Londondakı City Universitetində Azərbaycan Günü keçirilib

 

Londondakı city Universitetində (city University) bu universitetin Azərbaycan cəmiyyəti, Azərbaycan Evi Avropa Azərbaycan cəmiyyəti Azərbaycan Günü keçirib.

Bu barədə "Mərkəz"ə Avropa Azərbaycan cəmiyyətindən məlumat verilib. Məlumata görə, tədbirə 100-dən çox qonaq qatılıb. Universitetin müəllim tələbələri qonaqlar arasında olub. Onlar Azərbaycanın mədəniyyəti tarixi ilə tanış olmaq, son 20 ildə müstəqil ölkə kimi keçdiyi iqtisadi inkişaf yolu barədə məlumat əldə etmək imkanı qazanıblar. Azərbaycana həsr olunmuş sərgi stendində ölkənin təbii mənzərələrini, xalqın həyatını əks etdirən şəkillər nümayiş olunub. Qonaqlara biznes mədəniyyətin müxtəlif sahələrinə həsr olunmuş broşür kitablar təqdim edilib, onlar xalçaçılıq kimi mədəni ənənələrdən bəhs edən videosüjetə baxıblar. Qonaqlara Azərbaycan mədəniyyətini əks etdirən kiçik suvenirlər kitablar da təqdim olunub.

Qeyd edək ki, city Universitetində yeni yaradılmış Azərbaycan cəmiyyətinə burada təhsil alan azərbaycanlı tələbələr daxildir. cəmiyyət Azərbaycanı tanıtmaq üçün müxtəlif tədbirlər təşkil etməyi planlaşdırır. Londonda fəaliyyət göstərən Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzi Birləşmiş Krallıqda yaşayan bir qrup azərbaycanlı ziyalı, gənc peşəkar və tələbə tərəfindən yaradılıb. Mərkəz azərbaycanlılar və daha geniş ictimaiyyət arasında mədəni əlaqələr və dostluğu möhkəmləndirməyə xidmət edir. Avropa Azərbaycan cəmiyyəti isə Birləşmiş Krallıqda yaxşı tanınan fəal diaspor təşkilatıdır. cəmiyyət son iki ildə Birləşmiş Krallıq, Almaniya və digər Avropa ölkələrində bir sıra Azərbaycan tələbə təşkilatlarını dəstəkləyib.

 

 

Səxavət

 

Mərkəz.- 2011.- 8 fevral.- S.4.