Avropanı heyran qoyduğumuz il

 

Hər il 31 dekabrYeni il bayramı ilə birgə, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunur. Belə bir gündə həmrəyliyimizi alqışlamağa dəyər. Çünki bu gün dünyanın hər tərəfinə səpələnən soydaşlarımızın həmrəylik bayramıdır. Maşallah, az deyilik, 70 milyonu ötüb keçmişik. Harada oluruqsa olaq, azərbaycançılıq ideyalarını yaymaq, dəstəkləmək və vətənimizi bütün dünyada tanıtmaq, sevdirmək və təmsil etmək ən ümdə borcumuzdur.

Qeyd edək ki, mədəniyyətimizin təmsil və təbliği istiqamətində də xeyli uğurlarımız olub. Azərbaycan musiqisi dünya səhnələrində səsləndirilib, rəssamlarımızın əsərləri sərgilənib, mükafatlandırılıb. Gəlin birlikdə uğurlarımıza nəzər salaq.

 

Emin Britaniyada birinci oldu

 

Məhz bu il Rusiyada yaşayan azərbaycanlı biznesmen və müğənni Emin AğalarovunAny time you fall” mahnısı Böyük Britaniyanın ən uğurlu 30 mahnısı arasında yer aldı. Mahnı ən uğurlu mahnılar arasında 28-ci pillədə qərarlaşdı. Qeyd edək ki, Böyük Britaniyada radio üzrə sabit reytinq efirə gedən hər mahnının auditoriyasının hesablanması ilə müəyyənləşir.

 

UNESCO-nun “Ən gözəl səs”li müğənnisi Azərbaycandan seçildi

 

Azərbaycan Özbəkistanın Səmərqənd şəhərinin məşhur Registan meydanında UNESCO-nun himayəsi altında keçirilmiş “Şərq təranələri” VIII Beynəlxalq Musiqi Festivalına qatıldı.

Dünyanın 56 ölkəsindən 300-ə qədər musiqiçinin qatıldığı festivalda Azərbaycanı təmsil edən xalq artisti Nəzakət Teymurovanın “Xarı bülbülxalq çalğı ansamblının müşayiəti ilə ifa etdiyi xalq mahnıları böyük maraqla qarşılandı. Xanəndə festivalda UNESCO-nun “Ən gözəl səs” xüsusi mükafatına layiq görüldü.

 

Muğamatımız əcnəbiləri şoka saldı

 

Daha bir uğura Danimarkada imza atdıq. Azərbaycan bu il ilk dəfə olaraq WomexDünya Musiqi Sərgisində iştirak etdi. Danimarkanın Kopenhagen şəhərində təşkil edilən bu sərgidə ölkəmizi xalq artisti Mənsum İbrahimovQarabağ muğam qrupu – əməkdar artistlər Elçin Həşimov (tarda), Elnur Əhmədov (kamançada), Nizami Allahverdiyev (balabanda) və nağara ifaçısı Kamran Kərimov təmsil edib. Dünya musiqi sərgisində ilk dəfə Mənsum İbrahimovQarabağ muğam qrupu ilə iştirak edən Azərbaycana çıxış etmək üçün 45 dəqiqə vaxt ayrılıb. Təmsilçilərimizin çıxışı olduqca müsbət qarşılanıb və təsirli olub. Zalda oturan danimarkalı jurnalist Azərbaycan tamaşaçılarının əlindəki bayrağı öpərək fikrini belə ifadə edib: “Sizin çox böyük millətiniz var ki, belə bir musiqiyə sahibsiz”. Konsertdən sonra isə tamaşaçılar maraqla musiqimizə aid suallar verib çox bəyəndiklərini bildiriblər. Azərbaycan təmsilçilərinin CD diski musiqimizlə çox yaxından maraqlanan Kopenhagen Universitetinin kitabxana rəhbərinə hədiyyə olunub. Womexin konsert müdiri Aleksandr Valter Azərbaycan təmsilçilərinin çıxışına yüksək qiymət verib. Konsertin meneceri Avropa tərəfdən Natəvan Hüseynova, Azərbaycan tərəfdən isə Azad Azərbaycan radiosunun direktoru, aparıcı Emin Musəvi olub. Oktyabın 30-da isə Vətən cəmiyyəti və onun rəhbərinin təşəbbüsü ilə Danimarkada yaşayan azərbaycanlılarla görüş keçirilib. Yerli danimarkalılar və azərbaycanlılarla yanaşı, eyni zamanda, İsveçdə, Britaniyada, Cənubi Azərbaycanda yaşayan həmyerlilərimizin iştirakı ilə keçirilən görüşdə əlavə olaraq bir neçə musiqi ifa olunub.

