İki
alma
(hekayə)
Axşam vaxtları gəzməyə
çıxanda, hərdənbir balaca oğlumu da yanımca
aparıram. Bu dəfə də apardım. Və haman balaca
oğlum ilə gəzməyə gedəndə, hərdənbir
ittifaq düşür ki, ona yeməli şey də alıram
ki, məndən razı qalsın. Bu dəfə də balaca oğlum
dükanlarda düzülmüş nazü-neməti görəndə
məndən yeməli bir şey istədi. Mən o əqidədə
deyiləm ki, hər dəfə uşaq ilə bazara gedəndə
ona bir şey almaq lazımdır və lakin bunu da demirəm
ki, heç bir vaxt almaq lazım deyil. Ancaq bu dəfə
heç bir zad almaq istəmirdim; o səbəbə ki, cibimdə
çox pulum yox idi. Və bir də istəmədim ki,
uşağım hər dəfə bazara çıxanda
dadamal öyrənsin.
Bir qədər dolandıq, sonra yolumuz
çay kənarına düşdü. Amma
oğlumu da bidamaq görürdüm. Çün tərbiyə
öz qaydasınca, uşağın öz təbiəti - bu
da öz qaydasınca. Və onunçun da çox inad etməmək
babətindən, dərya kənarında tabağa
düzülmüş meyvələrdən iki şahıya
iki dənə yaxşı qırmızı
Dəxi
onu belə qaşqabaqlı görəndə mən
özüm də bidamaq oldum və Azərneft idarəsinin qabağında
duran tramvay vaqonlarının birinə oğlumu
qalxızdım və özüm də mindim ki, gələk
evimizə.
Vaqonda
hələ bizim ikimizdən başqa bir kəs yox idi. Oğlum
boyda bir yetim rus uşağı cır-cındır içində,
üz-gözü qapqara çirkli və iyrənc, gəldi
durdu qabağımızda və məndən qəpik pul istədi.
cibimdə ancaq bir abbası gümüş pul var idi. Mən
uşağa bir söz demədim ki, keçib getsin. Bir
neçə minik arvad və kişi vaqona girdilər və
sağımızda-solumuzda yer tutdular. Burada mənim fikrim getdi
yetimə pul verməməyimə və dilənçiyə
pul vermək lazımdı, ya lazım deyilmi məsələsi
məni başladı məşğul etməyə; hər kəs
nə deyir desin, ancaq dilənçi uşağa heç bir
şey verməmək mənim xoşuma gəlmədi. Buradan
ona işarə etmirəm ki, mən heç bir dilənçiyə
yox demərəm; çünki ola bilər ki, bir para
filosofların dilənçiyə pul vermək, onu bədbəxt
etmək sifəti bəlkə mənə də sirayət
edibdir. Ancaq sözün həqiqəti budur ki, bugünkü
dilənçi uşağa bir qəpik verməməyim məni
burada xarab etdi; o səbəbə xarab etdi ki, haman dilənçi
uşaq yaşda mənim atalı və analı oğlum, əyni-başı
təzə, qarnı tox, bu saat burada mənim sağ tərəfimdə
məndən incimiş oturmuşdu ki, niyə mən ona konfet
almadım, ancaq iki alma aldım. Vaqonumuz hərəkət edib
gedəndə akoşkanın şüşəsinin
dalından gördüm ki, haman dilənçi uşaq yerdə
durub bir qırmızı almanı ağzına basıb gəmirtləyir.
Qabaqca bir şey duymadım; amma haman dəqiqə
yanımdakı oğlumun almaları yadıma düşdü
və çöndüm uşağa tərəf.
Oğlum
gülə-gülə mənə yavaşca bunu dedi:
-
Dədə, almanın birini verdim dilənçi uşağa.
Bir
dənə qırmızı
Cəlil MƏMMƏDQULUZADƏ
Mərkəz.-2011.-4 fevral.-S.11.