108
peşə təhsil məktəbinin 55-də 14411 məcburi köçkün məskunlaşıb
Misir Mərdanov: «Əksər
rayonlarda peşə məktəblərinin əraziləri zəbt edilib»
Dünən Avropa
İttifaqı tərəfindən maliyyələşdirilən
“Peşə təhsili və təlimi sahəsində islahatlar strategiyası və Azərbaycanın seçilmiş
rayonunda pilot
icrası” layihəsinin yekun konfransı keçirildi.
Təhsil Nazirliyinin təşkilatçılığı
ilə keçirilən tədbirə Azərbaycanın
dövlət orqanlarının, təhsil müəssisələrinin
və biznes qurumlarının
nümayəndələri
qatılmışdılar.
Konfransın
açılışında iştirak edən təhsil naziri Misir Mərdanov
AzVET layihəsinin Azərbaycanda ilk peşə-ixtisas təhsili
(İPİT) üçün yeni milli strategiyanın
formalaşdırılması və işəgötürənlərin
ehtiyacları üzərində qurulmuş
yeni İPİT proqramlarının
hazırlanması və sınaqdan keçirilməsi sahəsində
əldə etdiyi nailiyyətlər
barədə məlumat verdi.
Nazir qeyd etdi ki, uzun
illər müəyyən obyektiv və subyektiv səbəblərdən
ciddi işlər görmək mümkün
olmayıb. Onun sözlərinə görə, Prezident
İlham Əliyevin
“Azərbaycan Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı” təsdiq
edildikdən sonra bu sahədə çox mühüm işlərə
başlandı. Bu sahədə
müəyyən işlərin görüldüyünü deyən
nazir nə Təhsil Nazirliyi,
nə də digər
qurumların gördüyü işlərlə kifayətlənməməli
olduğunu söylədi.
Daha sonra
o, “İlk peşə-ixtisas təhsilinin
mövcüd vəziyyəti, problemlər
və perspektivlər” mövzusunda məruzə ilə
çıxış etdi: “Azərbaycanda 108 peşə təhsili müəssisəsi
var. Bunlardan 46-sı
peşə liseyləri, 60-ı sırf peşə verən məktəblər,
2-si isə peşə mərkəzləridir. Son
3 ildə peşə məktəblərində
şagirdlərin sayı 2 min nəfər çoxalıb. Son
4 ildə faktiki şagird qəbulu 3 mindən
çox, 2005-2011-ci illərdə
peşə ixtisası təhsilinə dövlət büdcəsindən
ayırmalar isə 4 dəfədən çox
artıb. Ancaq bu rəqəmlər də hələ
ki, artır. Ancaq bu vəsait kifayət etmir. Hazırda ölkədə 108 peşə məktəbindən
78-nin əsaslı təmirə ehtiyacı var,
24-ü isə işləməyə
yararsız vəziyyətdədir. 55 məktəbdə isə
3258 ailə və ya 14111 nəfər
qaçqın və məcburi köçkün
məskunlaşıb. 2010-cu ildə peşə müəssisələrini
10602 nəfər bitirib ki,
onlardan 3670-i işlə təmin olunub. Məzunların
3084-ü hərbi xidmətə gedib, 185 nəfər isə təhsilini davam
etdirir. Peşə məktəblərinin
məzunları neft, qaz,
kimya, elektronika, ağac emalı və digər
sahələrdə işləməyə üstünlük
verirlər”.
Tədbirdə çıxış
edən Avropa İttifaqının
Azərbaycan nümayəndəliyinin rəhbəri
Roland Kobia təhsilin hər bir ölkə üçün
əsas açar və
dəyər olduğunu
söylədi. Onun fikrincə, təhsil
ölkənin bünövrəsi və inkişafının əsas
göstəricisidir: “Bir çox
hallarda bizlərə sual
verirlər ki, Avropa İttifaqı Azərbaycanda ancaq neft və qaz
layihələri həyata
keçirmək üçün gəlib?
Bu belə deyil. Avropa İttifaqı Azərbaycana
ancaq neft və qaz üçün
gəlməyib. Biz əslində
ölkələrlə müxtəlif sahələrdə
əməkdaşlıq etmək, bu əlaqələri daha da genişləndirmək
istəyirik. Təhsil Nazirliyi ilə icra olunan
bu layihə də onu təkzib edən sübutdur. Bu layihənin davamında
görəcəyimiz işlər hələ ki,
var və nazirliyin birbaşa dəstəyi ilə bunlar
davam etdiriləcək”.
Daha sonra
layihənin rəhbəri Ann
castis, beynəlxalq ekspertlər Devid Hardi, Aleksandr
Siboni proses barədə ətraflı təqdimatlar etdilər.
Tacirlər və İstehsalçılar Birliyinin
sədri Sevgim Rəhimov
isə biznesin inkişaf
etməsi və uğur
qazanmasında İPİT sisteminin
vacibliyi barədə
danışdı. Tədbirin sonunda mövzu ətrafında
müzakirələr aparıldı.
Zülfiyyə
QULİYEVA
Mərkəz.-2011.-9 fevral.-S.8.