Vaqif Mustafazadənin «Sevil»i haradadır?

 

Cazsevərlərin yaxşı xatirində olar, ötən əsrin 70-ci illərində məşhur bir musiqi qrupu vardı – «Sevil» vokal-instrumental kvarteti. Cazmen Vaqif Mustafazadənin rəhbərliyi altında fəaliyyətə başlayan həmin kvartet bir çox özəlliyinə görə başına saysız-hesabsız fanat ordusu toplaya bilmişdi. Əvvəllən ona görə ki, həmin illərdə Avropada çox populyar olmuş caz musiqisi Azərbaycanda hələ yeni idi yenilik bilirsiniz ki, hər zaman maraqla qarşılanır. Xüsusən qrupun repertuarında olan musiqilər cazla xalq mahnılarının sintezinin məhsulu kimi yenilik eşitmək arzusunda olan publikanın ruhunu çox oxşayırdı. Digər tərəfdən qrup qızlardan ibarət idi ən maraqlısı bu idi ki, həmin qızlardan biriElza Vaqif Mustafazadənin həyat yoldaşı idi. Tez bir zamanda populyarlaşan «Sevil» nəinki Azərbaycanda, ölkə xaricində çox məşhur idi. Gəlin, sizli-bizli «Sevil»in 40 illik sənət yoluna birgə nəzər salaq. Qeyd edək ki, kvartet 1971-ci ildə dünyaşöhrətli cazmen Vaqif Mustafazadə tərəfindən yaradılıb. Qrup təkcə keçmiş sovetlər İttifaqında deyil, həm xarici ölkələrdə populyarlıq qazanmışdı. 4 qızElza Mustafazadə, Dilarə Cahangirova, Rəna Talıbova, Sevil Allahverdiyevadan ibarət qrupun ilk çıxışı dekabrın 31-də olub. Debüt rəngli televiziyanın yaranmasıyla eyni günə təsadüf edib. Qrupun repertuarını müasir Azərbaycan bəstəkarlarının mahnıları bəzəyib. Həmin mahnılar ustad cazmenin fərqli aranjemanında səslənib. Yaranışının ilk vaxtlarında şəhərin ən gözəl meydanlarında, böyük konsert salonlarında çıxış etmiş «Sevil» elə həmin il Moskvada, SSRİ Bəstəkarlar İttifaqının geniş salonunda çıxış edib. 1973-cü ilin yayında isə Moskvada, “Rossiyazalında keçirilmiş beynəlxalq konsertdə qrup SSRİ məkanında Azərbaycanı təmsil edib. 1 il sonra qurp Varşava başqa xarici ölkələrə dəvət alıb. 1975-ci ildəSevilqrupunun ilk valı yazılıb. 1977-ci ildə ansamblın fəaliyyəti qəfildən dayandırılıb.

Hazırda qrupun üzvləri xarici ölkələrdə yaşayır, onlardan biriRəna Talıbovanı çox çətinliklə olsa, paytaxtda tapa bildik. Onunla birgə keçmişə baş vurduq. Öyrəndik ki, Rəna xanım kvartetə Bülbül adına Orta İxtisas Musiqi məktəbindən gəlib: «O ərəfədə kvartetin qızlarından biri naməlum səbəbdən qrupu tərk etdi. Bu zaman Moskvada olan Vaqif Mustafazadə Bakıya telefon açaraq deyir ki, təcili bir qız tapın. Oxuduğum məktəbə gələndə məni nişan veriblər. Vaqif müəllim məni hərtərəfli yoxladı: səsimi, ifa tərzimi, maneramı. Bəyəndi. O vaxtlar mən belə bir sənətkarın qrupunda çıxış etdiyimə görə şaşqın bir vəziyyətdə idim. Hətta bir müddət özümü ələ ala bilmirdim, qızlar oxusa da, mənim gözüm Vaqif Mustafazadənin ifa edən barmaqlarında qalırdı».

Rəna xanım onu da vurğuladı ki, cazmen kvartetin qızlarına qarşı tələbkar olduğu qədər mülayim davranıb.

Onu da öyrəndik ki, Rəna xanım ustadının xatirəsinə yenidən «Retro-Sevil» adlı ansambl da yaradıb. Dediyinə görə, ansambl dünyaşöhrətli cazmen Vaqif Mustafazadə tərəfindən yaradılmış 70-ci illərin populyar kvarteti olan «Sevil» vokal-instrumental kvartetinin davamçısı kimi fəaliyyət göstərir. 2 il öncə Rəşid Behbudov adına Mahnı Teatrında ilk debütünü etmiş ansambl nədənsə sonralar görünməyib. Səbəb maliyyə problemləridir. Qrupun yaranmasına gəlincə, həmsöhbətimizin dediyinə görə, çoxdan belə bir arzusu varmış, amma onu reallaşdırmaq söhbəti nədənsə ilbəil təxirə düşürmüş: «Fikirləşirdim ki, «Sevil»i bərpa edim onun davamçılarını tapım. Yaxın rəfiqəm olan 26 saylı musiqi məktəbinin direktoru bu arzumun reallaşması üçün mənə şərait yaratdı. Təklif etdi ki, musiqi məktəbinin ən istedadlı qızlarını bir araya gətirib «Retro-Sevil»i yaradım. Dərhal razılıq verdim seçim etdim». Onu da öyrəndik ki, əvvəlki kvartetdən fərqli olaraq yeni ansambl 6 üzvdən ibarətdir. Ansamblın repertuarını keçmiş «Sevil»in repertuarı eyni zamanda, Tofiq Quliyev, Hacı Xanməmmədov, Rəşid Nəsiboğlu, Rauf Hacıyev digər bəstəkarların mahnıları təşkil edir. «Keçmiş «Sevil»in vizit kartı Hacı Xanməmmədovun «Güllü» mahnısı sayılırdı. Amma yeni qrup görkəmli bəstəkar Vasif Adıgözəlovun «Azərbaycanım» mahnısını «Retro-Sevil» üçün vizit kartı seçib. Amma «Güllü», «Şıltaq qız», «Zaman» kimi retro mahnıları yenə ansambl tərəfindən sevilə-sevilə oxunur». Rəna xanım onu da bildirdi ki, əvvəlki kvartetin yalnız ifa dəst-xətti saxlanmayıb, eyni zamanda, ansamblın qızlarının səhnə geyimləri retro xarakteri daşıyır.

R.Talıbova ansamblın üzvləri qarşısında xüsusi şərtlər qoyub. Dediyinə görə, repertuar seçimini məhz özü müəyyənləşdirəcək, qızların geyim tərzinə nəzarət edəcək, eyni zamanda, «Retro-Sevil»in adına layiq olmayan məclislərdə iştirakına qadağa qoyacaq. Məsələn, «Retro-Sevil» şou-proqramlarda görünür, toylarda, ad günlərində. «Xarici səfərlərə necə gedirsinizmi sualına «Dəvətlər olsa, niyə imtina edək?» – sualla cavab verən ansamblın rəhbəri maliyyə imkanlarının imkan verdiyi çərçivədə xarici ölkələrdə qastrol səfərlərində olacaqlarını bildirdi.

Yazımın sonunda bir arzumu da sizinlə bölüşmək istərdim: kaş bu gün «Sevil», «Qaya» kimi vokal instrumental kvartetlər yaranaydı biz həmin illərin nostaljisi ilə yaşamaq əvəzinə, yeni, zövqlü qrupların çıxışlarını dinləyə-dinləyə feyziyab olaydıq.

 

 

Cəvahir

 

Mərkəz.- 2011.- 6 avqust.- S. 11.