Azərbaycanlı musiqiçilərin səsi Avstraliyada keçirilən “Womad Delaibe” Festivalından da eşidildi. Martın 5-dən 8-nə kimi Avstraliyanın Adelayb şəhərində keçirilən festivalda dünyanın müxtəlif ölkələrindən 500-dən çox tanınmış musiqiçilər iştirak etdi. Q.Əsgərovun məlumatına görə, festival ikigünlük konsert, bir seminarqala konsertlə başa çatıb. Musiqiçilərimiz konsertlərdə geniş proqramla çıxış ediblər. Festivalı musiqiçilərimiz üçün unudulmaz edən səbəblərdən biri səhnəni dünya şöhrətli hindistanlı musiqiçi Ravi Şankar və avstriyalı kamança ifaçısı Ross Deli bölüşmələri olub. Qoçaq Əsgərovun əlavəsinə görə, haqqında danışdığı avstriyalı kamança ifaçısı “Turanqrupunun səsləndirdiyi “Şüştər” rəngini öyrənərək, repretuarına daxil edib. Bu onun İngiltərədə buraxılan diskinə də daxil ediləcək. Daha sonra Yeni-Zellandiyada səfərdə olan musiqiçilərimiz Taranaki şəhərində keçirilən “Womad New Zealand” festivalına qatılıblar.

Qeyd edək ki, “Womad” festivalına gəlincə, xatırladaq ki, bu, 27 il əvvəl İngiltərdə yaradılıb və hər il ənənəvi olaraq müxtəlif ölkələrdə lisenziya əldə etməklə keçirilir. Adıçəkilən musiqiçilərimiz həmin festivlada ötən ildən bəri təmsil olunurlar.

 

Bravo Azərbaycan!

 

Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı simfonik orkestrinin artistləri avqustun 5-9-da Avropada ən mötəbər musiqi festivallarından olan Münhen Opera Sənəti Festivalında iştirak etdilər. Dünyanın 34 ölkəsindən – Avropa, Asiya və Latın Amerikasının müxtəlif ölkələrindən dirijor, rejissorvokal sənəti ulduzların qatıldığı Festival Azərbaycan Dövlət Akademik OperaBalet Teatrı simfonik orkestri Qrand-Final konsertində iştirak etmək şərəfinə layiq görüldü. Konsertdə dünya şöhrətli məşhur vokalçılar – Rossana Kardia (İtaliya), Yana Dolezilkova (Çexiya), Mariya Joze Rodriqes (Meksika), Uvone Fontane (Böyük Britaniya), Adam Kim (Cənubi Koreya), Anna Nesuba (Almaniya), Andrzey Saçuk (Polşa), Mario Tcanq (Kanada) və b. çıxış edirdilər. Konsertin proqramına isə Qərbi Avropanın məşhur bəstəkarların – C. Puççini, C. Verdi, C. Rossini, P. Maskanyi, P. Çaykovski, Ş. Qunob. populyar əsərləri daxil edilib. Qala-konserti Münhen Opera Sənəti Festivalının baş dirijoru və bədii rəhbəri Korneliya fon Kerssenbrofk idarə edib. Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilmiş nömrələr arasında isə Azərbaycan bəstəkarları Q. Qarayev, F. Əmirov, T. Quliyev və P. Bülbüloğlunun musiqisi səslənib.

Qala-konsert günü anşlaqla müşayiət olunan 2500 nəfərlik tamaşaçı zalında əcnəbi seyrçilər vokalçıların və simfonik orkestrin çıxışlarını böyük coşqunluqla qarşılayıblar. Konsertin sonunda simfonik orkestr Q.QarayevinYeddi gözəl” baletindən vals ifa edərkən zaldakı bütün tamaşaçılar ayağa qalxaraq musiqiçilərimizi alqışladılar. Zaldanbravo orkestr!”, “bravo Azərbaycan!” sədaları eşidilib.

Qala-konsertdə iştirak etmişVolkswagen” şirkətinin prezidenti Riçard Maysinqer həyat yoldaşı ilə birlikdə musiqiçilərimizə yaxınlaşaraq onları təbrik edib.

Festivalın gedişini işıqlandıran qəzetlərdən bir çoxu: «Münhener Merkur», «Oberbayerişes Folksblat», «Züddoyçe Gaytunq» öz materiallarında Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının simfonik orkestrinin ifaçılıq səviyyəsi haqqında yüksək fikirlər söyləyiblər.

