxuyuram. MakkaloununTikanlıqda şərqi deyənlər”, KoelhonunKimyagər”, AnarınBeşmərtəbəli evin altıncı mərtəbəsi”, İsmayıl ŞıxlınınDəli Kür”, QonçarovunAdi əhvalat s...

- Hər gün təkrarladığınız şeir kimindir? Sevdiyiniz bir şeirdən ən yadda qalan misraları oxucularımızla bölüşərdiniz.

- Ən çox sevdiyim təkrarladığım bənd Səməd Vurğuna aid olan misralardır.

 

Mən səni gördükcə gözlərim yanır,

Sən ey gəncliyimin güzgüsü bahar!

Ötən buludların bəzən dayanır,

Yoxsa söyləyəcək bir sözünmü var?

Sən ey gəncliyimin güzgüsü bahar!

 

- Şəxsi həyatınızı oxucularla bölüşmək istərdinizmi? Ümumiyyətlə, şairlər oxuculardan gizlənməli, yoxsa ünsiyyətdə olmalıdır?

- Məncə, şeir dünyası xalqın xəzinəsi, şair xalqın dostu olmalıdır. Bütün oxucularımı sevirəm onlardan ilham alıram. Onlar olmasa, bu yazdıqlarımızın heç bir dəyəri olmaz, məncə.

Bir arzum var, gizlətməyəcəm. Şeirlərim oxuyanların qəlbinə nüfuz edə biləcək qədər gözəl dərin olsun istərdim. Oxucum çox da olsa, az da olsa, yazılarımı sevərək oxusunlar. Bu arzum real olarsa, nahaq yaşamamışam, deyə biləcəyəm.

- Elə bir insan varmı ki, yazdığınız bütün şeirləri ona oxumaq istəyəsiniz?

- İlk oxucum hər zaman həyat yoldaşımdır. Tənqidçim odur. Ona oxumadan bir şeir işıqüzü görməyib.

- Vətəndən uzaq, qürbətdə şair olmaq sizi incidirmi? Uzaqlardan vətəni sevmək necə hissdir?

- Bu, elə bir sualdır ki, məni ən xoş anımda belə bir uşaq kimi kövrəldə bilər. Vətəni uzaqlardan sevmək ağrılıdır. Həsrət, məhəbbət qarışıq bu hiss mənim bütün şeirlərimin canına hopub, desəm, yanılmaram...

- Azərbaycan haqqında yazmaq azərbaycanlı olan hər bir şairin borcudurmu?

- Əlbəttə! Sözsüz.

- Geriyə baxanda təəssüf etdiyiniz, heyifsiləndiyiniz bir şeylər varmı?

- Geriyə baxmağa belə qorxuram. Arxamda o qədər çətin illərim qalıb ki, irəli getməyi düşünürəm, yalnız. Vətəndən, əzizlərimdən, həmvətənlərimdən aralıda keçən ömrümün gənc illərinə heyifsilənirəm, bir tərəfdən düşünürəm ki, mən Vətənimi unutmadığım kimi o da məni mütləq unutmayıb.

- Vətənə, oxucularımıza sözünüz?

- Əzizlərim, bütün yazdıqlarım, bütün duyğularım, bütün hisslərim sizindir. Hər şey sizin üçündür. Siz varsınız deyə bu gün mən varam! Hamınıza bu soyuq diyardan, sevginizlə alışan qəlbimin isti salamlarını göndərirəm!

 

 

Cəlil CAVANŞİR

 

Mərkəz.- 2011.- 14 aprel.- S. 10.