Ticarət
dövriyyəmiz $28 milyarda çatıb
2010-cu
il ərzində Azərbaycan dünyanın
147 ölkəsi ilə
27 milyard 924 milyon 132,5
min dollar həcmində ticarət
əməliyyatları aparıb.
Bu müddətdə Azərbaycan
21,324 milyard dollar dəyərində
2186 adda mal və xidməti ixrac edib, 6,599 milyard dollar dəyərində 6057 adda
məhsulu isə idxal edib. İxrac-idxal
əməliyyatları üzrə
müsbət saldo
14,725 milyard dollar olub.
Dövlət Gömrük
Komitəsinin 2010-cu il
ərzində Azərbaycanın
xarici ticarət vəziyyətinə dair hazırladığı statistik
məlumatına əsasən,
ötən il ixrac əməliyyatlarının
həcmi 2009-cu ilə
nisbətən 45,05 faiz
(6,623 milyard dollar), idxal
əməliyyatlarının həcmi isə 7,78 faiz (4,762 milyard dollar) artıb.
2010-cu
ildə Azərbaycan ən çox məhsulu may, iyun və noyabr aylarında ixrac edib. Bu ayların hər birində ixracın həcmi 2 milyard dollardan çox olub. May, iyun və noyabr
aylarında müvafiq
şəkildə 2,047 milyard,
2,068 milyard və 2,037
milyard dollar həcmində
məhsul xaricə satılıb. Avqust və dekabr aylarında da ixracın həcmi 2 milyard dollara yaxın olub.
Ötən il
aylar üzrə ən zəif ixrac göstəricisi mart ayında qeydə alınıb. Martda 1,287 milyard dollarlıq məhsul satılıb. Yanvar ayında da ixracın həcmi kiçik olub - 1,428 milyard dollar.
2010-cu
ildə aylar üzrə idxalda ən yüksək göstərici dekabr ayına təsadüf edir. İlin sonuncu ayında 884,2 milyon dollar məbləğində
məhsul idxal olunub. İdxal üzrə ən aşağı nəticə
yanvar, fevral və mart aylarında qeydə alınıb. Bu aylarda müvafiq qaydada 364 milyon, 345,3 milyon və 450,5 milyon dollar dəyərində
idxal əməliyyatı
həyata keçirilib.
İxrac-idxal əməliyyatlarında
milli valyuta ilə hesablaşma 1 faizdən az olub. İxracda bu nisbət 0,17 faiz, idxalda isə
0,2 faiz təşkil edib. Ticarət əməliyyatlarında əsas
hesablaşma SDV ilə
həyata keçirilib.
İxracda SDV-nin payı 95,53 faiz, idxalda 76,27 faiz olub.
Azərbaycanın ixracında ən böyük üstünlük
neft və neft məhsullarına məxsusdur. Ümumilikdə,
ixracın 92,55 faizi neft və neft
məhsullarının hesabına
həyata keçirilib.
Xam neft satışı ixracın
86,53 faizini, neft məhsulları isə
6,02 faizini təşkil
edib. 2010-cu ildə
2009-cu ilə nisbətən
neft ixracının həcmi təxminən
53,9 faiz artdığı
halda, neft məhsullarının satışının
dəyəri 13,4 faiz azalıb.
Azərbaycanın ixracında növbəti ən çox paya bitki və
heyvan mənşəli
yağlar (0,88 faiz), meyvə-tərəvəz (0,73 faiz),
qara metallar və onlardan hazırlanmış məmulatlar
(0,53 faiz) sahib olub.
İdxalda isə
ən böyük üstünlüyə maşın
və elektrik aparatları, avadanlıqlar
və onların ehtiyat hissələri təşkil edib. Bu qrup mallar idxalın
28,83 faizini formalaşdırıb.
Məhsulun həcminə
görə idxalda növbəti ən çox paya ərzaq məhsulları
(14,63 faiz), nəqliyyat
vasitələri və
onların ehtiyat hissələri (12,07 faiz),
qara metallar və onlardan hazırlanan məmulatlar
(11,93 faiz) sahibdir.
Konkret məhsul
növləri üzrə
müqayisə etdikdə
idxalda ən böyük paya minik avtomobilləri malikdir. Ötən il 451,479 milyon dollar dəyərində 51816 ədəd
minik avtomobili alınıb. Dəyərinə
görə idxalda ikinci ən çox paya buğda malikdir. 2010-cu ildə ölkəmizə
285,384 milyon dollar dəyərində
1,33 milyon ton buğda gətirilib. Bunlarla bərabər Azərbaycana
227 milyon dollar dəyərində
qara metal, 221,29 milyon
dollar dəyərində tütün
məmulatı idxal olunub.
Cəfərov Vaqif
Mərkəz.- 2011.- 8 fevral.- S.7.