Qala-konsertdən sonra Münhen Opera Festivalının bədii rəhbəri və baş dirijoru Korneliya fon Kerssenbrofk deyib: «Biz bilirik ki, Azərbaycanın Prezidenti İlham Əliyev cənabları və onun xanımı Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin inkişafı və təbliğinə böyük əhəmiyyət verir. Bu diqqətin nəticəsini bu gün bir daha gördük .Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının simfonik orkestrinin professional səviyyəsinə bələd olduğumuzdan artıq 4-cü ildir ki, onu festivala dəvət edirik. Azərbaycanlı musiqiçilərin istedadı, onların fədakarlığı və ilhamla çıxış etmələri məni heyran edir». O,həmçinin özünün və festivalın direktoru Lüdviq Baumanın dəfələrlə Azərbaycanda olduğunu, bu ölkəni, onun qonaqpərvər və istiqanlı xalqını çox sevdiyini dilə gətirib. Azərbaycanla dostluqdan fəxr etdiyini deyən əcnəbi bu dostluğun davam edəcəyini söyləyib: «Nə qədər ki, biz varıq, hər il Azərbaycan OperaBalet Teatrının möhtəşəm simfonik orkestrini bu festivala dəvət etməkdən böyük şərəf duyacağıq».

 

Dünya şöhrətli rəssamımız «Türk dünyası»nda…

 

Berlin Parlamentinin Kasinosunda Azərbaycanın Əməkdar Rəssamı Əşrəf Heybətovun 60 illik yubileyinə həsr edilən sərgi də məhz Azərbaycan incəsənətinə verilən qiymət idi. Ölkəmizin Almaniyadakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən sərgi Berlin Parlamenti və Avropa-Azərbaycan Cəmiyyətinin (TEAS) birgə əməkdaşlığı ilə baş tutdu.

Uzun illər Rusiyada yaşayıb, indi isə Almaniyada yaşayıb fəaliyyət göstərən rəssam Əşrəf Heybətovun müasir Azərbaycan rəssamlıq məktəbinin parlaq yetirmələrindən biri olduğubir sıra janrlarda maraqlı əsərlər yaratdığı diqqət mərkəzində olub. Rəssamlıq fəaliyyəti və sərgiləri ilə Almaniya-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfəyə görə Əşrəf Heybətovun əməyi xüsusi vurğulanıb. Əşrəf Heybətov çıxış edərək azərbaycanlı olması ilə fəxr duyduğunu, görkəmli rəssamlardan dərs aldığına görə özünü xoşbəxt hesab etdiyini söyləyib və sərginin təşkilatçılarına təşəkkürünü ifadə edib.

Sərginin açılışında Azərbaycan səfirliyi, Azərbaycan və türk diasporlarının təmsilçiləri, Almaniyada fəaliyyət göstərən Azərbaycan və digər cəmiyyətlərin üzvləri eləcə də alman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Beynəlxalq türk mədəniyyət təşkilatı TÜRKSOY-un Ankaradakı mərkəzi binasında Azərbaycanın əməkdar rəssamı Əşrəf Heybətovun anadan olmasının 60 illiyi münasibətilə onun əsərlərindən ibarət “Türk dünyası” adlı sərginin açılmasını da soydaşlarımıza göstərilən diqqət kimi qiymətləndirmək olar.

Sərginin açılış mərasmində çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Kamal Fahri Gənc, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı zəngin ənənələri olan Azərbaycan rəssamlıq sənətinin nümayəndələrindən biri olan Əşrəf Heybətovun yaradıcılığından bəhs etmiş, onun milli koloritlərlə zəngin tablolarının xalqımızın qədim həyat və məişətinin Avropa və Türkiyədə tanıtdığını vurğulayıblar. Əşrəf Heybətov sərginin təşkilinə və göstərilən diqqətə görə TÜRKSOY təşkilatı və Azərbaycanın Türkiyədəki səfirliynə təşəkkürünü bildirib.

Səfir Faiq Bağırov və Düsen Kaseinov yubilyar rəssama xatirə hədiyyələri təqdim ediblər.

15 ildən artıq müddət ərzində Almaniyada yaşayan Əşrəf Heybətovun sərgisinin açılışında Berlindən gəlmiş qonaqlar, Ankarada akreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, sənət adamları iştirak ediblər.

