Bakıda “Sərhədyanı
turizmin inkişaf
perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib
Şirvan Milli Parkı və Mahmudçala
gölünə tur keçirilib
Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən,
Bakıda ilk dəfə olaraq
“Sərhədyanı Turizmin İnkişaf Perspektivləri” mövzusunda
beynəlxalq praktiki konfrans
keçirilib.
Konfransda Azərbaycan
ilə həmsərhəd 3 ölkənin (Gürcüstan,
Rusiya və İran)
nümayəndələri təmsil olunmuşdur.
Konfransda
iştirak edən dövlətlərin
nümayəndə heyətində 1 nəfər turizm məsələləri üzrə
dövlət təşkilatı, 1 nəfər turizm şirkəti və 1 nəfər də turizm təhsil müəssisəsini təmsil edib.
Sərhədyanı ölkələrdə
turizm sahəsində əməkdaşlığın
vacibliyini, mövcud təcrübələri
və turist səfərlərinin
artımını və bu sahədə gələcək
perspektivləri nəzərə alaraq,
konfransın əsas toxunduğu mövzular aşağıdakı məsələlər
üzrə
3 hissəyə bölünüb:
Sərhədyanı turizm
sahəsində dövlətlərarası əməkdaşlıq:
mövcud vəziyyət və gələcək
perspektivlər
Mədəniyyətlərarası
əlaqələr və alternativ turizm növlərinin inkişafı: mövcud vəziyyət və gələcək
perspektivlər
Ali təhsil məktəblərinin
sərhədyanı turizm sahəsində əməkdaşlığı.
Mövcud vəziyyət
və perspektivlər hər bir mövzu tətbiqi maraq kəsb
edən çıxış və təqdimatlarla təmsil olunub. Bu sırada Türkiyənin Atatürk
Universitetinin prezidenti,
professor Hikmet
Kocakın, Azərbaycan Turizm İnstitutunda baş müşavir, almaniyalı xanım Gila Altmanın, Gürcüstan
Milli Turizm Agentliyinin İnkişaf
İdarəsinin rəhbəri – xanım Rusudan
Mamatsaşvilinin, Azərbaycan Marketinq Cəmiyyətinin İdarə Heyətinin
sədri – cənab Rəhim Hüseynovun
və digər iştirakçıların çox
şaxəli çıxışlarını qeyd etmək lazımdır.
Bu
əsas çıxışçılardan əlavə, konfransda Azərbaycanın bir
sıra dövlət qurumları – Dövlət Sərhəd
Xidməti, Dövlət Gömrük Komitəsi,
AMEA, Mədəniyyət və İncəsənət İnstitutu, turizm şirkətləri
və qeyri-hökumət təşkilatları təmsil olunub.
Konfransın
sonunda, iştirakçılar bəyannamə
qəbul edib, özlərinin və qurumlarının
sərhədyanı turizmin
inkişafına verdiyi önəmi və
dəstəyi təsdiq etdilər. Eyni zamanda, turizmin müxtəlif
növlərinin vacibliyini qeyd
edərək, regional turizmin
inkişafı mövzusunda konfransların
ildə 1 dəfədən az olmamaq şərti ilə keçirilməsinə
qərar veriblər.
Yeri
gəlmişkən, “Azərbaycan Respublikasında 2011-ci ilin “Turizm ili”
elan edilməsi ilə bağlı Tədbirlər
Planı”nın 29-cu bəndində “Ölkəmizin milli parklarında və ona
yaxın ərazilərdə “Bird Watching” turizm növü üzrə turların təşkili
məqsədilə nazirliyin nümayəndəsinin,
Azərbaycan Ornitoloji Cəmiyyətinin
əməkdaşlarının, turizm
şirkətlərinin və kütləvi informasiya
vasitələri nümayəndələrinin iştirakı ilə
Şirvan Milli
Parkı və Mahmudçala gölü ərazilərində
quşları müşahidə etmə (Bird
Watching) marşrutu keçirilib. Ekskursiya Azərbaycan Ornitoloji Cəmiyyətinin
sədri E.Sultanov tərəfindən
aparıldı və turizm şirkətlərinin
nümayəndələrinin böyük
marağına səbəb olmuşdur. İnfoturun keçirilməsində əsas məqsəd
yerli turizm şirkətlərinin
ölkəmizdə bu turizm
növünün potensialı haqqında
geniş məlumat əldə etməsidir.
Eyni zamanda, layihənin həyata keçirilməsi
nəticəsində iştirakçılar Şirvan
Milli Parkı və Mahmudçala
gölü ərazilərində
quşları müşahidə etmə (Bird
Watching) potensialı haqqında ətraflı
məlumatlar və belə turların təqdimatı üzrə
lazımi vərdişlər əldə etdilər.
İnfotur layihəsi
çərçivəsində 2 müxtəlif (Bird Watching) quşları
müşahidə üzrə marşrutun
texniki pasportu
hazırlanaraq turizm şirkətlərinə
təqdim ediləcək. Bu da turizm şirkətlərinə
yeni növ turizm məhsulunu beynəlxalq və yerli bazara çıxarmaq
imkanı yaradacaq.
Cəvahir Səlimqızı
Mərkəz.- 2011.- 15 dekabr.- S. 11.