 

Romanı fəth edən azəri balası Robertino Lorettini heyran qoydu

 

Bu uğuru da alqışlamaq olarBelə ki, 2011-ci ildə məşhur italyan xalq mahnısıJamayka”nın azərbaycanlı ifaçısı Emin Eminzadə səsi ilə Romanı fəth etdi. Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Romada keçirilənElia Catalano” milli festivalında Azərbaycanı Dövlət Uşaq Filarmoniyasının solisti Emin Eminzadə laureat olub. İtaliyanın tanınmış sənətçiləri musiqiçilərinin iştirak etdiyi festival iyulun 13-dən 16-na kimi davam edib. Bu il fevralın 13-də dünya şöhrətli italyan müğənni Robertino Loretti Bakıda solo konsert proqramı ilə çıxış edəndə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti, hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Mədəniyyət Mərkəzinin nəzdindəki musiqi məktəbində fortepiano şöbəsində təhsil alan DAK-ın ən gənc üzvü (14 yaş) Emin Eminzadə onunJamayka”, sonra isə digər gənc solist İslam Qasımovla birgə “O Sole Mio” mahnısını ifa edib. Məhz həmin çıxışdan sonra italiyalı müğənni Emin EminzadəniAzərbaycanın Robertinosuadlandırıb. Elə Emin Eminzadənin İtaliyada keçirilən bu festivala dəvət almasının təşəbbüskarlarından biri Robertino Loretti olub. İyulun 13-də, yəni festivalın ilk günündə Azərbaycanın gənc vokalçısı Robertino LorettininJamayka “O Sole Mio” mahnılarını ifa edib. Nəticədə Emin Eminzadə ən yüksək nəticə qazanaraqElia Catalano” milli festivalının laureatı olub. Mükafat gənc solistə festivalın Təşkilat Komitəsinin rəhbəri, maestro Fabrizio Masci tərəfindən təqdim olunub.

İyulun 15-də isə Emin Eminzadə dünya şöhrətli müğənni Robertino Loretti və ailəsinin qonağı olub. Əfsanəvi tenor gənc solistə Romada bir neçə günlük “Master class” keçir. Emin Eminzadənin səsinə və sənətinə vurğun olduğunu qeyd edən Robertino Loretti onu payızda Moskvada keçiriləcək yubileyinə dəvət edib. Həmin tədbirdə əfsanəvi tenor gənc solistlə birgə səhnədə oxuyacağını bildirib. Emin Eminzadə isə Robertino Lorettidən onunla birgə Azərbaycan xalq mahnısı oxumağı xahiş edib. Əfsanəvi tenor da Azərbaycan xalqının musiqisini və mədəniyyətini çox sevdiyini söyləyib.

Daha sonra Emin Eminzadə Romanın mərkəzində, Trastevere səmtində düzənlənmiş “Elia Catalanomilli festivalının qala konserti olanFesta de noantrikonsert proqramında çıxış edib. Konserti böyük tamaşaçı kütləsi izləyib. Qonaqlar arasında Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıxov və diplomatik korpusun əməkdaşları iştirak edib. E. Eminzadənin çıxışından sonra tədbirin aparıcısı Vaqif Sadıxovu səhnəyə dəvət edərək, İtaliya xalq mahnılarını peşəkarlıqla ifa edən belə istedadlı gənc yetişdirdiyinə Azərbaycan xalqına təşəkkür edib.

2011-ci il sənətkarlarımızın xarici ögləekələrdə keçirilən nüfuzlu beynəlxalq festivallalrda iştirakı ilə də yadda qaldı. Azərbaycanın xalq artisti, professor, beynəlxalq müsabiqələr laureatı, tarzən Ramiz Quliyev Kanadanın TorontoOntario şəhərlərində geniş konsert proqramı ilə çıxış etdi. Konsertlər nüfuzlu Niaqara Beynəlxalq Musiqi Festivalının (Music Niagara 2011) çərçivəsində gerçəkləşib. Avqustun 26-da Müqəddəs Mark Kilsəsində gerçəkləşən qala- konsertdə Ramiz Quliyevi Kanadanın Niaqara “İpək Yolusimfonik orkestri müşayət edib. “Beynəlxalq Muğam Dünyası”na həsr olunan həmin konsertdə Ramiz Quliyevin ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasına Üverturası, “Heyratı” zərbi muğamı və Həsən RzayevinÇahargah” rapsodiyası səsləndirilib. Ramiz Quliyevlə bərabər həmin gecə Niaqara Festivalının bədii rəhbəri Atis Bankas, Jefri Verbok, Televiziya Muğam Müsabiqəsinin laureatı Ehtiram Hüseynov, əməkdar artist Həsən Enami, müğənni Yusif Savalan, “Gelatokvartetipianoçu Riad Məmmədov çıxış ediblər.

 

Cəvahir Səlimqızı

 

Mərkəz.- 2011.- 31 dekabr.- S. 13.